“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- İlk öncə yenidən bu vəzifəyə qayıtmağınız münasibətilə sizi təbrik edirəm.
- Çox sağ olun.
- İlk gündə hansı işləri görmək qərarına gəldiniz? Futbolçularla danışığınız oldumu?
- Mən artıq üç aydır ki, komandadayam. Futbolçuları həm fərdi, həm də ayrılıqda yaxşı tanıyıram. Hansı potensiala, hansı gücə malik olduğundan da xəbərdaram. Sadəcə, onlarla daha yaxından tanış olmaq üçün, hətta evlərinə belə getməyi planlaşdırıram. Futbolçuların hansı şəraitdə yaşadıqları ilə maraqlanacağam.
- Komandadakı çatışmazlıqlar haqda məlumat verə bilərsiniz?
- Bu haqda danışmaq istəməzdim. Çünki bu, komandanın sirridir. Lakin bir şey daha qabarıq görsənir. Uşaqlarda hazırda ruh düşkünlüyü var. Fikrimcə, ən əsas məsələ bunu aradan qaldırmaqdır. Qalan hər şey qaydasına düşəcək. Komandanın sabiq baş məşqçisi Fatih Kavlak və köməkçi məşqçi İbrahim Bakıra öz təşəkkürümü bildirirəm. Onlar “Qəbələ” komandası üçün nə lazımdırsa ediblər.
- Fatih Kavlakı istefaya göndərilməsi birmənalı qarşılanmayıb.
- Fatih Kavlak mənim iş yoldaşım olub. Ona görə də, bu barədə ümumiyyətlə, danışmaq istəməzdim. Bir həmkarım kimi ona hər zaman hörmətlə yanaşmışam. Onun işindən mən də razı olmuşam. Ona tezliklə özünə yeni iş yeri tapmasını arzulayıram.
- Ümumiyyətlə, Fatih Kavlakla münasibətləriniz necə olub?
- Mənim heç kimlə pis münasibətim yoxdur. Münasibətlərimiz əladır.
- Yenidən “Qəbələ”nin baş məşqçisi olacağınızı gözləyirdiniz?
- Xeyr. Bu tezliklə baş məşqçi vəzifəsinə keçəcəyimə inanmırdım.
- Bəs, təklif gələrkən dərhal razılıq verdiniz, yoxsa bir az düşünmək istədiniz?
- Səmimi danışsaq, dərhal razılıq verdim. Çünki “Qəbələ” mənim ikinci evimdir.
- Klub rəhbərliyi qarşınıza hansı məqsədi qoydu?
- Biz zəif komandalara məğlub olmamışıq. Əgər “Sumqayıt” evdə “Neftçi”ni məğlub edibsə, bizdə “Sumqayıt”ı yenmişiksə, deməli, elə bil “Neftçi”ə qalib gəlmişik. Məqsədimiz qeyd etdiyim kimi, qısa bir zamanda komandanın özünə inamını bərpa etməkdir. Həmçinin ilk”altılığ”a düşərək, Avrokuboklara vəsiqə qazanmağa çalışacağıq. Maksimum istəyimiz isə çempionluqdur.
- Komandadan göndərəcəyiniz futbolçular olacaqmı?
- Xeyr. Hazırkı oyunçularımız çox səviyyəli və intizamlıdılar. Onlarla oturub danışmışıq. Hər şeyə qane olan uşaqlardır. Oyun üslubunda və heyətdə ola bilsin ki, dəyişiklik olacaq.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video