“Qəbələ” klubunun baş meneceri Zaur Əzizov komandadakı baş məşqçi dəyişikliyi ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Fatih Kavlakın istefasıya getməsi sırf komandanın son vaxtlar uğursuz çıxışları ilə bağlıdır?
- Bəli. Buna görə onunla yollarımızı ayırmaq qərarına gəldik. Göstərilən nəticələr artıq hər şeyə son qoymaq zərurətini yaratdı. Biz qarşılıqlı olaraq əməkdaşlığımıza son qoyduq.
- Kavlakın bundan sonra klubda başqa vəzifə tutmaq ehtimalı varmı?
- Çox güman ki, yox.
- Bəzi media orqanları dəfələrlə Fatih Kavlakın “Qəbələ”yə uyğun məşqçi olmadığını bildirdi. Siz isə klub rəhbərliyi olaraq buna etiraz edirdiniz. Sizcə, zaman hər şeyin doğru olduğunu göstərdi?
- Güclü məşqçi olmaq heç də hər zaman uğur qazanacağına zəmanət vermir. Keçən mövsüm Fatih Kavlakın rəhbərliyi altında komanda uğurlu çıxış etmişdi. Bu üzdən biz onunla əməkdaşlığı davam etdirmək qərarına gəlmişdik. Bu cür uğursuzluq istənilən komandanın başına gələ bilər.
- Yeni baş məşqçiniz Ramiz Məmmədovla rəsmi müqavilə imzalanıb?
- Ramiz müəllim klubun daxilin olan bir şəxs idi. Amma hələ rəsmi müqavilə imzalanmayıb. Hərçənd, bu, iş birliyimizin müvəqqəti olduğu anlamına gəlmir. Artıq Ramiz müəllim “Qəbələ”nin baş məşqçisidir.
- Onun köməkçiləri kimlər olacaq?
- Bu vəzifəni komandanın hazırkı məşqçiləri yerinə yetirəcəklər. Onlar Ramiz müəllimlə birgə çalışacaqlar.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video