“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın altıncı turunda səfərdə “Turan”ı 85-ci dəqiqədə sənin penaltidən vurduğun qol sayəsində məğlub etdiniz. Etiraf edək ki, bu oyunda “Qaragağ” bir xeyli çətinlik çəkdi...
- AZAL-a böyükhesabla məğlub olmasaydıq belə, “Turan”la görüşdə bizə çətin olacaqdı. Ümumiyyətlə, hər zaman iddialı klublar Tovuz və Gəncədə çətinliklə üzləşir. Çünki həm meydançanın durumu rəqibə yaxşı oynamağa imkan vermir, həm də doğma azarkeşləri qarşısında daha inamlı təsir bağışlayırlar. Rəqib son oyunda “Bakı”dan bir xal aldığı üçün özünə inamı daha da artmışdı. Biz də bunu yaxşı başa düşürdük. Ümumiyyətlə, həmin meydançada yaxşı futbol göstərmək mümkün deyildi. Yaınız mübarizə və əzmkarlıq sayəsində biz “Turan”ı məğlub edə bildik. İkinci hissədə hücumlarımızın sayını artıraraq rəqibi qapısına doğru sıxışdırdıq. Nəticədə rəqib qaydanı pozdu. Buna görə də qapılarına penalti təyin edildi.
- Həmin oyunda da komandanızda gərginlik hiss olunurdu. Bu problem hələ da qalırmı?
- Ola bilər ki, hələ bir müddət də hiss olunsun. Çünki komanda gözlənilmədən böyükhesabla məğlub oldu. Tovuzda da ortabab komandayla oyunda qələbə qazana bilməyəcəyimizdən ehtiyat etdiyimiz üçün həyacan vardı. Amma qızıla bərabər üç xal qazana bildik.
- Ümumiyyətlə, böyükhesablı məğlubiyyətin səbəbini nədə görürsən?
- Bu haqda nə məşqçilər, nə də rəhbərlik çox danışdı. Bu isə komandanın xeyrinə oldu. Hiss olunurdu ki, “Turan”la görüşə futbolçular tamam başqa əhval-ruhiyyədə çıxmışdı. Məğlubiyyətin səbəbini isə dəqiq deyə bilmərəm.
- AZAL-a uduzduqdan sonra belə rəy yarandı ki, “Qarabağ” yenə “qara zolağ”a düşüb.
- Turnir cədvəlinə baxsaq, deyərik ki, bütün komandalar “qara zolaq”dadır. Sadəcə olaraq, bu mövsümkü çempionatımız keçənilkindən daha güclüdür. Bütün ortabab klublar heyətini yetərincə gücləndiriblər. Buna görə də istənilən komanda xal itirir. Bu il bütün klublar bir-birindən xal ala bilir.
Əli HƏYATİ
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar