Xəbər verdiyimiz kimi, çari mövsümdə “Rəvan” ikinci baş məşqçi dəyişikliyi edib. Bundan öncə türkiyəli Cavad Gülərlə yolları ayıran klub bu dəfə Bəhmən Həsənovu istefaya göndərərək onu yerinə əvvəllər də bu komandada çalışan bosniyalı Kamal Alispahiçi gətirib.
“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev Qol.Az saytına müsahibəsində son qərarları haqda danışıb:
- Bilirsiniz ki, türkiyəli mütəxəssis Cavad Gülər istefaya göndərildikdən sonra biz baş məşqçi axtarışına başladıq. İstəyimiz yaxşı bir baş məşqçi gətirmək idi. Buna görə də komandanı müvəqqəti olaraq Bəhmən Həsənov çalışdırırdı. Müəyyən axtarışlardan sonra baş məşqçi vəzifəsini Kamal Alispahiçə həvalə etmək qərarına gəldik. Nəyə görə məhz onu seçdik? Çünki o, təcrübəli bir mütəxəssisdir. Vaxti ilə Azərbaycanda da altı ay işləyərək “Muğan” komandasının baş məşqçisi olub. Bu səbəbdən onunla müqavilə imzalamaq qərarına gəldik.
- Artıq cari mövsümdə “Rəvan”iki baş məşqçi dəyişib. Bu, peşəkarlıqda nə dərəcədə bir araya sığır?
- İkinci deyəndə ki... Siz məsələyə fərqli baxırsınız. Lakin bizim fikrimiz tam başqadır. Bəhmən Həsənov klubumuzda baş məşqçi funksiyasını yerinə yetirsə də, müəyyən təcrübə toplamaq istəyir. Onun da zamana ehtiyacı var. Biz ona güvənir, hörmətlə yanaşırıq. O ki qaldı üçüncü mütəxəssisin gətirilməsinə, kim istəyər ki, komandasında tez-tez baş məşqçi dəyişsin? İşlər belə olur ki, biz baş məşqçiylə danışıb, anlaşdıqdan sonra qarşısına müəyyən hədəflər qoyuruq. Görəndə ki, bu hədəflərdən yayınırıq, istər-istəməz baş məşqçi dəyişməyə məcbur oluruq. Ancaq mən hesab edirəm ki, Kamal Alispahiçlə bu dəfə fərqli olacaq. Onunla söhbətimiz zamanı özü də təsdiqlədi ki, artıq təcrübəsini xeyli artırıb. Bizə bu işin öhdəsindən gələcəyini əmin etdi.
- Amma istənilən halda tez-tez baş məşqçi dəyişikliyi komandaya fayda vermir. Xüsusilə bu, komandanın oyununa pis təsir edir.
- Bu fikirlə sizinlə razılaşmaq olar. Lakin mən budəfəki dəyişikliyin futbolçular üçün böyük problemlər yaradacağını hesab etmirəm. Hər bir futbolçu yaxşı mütəxəssislə işləmək istəyər. Futbolçularımız özləri də bunu istəyirdilər.
- Siz hər dəfə bir məşqçi dəyişəndə yerinə məhz Bəhmən Həsənovu gətirirsiniz. Buna görə də onu qınayanlar çoxdur.
- Düzdü, Bəhmən Həsənovu çox qınayırlar. Lakin mən fərqli düşünürəm. Onun özü də bizim ehtimadı doğrultmağa çalışır. Birdə ki, Bəhmən müəllim özü də məşqçi işləyəndə bunu təcrübəsini artırmaq üçün razılıq verdiyii deyir.
- Bu gün “Qəbələ” ilə oyuna komandanı Kamal Alispahiç meydana çıxaracaq?
- Xeyr. O, Azərbaycana qarşıdakı 2-3 gündə gələcək. Onun səfəri viza məsələsinə görə bir qədər ləngiyir. Ona görə də bu gün “Qəbələ” ilə oyunda komandaya yen' Bəhmən Həsənov məşqçilik edəcək.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video