Azərbaycan Premyer Liqasının IV turundan təxirə salınmış matçda “Xəzər Lənkəran”ı 2:0 hesabıyla məğlub edib liderliyə yüksələn “Simurq”un kapitanı Rasim Ramaldanov Qol.Az-a müsahibə verib.
- “Xəzər Lənkəran”la matçda onlardan bu qədər üstün oynayacağınızı gözləyirdin?
- Düzü, bilirdik ki, “Xəzər Lənkəran” çətin komandadır. İndiyə kimi bu komandanı məğlub edə bilməmişdik. Maksimum heç-heçə oynayırdıq. Odur ki, bütün futbolçular söz vermişdik ki, bu dəfə qalib gəlməliyik.
- Səncə, ilk növbədə nəyin hesabına rəqibi üstələdiniz?
- İlk növbədə kollektiv oyunun, ikinci də ruhun hesabına. Çünki dediyim
kimi, uşaqlar sözü bir yer qoymuşduq ki, nə olur olsun, qələbə qazanmalıyıq.
- Vurduğunuz ilk qolda rəqibin gənc qapıçısı da səhvə yol verdi. Necə düşünürsən, məhz bu səhv rəqibin oyununa mənfi təsir elədi?
- Əlbəttə ki, ilk qol qələbəmizdə çox böyük rol oynadı. Çünki bu zaman rəqib daha böyük qüvvə ilə üstümüzə gəlirdi ki, biz də sürətli əks-hücumlarda onları tuturduq.
- Oyun zamanı bir şey də diqqətimizi çəkdi ki, sən də başda olmaqla, “Simurq” futbolçuları tez-tez yıxılıb yerdə qalırdılar. Həqiqətən də zədə alırdınız, yoxsa bilərəkdən vaxt udurdunuz?
- Bu da futbolun yazılmamış qanunudur ki, hesabda öndə olan komanda vaxt udmaq üçün belə üsuldan istifadə edir. Bu mənada biz də bəzən qəsdlə yerdə uzanıb vaxt udurduq. Bunu etiraf edirəm.
- Növbəti oyununuz “Kəpəz”lə olacaq. Ümumiyyətlə, ard-arda dörd oyun evdə oynayacaqsınız. Bu oyunlardan nə gözləyirsən?
- Bilirsiniz, necə olacağını yalnız Allah bilir. Biz əlimizdən gələni edəcəyik ki, uğurlu çıxışın davamını gətirək.
- Maraqlıdır ki, lider komandanın kapitanı olsan da, hələ də milliyə dəvət almırsan. Səncə, niyə?
- Vallah, bilmirəm. Gərək təklif ola ki, mən də gedəm. Hələ ki, heç bir təklif yoxdur. Amma inanıram ki, gec-tez olacaq.
Anar XANLAROV
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video