AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanda keçiriləcək FİFA U-17 qızlar arasında dünya çempionatına hazırlığın son mərhələsi və kişilərdən ibarət milli komandamızın DÇ-2014-ün seçmə mərhələsində keçirdiyi son iki oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Dünya çempionatı başlamaq ərəfəsindədir. Təşkilatçılıqla bağlı vəziyyət nə yerdədir?
- Artıq həyəcan keçiririk. Çünki dünya çempionatının startına cəmi üç gün qalıb. Xeyli vaxtdır ki, hazırlıq işləri görülür və hər kəs səbirsizliklə bu çempionatın açılış mərasimini gözləyir. Bildiyimiz kimi, açılış oyununda Azərbaycan yığması Kolumbiya millisiylə qarşılaşacaq. Eyni zamanda möhtəşəm bir açılış olacaq, dünya futbolunun nüfüzlu simaları, eləcə də məşhur estrada ulduzları bu mərasimdə iştirak edəcəklər. Dünya çempionatı təkcə bir oyundan ibarət deyil. Ümumiyyətlə, Azərbaycanda gözəl ab-hava olacaq. Demək olar ki, bütün komandalar artıq ölkəmizə təşrif buyurub. Artıq iki komanda – ABŞ və Fransa milliləri Lənkəranda məskunlaşıb. Komandalar ciddi hazırlıqlara başlayıblar.
- Azərbaycan yarışa tam hazırdırmı?
- Bəli. Artıq FİFA-nın nümayəndələri də Bakıya gəliblər. Bu qurumun 200-ə yaxın təmsilçisi ölkəmizdədir. Onlar da bizə öz dəstəyini göstərirlər. Bundan sonra əsas məsələ azarkeşlərin stadionlara axışmasıdır. Stadiona nə qədər çox azarkeş gəlsə, bir o qədər möhtəşəm olacaq.
- Bəs, 17 yaşlı qızlarımızın qarşısına bu çempionatda hansı məqsədlər qoyulub?
- Əsas məsələ odur ki, millimiz ev sahibi olaraq dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Oyunlara gəlincə, çox çətin keçəcək. Təbii ki, hər bir komanda və idmançının qarşısına məqsəd qoyulub. Məqsədimiz qrupdan növbəti mərhələyə vəsiqə qazanmaqdır.
- Qızlar arasında dünya çempionatına hazırlığın getdiyi bir vaxtda Azərbaycan milli komandası DÇ-2014-də iki seçmə oyunu keçirdi. Əvvəlcə İsraillə 1:1 hesabı ilə barəbərə qaldığımız oyun haqda fikirlərinizi bilmək istərdik.
- Birinci görüşdə yığmamız ilk xalını qazanaraq bizləri sevindirdi. İsrail yığmasını biz yaxşı tanıyırıq. Həm milli, həm də klub səviyyəsində indiyədək çox turnirdə qarşılaşmışdıq. Sirr deyil ki, FİFA-nın reytinqində İsrail seçməsi millimizdən çox irəlidədir. Lakin buna baxmayaraq, komandamız çox gözəl futbol nümayiş etdirdi. Xüsusilə ikinci hissədə. Hətta qələbə də qazana bilərdik. Lakin təəssüf ki, biz iki xal itirdik. Buna baxmayaraq, ilk xalı qazanmaq bizim üçün çox vacib idi.
- Amma ikinci oyunda komandamız Portuqaliyaya böyükhesabla uduzdu. Halbuki futbolçular İsraillə oyundan sonra bu görüşə yaxşı əhval-ruhiyyədə getmişdilər.
- Biz onsuz da lap əvvəldən millimizi Portuqaliyada çətin oyun gözlədiyini bilirdik. Rəqibin həddindən artıq güclü olması hesabda da sözünü dedi. Bundan başqa bizim qarşıda Rusiya və Şimali İrlandiya seçmələriylə daha iki səfər oyunumuz olacaq. Ancaq gələn il demək olar ki, bütün qarşılaşmalarımız Bakıda baş tutacaq. Bu isə yaxşı nəticə qazanmağımız üçün əlverişli olacaq.
- Bu seçmə mərhələdə millimizin yeddidən daha artıq xal toplayacağını gözləmək olar?
- Bizim məqsədimiz hər zaman daha yaxşı nəticələr qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik.
Əli HƏYATİ
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video