Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibi olan Serbiyanın “Partizan” klubunda yeni təyinat baş verib.
Qol.Az-ın Serbiya mətbuatına istinadən verdiyi məlumata görə, öz gözəlliyi və cazibədarlığı ilə çoxlarının ağlını başından alan Snejana Filipoviç Belqrad klubuna marketinq direktoru təyin olunub.
Filipoviç təyinatından dərhal sonra verdiyi açıqlamasında bundan çox şad olduğunu və komandanın uğuru üçün əlindən gələni edəcəyini bildirib:
“Mən idmançı ailəsində doğulmuşam. Atam futbol azarkeşi olub. Qardaşım da futbolçu olub. Gözümü açandan evdə mənim üçün 3 açar söz olub: “Partizan”, “Partizan” və “Partizan”. Odur ki, doğma klubumda çalışacağım üçün xoşbəxtəm. Hədəfimiz Avropa Liqasında ölkəmizi layiqincə təmsil etməkdi. Rəqiblərimiz güclüdür və bizi çətin oyunlar gözləyir. Ancaq mən öz komandamıza inanıram”.
Filipoviç sentyabrın 20-də “Neftçi”yə qarşı keçiriləcək oyun haqda da danışıb: “Beynəlxalq arenada ilk oyunum “Neftçi”yə qarşı olacaq. Çox istəyirəm ki, bu oyunu qələbə ilə başa vuraq. Bu, yeni idman postumda mənə ən böyük hədiyyə olardı. Odur ki, “Neftçi”ni məğlub etsək, ikiqat sevinəcəm”.
Qeyd edək ki, Filipoviç özü sabiq voleybolçudur.
Yuxarı
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video