Yeni təmirdən sonra DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində bu gün Azərbaycan-İsrail matçını qəbul edəcək Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov Qol.Az-a müsahibə verib.
- Mərkəzi stadionu bugünkü oyuna hazır saymaq olar?
- Bəli. Əminliklə demək olar ki, bu oyunu yüksək səviyyədə yola verəcəyik.
- Qazonun durumu necədir?
- Əla. Nəzərə alaq ki, bu, cəmi iki ayın qazonudur. Amma ideal vəziyyətdədir. Millimiz artıq iki dəfə məşq keçib və futbolçular çox razı qaldılar. Özləri də bildirdilər ki, qazon çox yumşaqdır, məşqdən həzz aldılar. Bir şeyi də deyim ki, ötən gün qapı dirəklərini basdırarkən diqqət yetirdik, ot 30 sm qədək kök atıb. Bu isə çox yaxşı göstəricidir. Deməli, kökü möhkəmdir.
- Tablo da yəqin ki, işlək vəziyyətdədir...
- Bəli. Bildiyiniz kimi, iki tablo artıq quraşdırılıb. Biri böyük, digəri isə press loja ilə üz-üzə. Ancaq bir məlumatı da diqqətinizə çatdırım ki, stadionumuzda daha iki tablo da quraşdıracağıq. Biz istəyirik ki, stadionumuz maksimum səviyyədə Avropa standardlarına cavab versin.
- Yeri gəlmişkən, UEFA nümayəndələri arenaya baxıblar?
- Baxıblar və çox razı qalıblar. Hətta biz özümüz düşündük ki, nəsə deyərlər, məsləhət verərlər, amma bildirdilər ki, hər şey superdir. Yalnız FİFA nümayəndələri bildirdilər ki, ehtiyat oyunçular skamyasının sayını artırmaq lazımdır. Maraqlıdır ki, UEFA və FİFA-nın qaydaları fərqlidir. UEFA deyir ki, əlavə kreslolara ehtiyac yoxdur və texniki heyət lap 4-5 stul da qoyub əyləşə bilər. Ancaq FİFA əksini düşünür.
- Deyəsən, yeni avadanlıqlar da alınıb...
- Elədir, gördüyünüz (əli ilə yeni alınan avadanlıqları göstərir - A.X.) bütün bu texniki avadanlıqlar, otbiçən maşınlar yeni alınıb. Sağ olsun, Gənclər və İdman nazirimiz Azad Rəhimov, xahiş etdik, dərhal dedi ki, heç bir problem yoxdur, nə lazımdırsa alarıq.
- Bəs, hardan gətirilib?
- Almaniyadan. Burada həm otbiçən, həm tənzimləyən, həm də ota texniki qulluq göstərən maşınlar var. Yalnız nisbətən böyük otbiçən maşın Koreya istehsalıdır. Ancaq onu da Almaniyadan sifariş vermişik. Bundan başqa, UEFA-nın tövsiyəsi ilə künc bayrağı ilə birinci qaçış cığırının arasında süni örtüklü qazon səriləcək.
- “Neftçi”nin Avropa Liqasındakı ev oyunlarını Respublika stadionunda keçirəcəyi dəqiqləşdi?
- Bəli, “Neftçi” Premyer Liqa yox, amma Avropa Liqasındakı ev oyunlarını Respublika stadionunda keçirəcək. Bunun özü də bizimüçün böyük hadisə olacaq. Ona görə bu gün də durmadan çalışırıq ki, hər şey yüksək səviyyədə olsun, gələn qonaqlar Azərbaycan, onun futbolu, stadionumuz haqda ancaq müsbət təəssüratla geri dönsünlər. Onu da deyim ki, Avropa Liqası həqiqətən çox məsuliyyətli bir turnirdir. UEFA təşkilatçılıq baxımından ən xırda detallara da fikir verir. Təsəvvür edin, “Neftçi”nin məsələsinə görə dör saat iclas oldu. Orada kameraların quraşdırılmasından tutmuş, ehtiyat oyunçular skamyasına kimi hər şeyi müzakirə etdik. Bilirsiniz ki, ilk oyunda dünyaca məşhur “İnter”i qəbul edəcəyik. İnanıram ki, həmin sınaqdan da üzüağ çıxacağıq.
Anar XANLAROV
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu