Samir Ələkbərov: “Foqtsun qərarları düzgündür"

Samir Ələkbərov: “Foqtsun qərarları düzgündür"
MÜSAHİBƏ 6 Sentyabr 2012 / 16:52 3742
-  A +

Azərbaycanın veteran futbolçusu, bir vaxtlar İsraildə də legioner həyatı yaşamış Samir Ələkbərov Azərbaycan - İsrail matçı öncəsi Qol.Az-a müsahibə verib.


- Sabah millimiz İsraillə qarşılaşır. Bu oyundan nə gözləyirsiniz?

- İsrail çox güclü komandadır. Özü də son vaxtlar seçmə mərhələlərdə çox yaxşı çıxış edirlər. Yalnız son anda qrupda 3-cü yeri tutub finallara getmək şansını əldən verirlər. Odur ki, millimiz üçün çətin olacaq.

- Millimiz bir dəfə də seçmə mərhələdə bu ölkə ilə qarşılaşıb və 1994 və 1995-ci illərdə AÇ-96-nın seçmə mərhələsi çərçivəsində keçirilən oyunlarda siz də forma geyinmisiniz. Həmin oyunları necə xatırlayırsınız?

- İsrail millisi o dövr də güclü idi. İndi olduğu kimi, onda da heyətlərində ölkə xaricində çıxış edən səviyyəli futbolçuları var idi. Məsələn, Rozental yaxşı yadımdadır. Təbii ki, aradan xeyli vaxt keçib, hər iki yığmada nəsil dəyişikliyi olub. İndiki İsrail millisi həm gənc, həm də sürətlidi. Ancaq oynamaq olar.

- Ötən ay “Neftçi” Çempionlar Liqasında bu ölkənin çempionu olan “Hapoel”lə qarşılaşdı. Sizcə, milli komandanın oyununu təhlil edərkən “Hapoel”in oyunundakı nüansları da nəzərə almaq lazımdır?

- Bilirsiz, klub fərqlidir, milli fərqli. Amma müəyyən çalarları götürmək olar. Məsələn, “Hapoel” futbolçuları meydançada qaçmırdılar. Daha doğrusu, qaçırdılar, amma lazım olan anda. Ümumilikdə isə daha çox topu özlərində saxlayıb rəqibi yorurdular.

- Bu oyun üçün hansı taktika daha məqbul sayıla bilər?

- Təbii ki, hücumda oynamalıyıq. Müdafiədə oturmaq çıxış yolu deyil. Nə qədər müdafiə olunursan olun, əvvəl-axır qol buraxacaqsan.

- “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşsə də, bu klubdan milliyə cəmi bir futbolçu çağrıldı. Buna münasibətiniz?

- Bu, həqiqətən də çox maraqlıdır (gülür). Amma digər bir tərəfdən bu, Foqtsun öz seçimidir. Yəqin ki, çempionatı izləyir və kimi hazırlıqlı hesab edir onu da çağırır. Məncə, Foqtsun qərarları düzgündür.


Anar XANLAROV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu