Azərbaycan millisinin sabiq futbolçusu, hazırda “Neftçi”nin aşağı yaş qrupunda məşqçi kimi çalışan Samir Əliyevinin Qol.Az saytına müsahibəsi.
- DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası İsrail yığmasını qəbul edəcək. Bu görüş barədə nə düşünürsən?
- Asan oyun olmayacaq. Ümumiyyətlə, Avropada heç bir qarşılaşma asan keçmir. Fərqi yoxdur, Luksemburqla oynayırsan, ya, Andorra ilə. İsraillə oyunda millimizin yaxşı nəticə qazanacağına ümid edirəm. Əgər millimiz bu oyunda qalib gələ bilsə, o zaman sonrakı oyunlarda da uğurlu nəticə gözləmək olar. Yox, əgər məğlub olsalar, hər şey əksinə gedəcək.
- Səncə, millimizin İsrail üzərində qələbə qazanacağını nə dərəcədə real görürsən? Bu, baş verə bilərmi?
- Mümkünsüz heç nə yoxdur. Futbolda o qədər gözlənilməz nəticələr olub ki... Millinin formasını geyinmiş sabiq futbolçu kimi, qələbəyə ümidüm çoxdur. Belə götürəndə, heç kim “Neftçi”dən uğurlu nəticə gözləmirdi. Lakin hər şey əksinə oldu. Artıq neçə ildir ki, millimizdə eyni futbolçular yer alıb, uşaqlar bir-birini yaxşı başa düşür. Düzdür, digər Avropa yığmalarından fərqli olaraq, bizdə yüksək temp yoxdur. Lakin bunlar da tədricən düzələcək. İsrail yaxşı komanda olsa da, rəqibi şişirtmək lazım deyil. Çünki İsrail nə Portuqüaliyadı nə də, Rusiya. Onları məğlub etmək olar. Belə götürəndə, “Hapoel” onların çempionlarıdır, oyunlarını gördük də. “Neftçi” sadəcə, onları əldən buraxdı.
- İsraillə oyundan bir neçə gün sonra səfərdə Portuqaliyanın qonağı olacağıq. Bu rəqibə qarşı nə edə bilərik?
- Bax, Portuqaliya ilə oyun çox çətin olacaq. Ancaq əlimizi yanımıza salmaq yox, mübarizə aparmaq lazımdır.
- Millimizin Portuqaliya ilə oyunda böyükhesablı məğlubiyyətindən ehtiyatlanmaq olar?
- Hər şey ola bilər. Rəqib Avropanın ən güclü komandalarından biri hesab edilir. Elə son Avropa çempionatında portuqalların necə oynadığını hamı gördü. Yalnız Avropa çempionu İspaniyaya oyunsonrası penaltilərlə uduzaraq, mübarizəni dayandırdılar. Lakin bu, əsas vermir ki, millimiz portuqallarla oyunda qorxaq futbol oynasın. Müdafiə futboluna üstünlük versək, lap biabırçı məğlubiyyətlə üzləşə bilərik. Onsuz da, Portuqaliya imkan verməyəcək ki, yığmamız hücumda oynasın. Yəqin ki, komandamızın baş məşqçisi bunları yaxşı bilir.
- Necə düşünürsən, Azərbaycan millisi Berti Foqtsun rəhbərliyi altında DÇ-2014 il seçmə mərhələsində yaxşı nəticəyə imza ata biləcək?
- Yaşıyarıq görərik. Lakin mən bunun baş verəcəyinə inanmıram.
- Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış “Neftçi”nin heyətindən cəmi bir futbolçu milliyə çağrılıb. Peşəkar məşqçi üçün bu cür seçim nə dərəcədə düzgündür?
- Təbii ki, Avropa səviyyəli oyunlarda yüksək səviyydə oynamış, qollar vurmuş futbolçuların millidən kənar qalması düzgün deyil. Cavid İmamverdiyev, Rəşad Sadiqov, Mirhüseyin Seyidov kimi hazırda formada olan futbolçuları indi də, yığmaya çağırmasalar, bəs, nə vaxt çağıracaqlar? Bu futbolçulardan mütləq istifadə etmək lazımdır. Sabah bu futbolçular klublarının heyətində Avropanın adlı-sanlı klublarına qarşı oynayacaq
Əli HƏYATİ
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü