AZAL-ın serbiyalı sabiq futbolçusu Draqan Mandiç Qol.Az-a verdiyi müsahəbəsində Avropa Liqasında “Neftçi” ilə eyni qrupa düşən “Partizan”ın son durumu haqda danışıb.
- “Neftçi”nin Avropa Liqasının qrupundakı şanslarını necə görürsən?
- Şans var. Ancaq bundan istifadə etmək, oyunlara daha yaxşı hazırlaşmaq lazımdır. Kim daha yaxşı oynasa, o da qalib gələcək. Bir daha deyirəm, “Neftçi”nin uğur qazanmaq üçün real şansı var.
- “Neftçi”nin start oyunu Serbiyada “Partizan”a qarşı olacaq. Necə düşünürsən, bu oyundan xal götürmək olar?
- “Partizan”ın çox yaxşı şəraiti var və hər şey yüksək səviyyədəir. Bu komandanın ev oyunlarında ab-hava da çox gözəl olur. Çünki “Partizan” çox güclü azarkeş dəstəyinə malikdir. “Neftçi” güclü komanda olduğunu sübut etmək üçün bu oyundan bir xal götürməlidir.
- Bəs, sən özün oyunu canlı olaraq stadiondan izləyəcəksən?
- Hələlik gedib-getməyəcəyimi bilmirəm. Ancaq yəqin ki, imkan tapıb gedəcəyəm. Çünki “Partizan” mənim sevimli klubumdur. Bundan başqa, özüm də Azərbaycandan gələcək bəzi dostlarımı görmək istəyirəm.
- Yəqin ki, “Partizan”ın düşərgəsindəki son durumdan xəbərin var. Bilmirsən, bu komandanın maddi durumu necədir?
- Mən bilən, “Partizan”ın maddi durumu çox yaxşıdır. Çünki heyətlərində yüksək ödənişli futbolçular çıxış edir. Ümumiyyətlə, son illər bu komandada maddi baxımdan problemi olmayıb.
- Heyətlərində ən güclü futbolçuları kimdir?
- 17 yaşlı hücumçuları Aleksandr Mitroviçi qeyd edərdim. Çox güclü futbolçudur. Ondan başqa, kapitanları Saşa İliç də səviyyəli oyunçudur.
- Bəs, hansı sistemlə oynayırlar, ümumiyyətlə, hazırkı “Partizan” hücum futboluna üstünlük verir yoxsa, müdafiə futboluna?
- Taktiki sistemləri 4-4-2-dir. Hücum futbolu oynayırlar, amma müdafiə olunmağı da bacarırlar. Eyni zamanda çox yaxşı top saxlayırlar.
Anar XANLAROV
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu