Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- “Neftçi” Azərbaycan futbol tarixində ilk dəfə olaraq, Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. Bununla bağlı fikirləriniz necədir?
- “Neftçi” gözəl oyun nümayiş etdirdi. Düzdü, azarkeşlərin 70 faizi inanmırdı ki, “Neftçi” mərhələ adlayacaq. Çox sevindirici haldır ki, klubumuz Azərbaycanı Avropada gözəl təmsil etdilər. Bu münasibətlə PFL adından “Neftçi”ni təbrik edirik.
- Həmin oyunun Azərbaycan canlı yayımlanmaması narazılıqlara səbəb olub.
- Mən buna görə bütün azarkeşlərdən üzr istəyirəm. Bizi bağışlasınlar ki, belə tarixi oyunları yayımlamaq üçün teleşirkətimiz yoxdur. Əgər olsaydı, oyunu göstərərdilər. Bağışlasınlar ki, bunu həyata keçirmək imkanımız yoxdur.
- Yeri gəlmişkən, Azərbaycan Premyer Liqasının dörd turunda bir oyun belə yayımlanmayıb. Vəziyyət nə zaman düzələcək?
- Hələ bu barədə dəqiq bir şey yoxdur. Hazırda televiziyalarda İspaniya, İngiltərə, İtaliya çempionatları göstərilir. Niyə bəs, bizim çempionatı yayımlamırlar? Azərbaycanın çörəyini yeyib, suyunu içirlər.
- Azərbaycan Premyer Liqasının sponsorunun kim olacağı dəqiqləşibmi? Son günlər “Topaz”ın adı tez-tez çəkilir.
- Mən hansı şirkətlə danışıqlar apardığımızı deyə bilmərəm. Ancaq onlarla söhbət əsnasında görürəm ki, əməkdaşlığımız səksən faiz alınmayacaq. Çünki onların irəli sürdüyü şərtlər bizim imlanlarımız xaricindədir.
- Belə çıxır ki, çempionat sponsorsuz qalacaq?
- Guya indiyə qədər çempionatın sponsoru olmayanda futbol oynamırdılar? Bəlkə də çempionatın sponsoru olmadı.
- “Neftçi”nin çempionat oyunlarının vaxtınını dəyişdirilməsi hansı zərurətdən irəli gəldi?
- Əsasnaməmizdə yazılıb ki, hər hansı klubumuz Avropa kuboklarında irəliləsə, heç bir klubdan soruşmadan, onların oyunlarının vaxtlarını dəyişə bilərik. Bu qərarımızı verməyimizə səbəb “Neftçi”nin qitə miqyaslı oyunlara daha yaxşı hazırlaşmasıdır.
Əli HƏYATİ
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!