AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov Qol.Az saytına müsahibəsi komandasındakı son durum, “Neftçi”nin Avroliqadakı çıxışı və millimizin İsraillə keçirəcəyi dünya çempionatının seçmə oyunu ilə bağlı Qol.Az-ın suallarını cavablandırıb
- İlk əvvəl “Neftçi”nin son uğurlu çıxışları barədə fikirlərinizi bilmək istərdik.
- Biz bu anı uzun illərdi ki, gözləyirdik. Nəhayət, klublarımızdan biri bu misiyanın öhdəsindən gəlməyi bacardı. “Neftçi” 1995-ci ildəki olaya görə Kipr klubu və azarkeşlərinə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla tutarlı cavab verdi. Bunu yalnız alqışlamaq lazımdır. Onları bu uğur münasibətlə təbrik edirəm.
- Bəs, rəqibləri barəsində nə deyə bilərsiniz? Sizcə, “Neftçi”nin qrup mərhələsindən çıxmaq şansı varmı?
- Əgər qrup mərhələsinə düşməyi bacarıblarsa, deməli, komandada özünəinam var. Fikrimcə, “Partizan” klubunu məğlub etməklə yanaşı, “İnter” və “Rubin”ə qarşı da sonadək mübarizə aparacaqlar. Məncə, “Neftçi”rəqiblərinin güclü olmasına baxmayaraq, onlardan xal almağı bacaracaq.
- Komandanızın “Neftçi”ylə oyunu təxirə salındı. Hazırda isə millinin təlim-məşq toplanışı səbəbindən çempionatda uzun fasilə yaranıb. Bu, AZAL-ın çıxışına mənfi təsir etməyəcək ki?
- “Neftçi”ylə matçın təxirə düşməsi onların xeyrinə oldu. Təmsilçimiz Avropa yarışlarında gözəl bir nəticə əldə etdi. Fikrimcə, tamamilə düzgün qərar qəbul olunmuşdu. Həmçinin millinin oyunları olduğu üçün çempionatın təxirə salınması qərara alınıb. Lakin biz və bütün komanda işinə çox ciddi yanaşır. Hər kəs yaxşı bilir ki, bizi irəlidə hələ ağır çempionat oyunları gözləyir. Sentyabrın 16-dan AZAL-ı “Qarabağ”, “Xəzər Lənkəran” və “Bakı” kimi güclü komandalarla ardı-arda çətin oyunlar gözləyir. Bütün bunlara əsasən heyətdəki futbolçularla məşqlərimizi və yoldaşlıq görüşlərimizi davam etdiririk. Qarşıda bizim “Sumqayıt” komandasıyla yoldaşlıq oyunumuz baş tutacaq.
- Qarşıdakı Azərbaycan- İsrail görüşündən nə gözləyirsiniz?
- Bir şeyi unutmamalıyıq ki, “Neftçi”nin qələbəsi ruh yüksəkliyi baxımından millinin də çıxışına müsbət təsir göstərəcək. Yığmamızda çıxış edən futbolçular yaxşı dərk edirlər ki, bu gün Avropada hər bir komandayla başabaş mübarizə aparmaq olar. Bu gün hər bir yığmayla oyunda nəticə əldə etmək mümkündür. Azərbaycan millisi İsrail yığmasına qarşı oyunda çox gözəl təsir bağışlayacaq. İnanıram ki, komandamız bu qarşılaşmada müsbət nəticə əldə edəcək.
- Heyətinin yarısı Avropa klublarında çıxış edən İsrail yığmasını məğlub edə bilərikmi?
- Niyə də olmasın ki? Əgər biz İsrail yığmasından güclü rəqiblərlə oyunda nəticə götürməyə bacarmışıqsa, onlardan da xal ala bilərik. AFFA Berti Foqtsun qarşısında 2016-cı il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyub. Artıq bu işləri həyata keçirməyin vaxt çatıb.
- “Neftçi”nin futbolçularından Rəşad Sadiqov və Cavid İmamverdiyevin millidən kənarda qalması narazılığa səbəb olub. Sizin Berti Foqtsun bu addımına münasibətiniz necədir?
- Bu qərarın nə dərəcədə düzgün olub-olmadığını Berti Foqts daha yaxşı bilər. Ancaq mənim fikrimcə, Rəşad Sadiqov və Cavid İmamverdiyev öz oyunu və Avropadakı təcrübəsiylə milliyə çox fayda verə bilərdi. Bu gün mötəbər bir yarışmanın qrup mərhələsinə vəsiqə qazanmaqla bunu bir daha sübut ediblər. Mən onların milliyə çağrılmasının tərəfdarıyam.
Əli HƏYATİ
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!