“Neftçi”nin müdafiəçisi Mahir Şükürovun Qol.Az saytına müsahibəsi
- Artıq “Neftçi”nin Avroliqanını qrupunda qarşılaşacağı komandalar bəllidir. Rəqibləriniz haqda fikirlərin necədir?
- İlk növbədə İtaliyanın “İnter” komandasını vurğulamaq istərdim. Bu klub dünya səviyyəli komandadır. Avrokuboklarda ad çıxarmış və iki il öncə Çempionlar Liqasının qalibi olmuş bir güclü rəqibdir. Bir vaxtlar azarkeşlik etdiyimiz komandaya qarşı oynayacağıq. “İnter”lə oynamaq istənilən futbolçunun arzusudur. Bu komanda qrupun favoritidir. Lakin digər komandalar “Rubin” və “Partizan”a qarşı mübarizə aparmaq olar. Düşünürəm ki, bu iki komandanı məğlub edə bilərik.
- Birinci görüşünüz səfərdə “Partizan”a qarşı olacaq. Bu qarşılaşmada hansı nəticəyə ümid edirsən?
- Biz onlarla başabaş mübarizə apara bilərik. Ən pis halda heç-heçə gözəl nəticə olardı. Evdəki oyunlarda isə məqsədimiz qələbə qazanmaqdır. Belə olan halda istədiyimiz xalları əldə edə bilərik. Ən əsası məğlub olmamalıyıq.
- Belə çıxır ki, qrupdan çıxmağa inanırsan?
- Bəli. Hazırda futbolda çox gözlənilməz nəticələr qeydə alınır. Bizim məğlub etdiyimiz “Apoel” Avropa futbolunu şoka salmışdı. Bunu biz də təkrarlaya bilərik. Belə götürəndə, çoxları “Neftçi”nin “Apoel”i keçəcəyinə inanmırdı. Lakin biz sübut etdik ki, “Neftçi” istənilən zaman sürprizlərə imza ata bilər. Qrupdan çıxacağımıza inamımız var. Çox şey rəqiblərimizin yaxşı təhlil etməyimizdən asılı olacaq. İnanıram ki, məşqçilər heyəti bunu həmişəki kimi yüksək səviyyədə edəcək. Bizim elə bir baş məşqçimiz var ki, hər şeyi düzgün qiymətləndirir.
- Öz çıxışın səni qane edir?
- Şükür Allaha, “Neftçi”yə gələn gündən özümü yaxşı tərəfdən göstərirəm. Çalışıram ki, komandama maksimum dərəcədə xeyir verim. Hətta komandaya yeni gəlməyimə baxmayaraq, artıq qol da vura bilmişəm. Lakin bu, mənim hələ tam şəkildə istədiyim oyun deyil. İnanıram ki, daha da artıra biləcəyəm.
- “Neftçi”yə keçməmişdən öncə Azərbaycanda bir daha futbol oynamayacağını söyləmişdin. Bu fikrini dəyişməyə nə səbəb oldu?
- Mənim haqqımda nə gəldi, necə gəldi, pis fikirlər səsləndirirdilər. Bu da mənə psixoloji olaraq pis təsir etmişdi. Onsuz məni istəməyənlər çoxdu. Klubumuzun prezidenti Sadıq Sadıqova mənim barəmdə olmayan şeyləri deyirdilər. Lakin Sadıq müəllim mənim necə bir insan və futbolçu olduğumu gördü. Yəni kənardan söylənildiyi kimi deyiləm. O, mənə dəstək oldu. Yerli çempionata özümü bir daha sübut etmək üçün “Neftçi”yə gəldim. Hər oyuna çıxmamışdan əvvəl Allahdan məni istəməyənlərin yanında başı aşağı etməməsi üçün dua edirəm. Qoy, mənə etimad göstərən insanlar razı qalsınlar.
- Qarşıda millimizin İsrail yığmasıyla rəsmi görüş var. Bu oyun barədə nə düşünürsən?
- İnanıram ki, “Neftçi”nin uğurundan sonra azarkeş dəstəyi bu görüşdə möhtəşəm olacaq. Düzdü, İsrail komandasının oyununu görməmişəm. Buna görə də yüz faiz qələbə qazanacağımızı deyə bilmərəm. Yəqin ki, yaxın zamanda onların oyunlarını məşqçilər korpusuyla birlikdə dərindən analiz edəcəyik. Bundan sonra daha dolğun danışmaq olar.
Ən azı evdə oynadığımız üçün məğlub olmamağa çalışacağıq.
Əli HƏYATİ
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!