Olimpiya mükafatçılarımıza bahalı maşın verildi (FOTOLAR)

XƏBƏR 28 Avqust 2012 / 17:08 14994
-  A +

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Babək Babayevin rəhbərlik etdiyi “Yeni HƏYAT” Şirkəti tərəfindən Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında iştirak edən güləşçilərimiz üçün avtomobil hədiyyə ediləcəyi barədə xəbər vermişdik.

Qol.Az-ın məlumatına görə, artıq dünən avtomobillər öz sahiblərinə təqdim olunub.

Belə ki, Olimpiadanın qızıl medalını qazanan Toğrul Əsgərov və Şərif Şərifova “Porsche Cayenne”,  olimpiadanın gümüş medalını qazanan Rövşən Bayramov və Mariya Stadnikə “AUDI A5” avtomobili hədiyyə edilib. 

Həmçinin, “Yeni HƏYAT” tərəfindən Olimpiya çempionu Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalova “SEAT” avtomobili də hədiyyə edilib.






































Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər