Ötən həftə Azərbaycan Premyer Liqasında IV turun oyunları keçirilib. Açığı, hər turda yenilik gözə dəyir. Pis və yaxşı mənada. Məsələn, bu turu yarımçıq da adlandırmaq olar. Çünki iki oyun təxirı salındı. AZAL - “Neftçi” matçı ikincilərin Avropa Liqasındakı oyunu, “Xəzər Lənkəran” -“Simurq” matçı isə U-17 qızlar arasında keçiriləcək dünya çempionatına hazırlıq səbəbindən başqa vaxta keçirildi. Bunun özü də anlaşılmazdır. Məgər, “Apoel”ə görə Cənubi Kipr çempionatı təxirə salınır ki, biz də “Neftçi”yə görə Azərbaycan çempionatının oyununu təxirə salaq? Tutaq ki, paytaxt klubu səfərdə uğurlu nəticə qazanıb Avropa Liqasının qrup mərhələsinə düşdü. Onda belə çıxır ki, “Neftçi” bu mövsümün ilk mərhələsində Azərbaycan çempionatında oyun keçirməyəcək? “Xəzər Lənkəran”-“Simurq” matçının təxirə salınması isə, ümumiyyətlə, anlaşılmazdı. Qızlar arasında dünya çempionatı sentyabrın 22-də start götürüləcək. Yəni Lənkəran stadionu o qədər bərbad gündədir ki, onun otunu normal hala gətirmək üçün bir ay əvvəldən heç nəyə toxunalmamalıdır? Onsuz da IV turdan sonra çempionatda fasilə yaranacaq, buna görə oyun təxirə salmaq hansı qaydada yazılıb? İkincisi, bir tərəfdən meydançanı hazırlamaq adı ilə oyun təxirə salınır, digər tərəfdən U-17 millimiz Lənkəran stadionunda toplanış keçir. Nə isə davam edək.
“Qarabağ” - “Rəvan” - 0:0
Bu oyunda qələbə hər iki tərəf üçün lazım idi. Məlum məsələdir ki, “Qarabağ” çempionluğa oynayır və “Rəvan” kimi komandalarla oyunlarda xal itirməməlidir. “Rəvan” isə bu mövsüm ilk “altılığ”ı hədəfləsə də, ilk üç turdan sonra aktivində qələbə yox idi. “Qarabağ” ötən tur “Sumqayıt”a 6 top vursa da “Rəvan”la qarşılaşma göstərdi ki, bu, heç də ağdamlı futbolçuların məhsuldarlığının yüksək olması yox, rəqibin 70 dəqiqə azlıqda qalmasına görə olub. Artiq Rauf Əliyev də “Qarabağ”dan ayrılaraq, “Xəzər Lənkəran”a keçmək üzrədir. Bu isə onu göstərir ki, qarşıdakı 3-4 gündə yeni hücumçu alınmasa, “Qarabağ”ın işi çox çətin olacaq. “Rəvan”a gəlincə, budəfəki heç-heçə baş məşqçi Cavad Gülərin istefaya göndirilməsi ilə nəticələndi. Bu haqda geniş yazı yazdığımdan təfsilata varmayacağam. Sadəcə, qısaca xatırlatma olaraq bir daha deyim ki, 4 tura görə məşqçi istefaya göndərməzlər. Özü də Cavad “Xəzər Lənkəran”, “Bakı”, “Qarabağ” kimi çempionluğu hədəfləyən klublara uduzmamışdı. Zavallı türkün halına acımaqdan başqa çarəmiz yoxdur.
“Turan” - “İnter” - 2:3
Bu oyunu əsl trillerə bənzətmək olar. Xüsusən də “Turan” üçün. Hətta “İnter”in baş məşqçisi Kaxaber Sxadadze də oyunsonrası mətbuat konfransında bunu etiraf edib. Həqiqəqtən, “Turan” üçün şok bir nəticə oldu. Komanda 89-cu dəqiqəyə kimi hesabda 2:1 öndədir, amma matçı məğlub başa vurur. Özü də “İnter” qələbə qolunu 90+3-cü dəqiqədə rəqib qapısından keçirir. Bu oyun futbolun 90 dəqiqə oynandığını bir daha sübut etdi. “İnter” cari mövsümdə ilk qələbəsini qazandı. Sxadadze şanslı məşqçidir. Çünki məğlub olsaydı, bu, onun postunu əməlli başlı laxladacaqdı. Amma Şuts gürcünün qanının arasına girdi. Bununla belə, “Turan” kimi komandanı böyük çətinliklə, özü də son saniyələrdə vurulan qol hesabına məğlub etmək “İnter”də işlərin qaydasında olmadığını göstərir.
“Qəbələ” - “Sumqayıt” - 4:1
III turda “Neftçi”yə böyük hesabla uduzan “Qəbələ” bunun heyfini “Sumqayıt”dan çıxdı. Ümumiyyətlə, maraq üçün bildirək ki, Sumqayıt klubları indiyə kimi “Qəbələ”ni nəinki məğlub edə, heç ondan xal da ala bilməyib. Bu oyunun favoriti qəbələlilər sayılırdı. Ancaq açığı, Sumqayıt təmsilçisinin get-gedə aciz duruma düşməsi heç də xoş deyil. Əsasını milli komandalarımızın şərəfini qoruyan gənclərin təşkil etdiyini nəzərə alsaq, bu, ikiqat təəssüf doğurur. Çünki iki oyuna qapısında 10 top buraxan gənc futbolçuda daha çox qalib yox, məğlub psixologiyası formalaşır. Ötən yazımda da qeyd etmişdim ki, Bernhard Raab təcili istefaya getməlidir. Daha doğrusu, onun özündə istefaya gedəcək üz yoxdur.“Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında ona sual vermişdim ki, Avropada özünə hörmət edən məşqçi 1:6-lıq məğlubiyyətdən sonra istefa ərizəsini yazır. Lakin ayağını ayağının üstünə aşıran alman “bu haqda düçünəcəyəm” deyə cavab vermişdi. Görəsən, üzsüz alman “Qəbələ” fiaskosundan sonra da getmək haqda düşünmür?
“Bakı” - “Kəpəz” - 3:1
Nəhayət, “Bakı” cari mövsümdə ilk qələbəsini qazandı. Prinsipcə, burada qeyri-adi heç nə yoxdur. Paytaxt klubu çempionluğa oynadığı halda, gəncəlilərin durumu heç də yaxşı deyil. Bandoviç artıq yavaş-yavaş öz sistemini oturtmaqdadır. Düzdür, “Kəpəz” üzərindəki qələbə göstərici sayıla bilməz. Oyuna canlı baxdığımdan deyə bilərəm ki, “Bakı”nın müdafiə xəttində hələ də problemlər qalmaqdadır. Məsələn, “Kəpəz”in hücumçusu Yuri Fomenko bir neçə epizodda meydança sahiblərinin müdafiə xəttini təkbaşına yarıb keçməyi bacardı. Yəqin ki, Bandoviç növbəti oyunlarda bunun üzərində işləyəcək. “Kəpəz”ə gəlincə, bildiyiniz kimi, bu komandada baş məşqçi dəyişikliyi olub, istefaya gedən Fuad İsmayılovun əvəzinə Mahmud Qurbanov təyin olunub. Təbii ki, həm debüt oyunu olduğundan, həm də komandanı bir araya yığmadığındam Qurbanovu nədəsə qınamaq olmaz. Gənc məşqçinin işi tədricən görünəcək. Ancaq o məlumdur ki, Mahmudun işi həddindən artıq çətin olacaq.
Anar XANLAROV
İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"
Hakimi zədəsini sağaltdı, kubok oyununda meydanda olacaq
"Bavariya" 2 futbolçusunun müqaviləsini uzadır
“Qarabağ”ın qapıçısı Almaniyadan təklif alıb
Klubun 40 azarkeşi həbs olundu
Sinenkadan rekord, Şahrudindən uğurlu seriya
"Qalatasaray" və "Fənərbaxça" onu hədəfə aldı
“Əl-İttihad” rəsmisindən Vinisius açıqlaması
"Valensiya"nın məşqçisi 3 övladı ilə gəmidə batdı
40 yaşında 40 qol vurdu
"Qarabağ" Braziliya klubu ilə razılaşmadı
İsko 1 ay oynamayacaq
Roman Qriqorçuk qayıdır
Ronaldonun dubl etdiyi oyun - Video
WKF-dən Rafael Ağayevlə bağlı paylaşım - Şəkillər
“Atletiko”nun sabiq futbolçusu Braziliya klubunda
111 ildən sonra 11 qələbə rekordu
Kenan qol vurdu, "Yuventus" qalib gəldi - Video
"Bavariya" onunla yeni müqavilə imzaladı
"Aston Villa" "Çelsi"ni belə məğlub etdi - Video
Ronaldo dubl etdi, "Əl-Nəsr" qalib gəldi
"Mançester Siti" və "Liverpul"dan qələbə, "Çelsi" uduzdu
Bu ilin ən çox qazanan futbolçuları kimlər oldu?
"Dünyanın ən yaxşı hücumçularından biridir"
"Arsenal" yenidən lider oldu
"Real" hələ də ideal əvəzləyicini tapa bilmir
Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu
"Neftçi" Ukrayna klubunun futbolçusu ilə maraqlanır
Zirkzeyə "Roma"dan təklif gəldi
"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı
"Mançester Siti" liderliyə yüksəldi