“Bakı” klubunun baş məşqçisi Novruz Əzimovun Qol.Az saytına müsahibəsi
- Belə məlumat yayılıb ki, transfer etmək istədiyiniz Kolumbiya millisinin qapıçısı Luis Enrike Martines Bakıya gəlsə də, gözlənilmədən komandanızın düşərgəsini tərk edib.
- Fakt budur ki, bu adam indi burada yoxdur. Yəni, Bakıdan özbaşına çıxıb gedib. Düzü, baş verənlərin təfsilatıyla bilmirəm. Ancaq onu bilirəm ki, Enrikeylə müqaviləmiz olsaydı, heç bir yana gedə bilməzdi. Bura gələndən sonra müxtəlif şərtlər irəli sürürdü.
- Necə düşünürsünüz, Martinesin qəflətən belə addım atmasına səbəb nə oldu? Axı o bilirdi ki, hansı ölkəyə, hansı klubda oynayacaq.
- Məni digər şeylər maraqlandırmır. Fakt odur ki, bu futbolçu yoxdur. Və bir daha bu komandada olmayacaq. Bəlkə də, bu, bizim xeyrimizədir. Çünki bu gün belə hərəkət edən sabah çempionatın yarısında komandanı pis vəziyyətdə qoyub gedərdi. Buna görə də narahat deyiləm. Belə futbolçunun olmağındansa, olmamağı yaxşıdır. Birdə ki, belə şeylərə artıq vaxt sərf etmək istəmirəm.
- Bəs, qapıçı məsələsini necə həll etməyi düşünürsünüz?
- Mən heç vaxt ikinci qapıçımız Aqil Məmmədovu məcburiyyətdən meydana buraxmamışam. Aqil gənc və perspektivli qapıçıdır. Hazırda yaxşı formadadır. Bundan başqa, digər qapıçılarla danışıqlarımız gedir. Çalışacağıq, tez bir zamanda bu məsələni həll edək.
- Hücumda bəzi problemlər olduğunu söyləmişdiniz. Bu çatışmazlığı aradan qaldıra bilmədinizmi?
- Səhvə yol verməməliyik. Bizə təklif olunan və özümüzün baxdığımız futbolçuların heç birisiylə konkret razılığa gəlinməyib. Lakin hücum xəttində bu gün Marius Verpakovskis, Nurlan Novruzov və Parks kimi futbolçularımız var. Düzdü, son kubok oyununda Pars zədəli halda meydana çıxdı və dartılmış əzələsini yenidən zədələdi. Ona görə də onun müalicəsi hələ Sloveniyada da davam edirdi. Son oyunda 12-13 dəqiqədə meydanda olsa da, Parks hələ biz istədiyimiz səviyyədə deyil. Bunu özü də yaxşı bilir.
- Avroliqada mübarizə aparacağınız Sloveniyanın “Mura” klubu haqda nə deyə bilərdiniz? Çoxları sizə asan rəqib düşdüyünü söyləyir. Siz necə fikirləşirsiniz?
- “Mura” zəif rəqib sayanlar yanılırlar. Zəif komanda olsaydı, Sloveniya çempionatında 3-cü pilləni tutmazdı. Bizimlə qarşılaşmada “Mura”nın 5 əsas futbolçusu meydana çıxmamışdı. Həmçinin, “Bakı”yla oyundan öncə “Maribor”la yoldaşlıq oyunu keçirmişdilər. Bizimlə oyunda yorğun idilər. Fikrimcə,”Mura” çox yaxşı komandadır.
- Növbəti mərhələyə keçmək şanslarınızı necə dəyərləndirirsiniz? Ümumiyyətlə, çalışacaqsınızmı ki, ilk qarşılaşmada cütün taleyini həll edəsiniz?
- Cütün taleyini ilk görüşdə həll etmək fikri yanlışdır. Mən bir söz söyləyə bilərəm, çalışacağıq ki, yaxşı nəticə qazanaq. Lap onları 3:0 hesabıyla da məğlub etsək, bu, hər şeyi həll etdiyimiz anlama gəlməyəcək. Ancaq bu mərhələni keçməyə borcluyuq.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video