Hazırda “Bakı”yla birgə Sloveniyada təlim-məşq toplanışında olan klubun vitse-prezdenti Zeynal Məmmədov Qol.Az saytına müsahibə verib
- Belə məlumat yayılıb ki, Ekvador yığmasının hücumçusu Felik Boryayı transfer etmək istəyirsiniz. Bu, doğrudur?
- Bəli, bu futbolçuyla yaxından maraqlanıırıq. Onunla danışıqlar aparılıb. Lakin təkcə ekvadorlu deyil, bir çox səviyyəli futbolçularla danışıqlarımız davam edir. Hansı bizə münasib olsa, onunla müqavilə imzalayacağıq.
- Planlarınıza təkcə hücum mövqeyini gücləndirmək daxildi, yoxsa?
- Xeyr, sol cinah mövqeyinə də futbolçu almaq istəyirik. Düzdü, bu çatışmazlığı ötüşdürə bilərik. Lakin əgər qarşımıza ciddi məqsədlər qoymuşuqsa, lazımı futbolçular alınmalıdır. Biz istəyirik ki, unversal bir futbolçu alaq ki, həm sağ, həm də sol cinahlarda əla oynaya bilsin. Ən azı iki nəfər bizə mütləq lazımdır.
- Transfer etmək istədiyiniz futbolçular ölkəsinin milli komandasının formasını geyinir?
- Bəli. Bu, daha faydalıdır. Alınan futbolçu gərək komandasına kömək edə bilsin. Biri var oynamayan futbolçu alasan, gözləyəsən ki, özünə gələ, formaya düşə, biri də var, formada olub, gələn kimi klubuna kömək edən oyunçu. Həm də bizim çox az vaxtımız var.
- Klubunuzun futbolçusu Hacı Əhmədovun “Qarabağ”a keçidi barəsində nə deyərdiniz?
- Onun keçidinə razılığı biz vermişik. İstəmədik ki, futbolçu ehtiyatda oturaraq oynamasın. Əksinə, gənc futbolçunun digər komandada çıxış edərək karyerasını davam etdirməsini istədik. Niyə qabaqlarını kəsməliyik ki.
- Bir çox mütəxəssis “Bakı”nın Avroliqadakı rəqibi olan Sloveniyanın “Mura” komandasını zəif hesab edir. Bəs siz şanslarınızı necə qiymətləndirisiniz?
- Kim “Mura”nı zəif hesab edirsə, gəlib, onların oyunlara baxsın. Onda görəcəklər ki, fikirləşdikləri kimi zəif komanda deyil. “Mura” Sloveniya çempionatında 3-cü pilləni tutub. Sloveniyanın milli komandası son dünya çempionatının final mərhələsində oynayıb. Keçmiş Yuqoslaviya və Balkan futbolunu təmsil edir. Bunların uğuru bizimkilərdən daha çoxdur. Yoldaşlıq oyununda “Mura”ya 4:0 hesabıyla qalib gəldiyimizi ağlımızdan birdəfəlik çıxarmalıyıq. Sizi inandırım ki, “Mura” dünən keçirdiyi yoldaşlıq oyununda necə gözəl bir futbol nümayiş etdirdi. Baxmayaraq ki, 1:2 hesabıyla uduzdular, amma onlar özlərinə görə bir komandadır. Siz də bunun şahidi olacaqsınız. Heç bir klubu aşağılamaz olmaz. Xüsusən də, belə bir mötəbər turnirdə əllərindən gələni etməyə çalışacaqlar.
- Seleksiyaçı məşqçiniz Rafael Əmirbəyovu “Mura”nın yoxlama görüşünü izləməyə yollamışdınız. Dolğun bir məlumat öyrənə bildinizmi?
- Bəli, lazımı məlumatlar toplamışıq. Bir daha deyirəm, heç kəs fikirləşməsin ki, bizə asan rəqib düşüb. Belə götürəndə, ən çətin rəqib elə “Bakı”ya düşüb. Gərək, arxı tullanmamış hop deməyəsən. Rafael rəqibin oyununu izlədikdən sonra bizə bildirdi ki, “Mura” meydanda “sökürdü”. Məğlub olsa da, çox güclü təsir bağışlayıb.
Əli HƏYATİ
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda