“Simurq” klubunun sabiq ukraynalı futbolçusu Ruslan Qunçak Qol.Az-a müsahibə verib.
- Hazırda hansı komandada çıxış edirsən, işlərin necə gedir?
- Hazırda karyeramı Ukraynada davam etdirirəm və “Bukovina Çernovsi” komandasının şərəfini qoruyuram. İşlərimə gəlincə, hər şey qaydasındadır.
- Sonuncu dəfə nə vaxt Azərbaycanda olmusan?
- İki il bundan qabaq.
- Ümumiyyətlə, Azərbaycanda dostların, tanıdığın insanlar var?
- Düzünü deyim ki, dostum yoxdur. Ancaq tanıdığım insanlar var.
- Azərbaycanla bağlı xatirələrin necədir?
- Xatirələrim yaxşıdır, amma sonluğa doğru əhvalım korlandı. Çünki komanda demək olar, dağıldı. Bu isə heç də yaxşı olmadı.
- “Simurq”un heyətində keçirdiyin ən yaddaqalan oyun kimi hansını xatırlayırsan?
- “Bakı” ilə oyunu qeyd edərdim. Həmin vaxt biz rəqibi 2:1 hesabıyla məğlub etmişdik. Ancaq bundan başqa bir neçə oyun da olmuşdu ki, yaxşı mənada yaddaşımda iz buraxmışdı.
- Bəs ən uğursuz oyunun?
- Son mövsümdə çempionatın sonuna doğru keçirdiyimiz bütün oyunları ən uğursuz hesab edirəm.
- Deyilənə görə, baş məşqçiniz Roman Pokora futbolçularla çox kobud rəftar edirdi və hətta, onları söyürdü. Bu, doğurdan belə idi?
- Belə deyək də, söyüşü də ağılla söymək lazımdır. Hər futbolçuya onun öz xarakterinə, psixologiyasına uyğun yanaşmağı bacarmalısan. Bu mənada düşünürəm ki, Pokora söyüş söyməkdə düz edirdi. Təbii ki, heç də həmişə yox.
- Bəs, “Simurq”un heyətində çıxış edən ukraynalı futbolçuların içki içməsi, hətta bəzən oyuna da içkili çıxmasına dair yayılan xəbərlər düz idi?
- Xeyr, bu, düzgün məlumat deyil. Düzdür, biz içki içirdik. Lakin bunu yalnız oyundan sonra, yəni istirahət vaxtı edirdik. Ancaq oyuna qədər belə şey olmurdu. Bir sözlə, bu məsələdə bizə böhtan atırlar.
- “İnter”lə “Simurq”un "qardaş klublar" olmasına dair söhbətlər Azərbaycan futbolunda hər zaman müzakirə mövzusu olub. Səmimi de, bu iki klub doğrurdan “qardaş” idi?
- Meydançadan kənarda yaxşı münasibətlərimiz var idi. Ancaq meydançada biz rəqib idik.
Anar XANLAROV
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda