“Turan”ın sabiq baş məşqçisi Naci Şensoy Qol.Az-a müsahibə verib
- İşləriniz necə gedir, rəhbərlik etdiyiniz klubun son durumu nə yerdədir?
- Bilirsiniz ki, Avropada çalışdığım son klub Albaniyanın “Byils” klubu oldu və çempionatda 6-cı pilləni tutduq. Bu isə cəmi iki ildir yüksək liqaya çıxmış bir komanda üçün tarixinin ən böyük uğuru idi. Məhz bundan sonra məni Albaniya yığmasına namizəd göstərdilər. Ancaq sonda alınmadı və bu posta italiyan bir məşqçi gətirdilər. Klubda isə müqaviləm başa çatdı. Düzdür, yeni müqavilə təklif etdilər, lakin mən Səudiyyə Ərəbistanından gələn təklifi üstün tutdum. Hazırda bu ölkənin yüksək liqasında çıxış edən “Najran” klubunun U-23 komandasının baş məşqçisiyəm. Ancaq anlaşmamıza görə, ən qısa zamanda əsas komandanın başına keçəcəyəm.
- Başqa təkliflər var idimi?
- Təkliflər çox idi. Ancaq mən Səudiyyə Ərəbistanına getməyi üstün tutdum. Yeri gəlmişkən, bura çalışacağım altıncı ölkə olacaq. Buna qədər Türkiyə, Bolqarıstan, Serbiya, Azərbaycan və Albaniyada işləmişəm. Özümü beynəlxalq məşqçi adlandıranda Azərbaycandakı məşqçilər narahat olurlar. Niyə narahat olurlar anlamıram. Onlar da mənim kimi çalışsınlar və ölkə xaricinə çıxsınlar. Qısqanmaq lazım deyil. Çox sevdiyim bir latın atalar sözü var: icraatın danışdığı yerdə kəlmələr susar.
- Azərbaycandan təklif olsa, qəbul edərsiniz?
- Azərbaycanda iki dəfə çalışdım və yaxşı göstəricilər qazandım. 2004/05 il mövsümündə “Turan”la 4-cü yeri tutduq. O il bizim klubun büdcəsi cəmi 1,5 milyon dollar idi. Halbuki digər iddialı rəqiblərimizin büdcəsi bundan 10 dəfə çox idi. Həmin il bütün Azərbaycan futbol mütəxəssislərinin fikrinə görə, “Turan” ən yaxşı futbol oynayan komanda idi və hətta oyun üslubuna görə bu komandaya Azərbaycanın “Barselona”sı deyirdilər. Növbəti gəlişimdə isə “Turan”ı çox ağır vəziyyətdə qəbul etdim. Özü də mən komandaya gələndə yanvar ayı idi. Yəni mövsümün yarısında komandanı təhvil aldım. Lakin mövsümün sonunda ən yaxın izləyicimiz “Simurq”u 9 xal qabaqlayaraq elitada qalmağı bacardıq. Unutmaq olmazdı ki, “Simurq”un başında Azərbaycan və Makedoniya millilərini çalışdırmış, “Bakı” ilə çempionluq qazanmış Qyoko Haciyevski kimi məşqçi dayanmışdı. Ancaq o, mənimlə bacarmadı. Son mövsümdə gördüyünüz kimi, “Turan” elitanı tərk edirdi, ancaq AFFA onları saxladı. Bütün bu dediklərim mənim nə qədər bacarıqlı məşqçi olduğumun sübutudur. Azərbaycanda çalışmağı həmişə arzulamışam. Çünki ora mənə doğma olan ölkədir, çoxlu dostlarım var. Ancaq bir şeyi səmimi olaraq sizə etiraf etmək istəyirəm. Hazırda Azərbaycan futbolunda rəhbər posta çalışan insanlar mənimlə çalışmaqdan çəkinirlər. Daha doğrusu, məndən yox, mənim peşəkarlığımdan, prinsiplərimdən qorxurlar. Burada mənim bir günahım yoxdur. Mən UEFA PRO lisenziyalı məşqçiyəm və bu lisenziyanı 6 il əvvəl Türkiyədə aldım. 54 yaşım var və bundan sonra dəyişəcək halım yoxdur. Məncə, Azərbaycan futbolunda rəhbər vəzifədə əyləşənlər dəyişməlidir və mənim kimi peşəkar məşqçi ilə işləmək üçün nə etməli odluqlarını düşünməlidirlər.
- “Turan”ı ağır vəziyyətdə qəbul edib sona 4 tur qalmış 9 xallıq fərqlə elitada saxladınız və postunuzu tərk etdiniz. İndi də Azərbaycanda böyük əksəriyyət sizə qarşı böyük haqsızlıq olduğunu düşünür...
- Özünüz də qeyd etdiniz ki, “Turan” çətin vəziyyətdə qəbul etmişdim. Həmin vaxt “Simurq”la eyni xala malik idik - 12. Ancaq mövsüm hələ başa çatmamış 9 xallıq fərqlə elitada qalmağı təmin elədik. “Simurq” isə MOİK-lə birlikdə I diviziona düşdü. Baxmayaraq ki, sonradan AFFA bu komandanı da elitada saxladı. Necə ki, “Turan”ı bu il eyni qaydada Premyer Liqada saxladılar. Bilirsiniz, mən Musa Süleymanov kimi cahil bir adamla çalışdım. Hansı ki, yalan söyləməkdən başqa heç bir şey bacarmırdı. Yalnız yatdığı zaman yalan danışmırdı. Axırı nə oldu? “Turan”dan ayrıldı və tarixə qovuşdu. Ancaq Naci Şensoy Albaniyada çalışdı, indi də Ərəbistanda işləyir. Şərhə ehtiyac varmı? Bax, mən nə zaman ki, deyirəm, Azərbaycanda peşəkar klub rəhbəri yoxdur, mənimlə çalışmaqdan qorxurlar, bunu nəzərdə tuturam. Azərbaycanın hansı klubunda məşqçi məsələsi gündəmə gəlir, mənim adım hallanır. Ancaq bir çox klub rəhbəri nədənsə, mənimlə çalışmaqdan çəkinir. Hamı deyir ki, Azərbaycana Şensoy kimi məşqçi gəlmədi, amma mənimlə çalışmaq üçün özlərində cəsarət tapmırlar. Elə isə mən nə edim? Allaha çox şükür, mənim kimi peşəkar məşqçiyə ehtiyacı olan çox klub var və hər il çox rahat iş tapıram, durumumdan da məmnunam. Ancaq yenə deyirəm, Azərbaycanı çox sevirəm və mənimlə çalışacaq cəsur rəhbərlik gözləyirəm. Ciddi təklif olarsa, mütləq qəbul edər və sevə-sevə Azərbaycanda çalışaram.
- Azərbaycan futbolunu izləyirsinizmi?
- Bəli, mütəmaddi olaraq izləyirəm və “inkişaf yoxdur” demək yalnış olardı. “Qarabağ”ın Avropadakı uğurlarını, Azərbaycan millisinin Türkiyə millisi üzərindəki qələbəsini təsadüf kimi qəbul etmək düzgün olmazdı. İlk növbədə uşaq futboluna önəm verilməlidir. Burada isə peşəkar məşqçilər işləməli, futbol sevgisi bütün Azərbaycanı əhatə etməlidir. Çernoqoriya kimi cəmi 600 min əhalisi olan bir ölkə Azərbaycandan daha yaxşı nəticələr qazanır. Çünki orada hər ailədən bir uşaq idmanla məşğul olur. Azərbaycanın yarısında isə futbol oynanılmır. Futbolu ilk olaraq Azərbaycanın bütün regionlarına yaymalısınız, bu oyunu populyar etməlisiniz. Sadəcə, Bakı, Lənkəran, Gəncə və Tovuzla iş bitmir. Bir də səbr lazımdır. Unutmayın ki, 25 il bundan əvvəl Türkiyə də sizin kimi idi. Ancaq düzgün investisiyalar qoyub futbolu bütün Türkiyəyə yaymaqla, sevdirməklə sonda “Qalatasaray”ın timsalında UEFa kubokunu qazandılar.
- Sizcə, “Qarabağ”dan başqa digər klublarımız Avropada yüksək nəticələr qazana bilmirlər?
- “Qarabağ” mənim 2004/05-ci il mövsümümdə apardığım siyasəti davam etdirir. Yadınızdadırsa, həmin il “Turan”da U-21 millisinin 6 futbolçusu oynayrdı: Kamran Ağayev, Romal Hüseynov, Elnur Abbasov, Camal Məmmədov, daha sonra Elvin Məmmədovla Cavid Hüseynov da bu sıraya qatıldılar. Onlar daha təcrübəli Asen Nikolov, Sergey Skaçenko kimi futbolçuların yanında həm oyun təcrübəsi qazanırdılar, həm də onlardan nəsə baxıb götürürdülər. Bu, çox düzgün siyasət idi. “Qarabağ” da eyni siyasəti apardığı üçün həm onların rəhbərliyini, həm də Qurban müəllimi (“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov - A.X) təbrik edirəm. Bütün bunların nəticəsində Azərbaycanın qüruru oldular. Son mövsümdə bəzi səhvlərə yol verdilər və nəticədə avrokuboklardan kənar qaldılar. Həmin səhvləri isə, klubun rəhbərliyi və baş məşqçisi daha yaxşı bilər. Odur ki, bizim bu haqda danışmağımız düzgün olmazdı. Digər klubların uğursuzluğuna gəlincə, mən bunu onların uzunmüddətli strategiyalarının olmaması ilə əlqələndirirəm. Buna ən bariz nümunə “Xəzər Lənkəran” və “İnter”i göstərə bilərəm. Hər il külli miqdarda pul xərcləyirlər, ancaq nəticə yoxdur. “Neftçi” isə çox düzgün strategiya qurdu.
- Sizcə, Azərbaycan futbolunun ən böyük problemi nədir?
- Türkiyədə olduğu kimi, Azərbaycan futbolunun da ən böyük problemi pulu düzgün istiqamətə yox, hara gəldi xərcləməkdir. Türkiyə futbola pul xərcləmələrinə görə Avropada 6-cı, qazandığı nəticələrə görə isə 16-cı yerdədir. Ukrayna isə pul xərcləmələrinə görə 16-cıdı, qazandığı nəticələrə görə, 6-cı yerdədir. Gördüyünüz kimi, təkcə pul xərcləməklə nəticə əldə etmək olmur, əsas olan pulu düzgün istiqamətdə xərcləməkdir. İkincisi isə, az öncə qeyd etdiyim kimi, futbolu bölgələrdə yaymaq, populyarlaşdırmaq, uşaq futbolunda infrastruktur qurub işi peşəkar mütəxəssislərə həvalə etmək lazımdır.
- Azərbaycan futbolunun ən yaralı yerlərindən biri də süni meydançalardı. Sizin buna münasibətiniz?
- Mən həmişə təbii örtüyün tərəfdarı olmuşam. Çünki bütün dünya futbolu təbii otda oynayır. Süni örtüklü meydançalarda zədələr daha çox olur və futbolun səviyyəsi düşür. Ancaq bu cür meydançalar klub rəhbərlərinə sərf edir. Çünki saxlamaq daha asandır.
- Azərbaycanda çalışdığınız dönəmdə “İnter”i heç bəyənmirdiniz. Halbuki səhv etmiriksə, bu klubun prezidenti Georgi Nikolov sizinlə eyni ölkənin vətəndaşı olmalıdır...
- Mənim digər klublara olduğu kimi, “İnter”ə də ayrıca hörmətim var. Sadəcə, o vaxt bu komandanın baş məşqçisi olan Anatoli Konkov mənim işimi kiçildərək, “AFFA “Turan”ı çempion etmək istəyir” açıqlamasını vermişdi. Mən də təbii olaraq, həm öz çəkdiyim zəhmətimi, həm də çalışdığım klubun imicini qorumalıydım. Mən və bütün azərbaycanlı futbolsevərlər Konkovun oynatdığı futbolu bəyənmirdi. Çünki o futbolda yaradıcılıq yox idi, izləyənlərə həyəcan vermirdi. O ki qaldı Georgi Nikolova, xeyr, biz eyni ölkənin vətəndaşı deyilik. Nikolov Boqlarıstan vətəndaşıdır, bolqardı, mən isə Kosova türküyəm, həm də Türkiyə vətəndaşıyam. Bildiyiniz kimi, Bolqarıstanda 5 klubda çalışdım və bolqar futbolsevərləri ilə çox yaxşı münasibətim var, mənim məşqçiliyimi də bəyənirlər. Ancaq sizə çox açıq şəkildə deyirəm ki, bolqarlar türkləri sevmirlər. Orada son çalışdığım klub “Lokomotiv” (Plovdiv) olub. Həmin vaxt Boqlarıstanın ən tanınmış idman qəzeti olan “7 ДНИ спортс” mənə qarşı irqçi və milliyyətçi kampaniya aparırdı. Buna görə onları məhkəməyə verdim, həmin məhkəməni qazandım və böyük miqdarda təzminat aldım. Onu da unutmayın ki, 20 ilə qədər Boqlarıstanın prezidenti olmuş Todor Jivkov 500 min türkü Türkiyəyə köç etməyə məcbur elədi. Georgi Nikolov xoşbəxt olmalıdır ki, türk dövləti olan Azərbaycanda rahat şəkildə pul qazanır. Özü də türklərin nə qədər qonaqpərvər olduğunu görüb və öz ölkəsində bunları danışarsa, çox yaxşı olar, mən də buna şad olaram.
- Azərbaycan milli komandası hələ də uğursuz çıxışları ilə bizləri utandırır. Çıxış yolunu siz nədə görürsünüz?
- Azərbaycan millisinin uğuru klubların uğuru ilə bağlıdır. Nə vaxt ki, Azərbaycan klubları Avropada yaxşı nəticələr qazanacaq, azərbaycanlı futbolçular Avropa klublarında çıxış etməyə başlayarlar, milli komandanın da yaxşı nəticələri olacaq. Məsələn, Albaniya millisindəki bütün futbolçular ölkə xaricində oynayır. Hətta İtaliya A seriyasında oynayan futbolçuları da var. Bundan başqa, gərək həm də hücum futbolu oynayasan. Qorxunun ölümə faydası yoxdur, cəsarətli oynamaq lazımdır. Azərbaycan millisi müdafiədə pis oynamır, amma hücum haqda da fikirləşmək lazımdır.
- Berti Foqtsun fəaliyyətini necə qiymətləndirərdiniz?
- Foqts təcrübəli məşqçidir. Özü də yaxşı müdafiəçi olub. Bu mənada ilk olaraq, komandanı müdafiədən oynamağa öyrətməsi normaldı. Ancaq onun məşqçi kimi böyük bir uğuru yoxdur. Yenə də işinə hörmətlə yanaşıram, Türkiyəyə qarşı oynanılan futbol xoşuma gəldi. Ancaq mən Azərbaycan millisində yerli məşqçinin çalışmasının tərəfdarıyam.
- Konkret kimi məsləhət görərdiniz?
- Bir çox uğurlar qazanan Qurban Qurbanov təcili millinin başına gətirilməlidir. Hər kəs ona dəstək verməli və səbrli olmalıdır. Qurbanov da uzun müddət millidə çalışmalı və tədricən nəticə verməlidir. Qurban hörməti olan bir məşqçidir, həm də yerli mütəxəssis olduğundan futbolçularla ünsiyyət baxımından problemi olmayacaq. Əcnəbi məşqçi öz ideyalarını, fikirlərini futbolçuya tərcüməçi vasitsilə çatdırır ki, bu da düzgün deyil.
- Azərbaycanda ən çox bəyəndiyiniz futbolçu kimdir?
- Rəşad Sadıqovu çox bəyənirdim. Ancaq qabiliyyətinə və bacarığına görə daha yüksək yerlərə gəlməliydi. Son zamanlar isə Rauf Əliyevlə Ruslan Abışovun adlarını qeyd edə bilərəm.
- Bəs məşqçi?
- Qurban Qurbanov. Çünki bir daha deyirəm, onun oynatdığı futbol mənim 2004/05-ci il “Turan”da oynatdığım futbola çox oxşayır.
- Ən çox bəyəndiyiniz hakim?
- Fariz Yusifov. Çox cəsarətli hakim idi və oyun zamanı meydançada futbolçularla ünsiyyəti də yüksək səviyyədə idi. Bir sözlə, Avropa səviyyəli hakimdi.
- Jurnalistlərə qarşı hər zaman səmimi olmağınızla seçilən azsaylı məşqçilərdənsiniz. Bunu nə ilə izah edərdiniz?
- Baxın, hər kəsi aldada bilərsiniz, amma jurnalistləri aldatmaq olmaz. Çünki onlar təmiz və intelektual insanlardı. Mənim təkcə Azərbaycanda yox, çalışdığım heç bir ölkədə jurnalistlərlə problemim olmayıb. Çünki nə düşündüyümü, beynimdən nələrin keçdiyini ancaq jurnalistlər kimi ağıllı insanlar görə bilir. Onu da unutmayın ki, bir ölkənin futbolunun inkişafında jurnalistlərin də böyük rolu var. Qərəzsiz və obyektiv tənqid futbolun inkişafı baxımından çox önəmlidir. Məncə, Azərbaycan futbolunun inkişafında klub rəhbərlərinin nə qədər payı varsa, bir o qədər də jurnalistlərin payı var.
Anar XANLAROV
Kurtua məşqlərə başladı
Fransa millisində 40 ilin rekordu
Azərbaycan millisi İsveçdə məşqə çıxdı - Şəkillər
"Zirə"nin legioneri Nigeriyaya qol vurdu
"Qarabağ" - "Lion" oyununun bilətləri satışa çıxır
"Tottenhem"in loqosu dəyişdi
Fatih Terimdən “Qarabağ”la bağlı paylaşım - Şəkil
Kuman iki futbolçunun oynamayacağını açıqladı
Tomasson Azərbaycanla oyun haqda
Marko Yankoviç: “Qrupda ən yaxşı oyunu onlar oynayırlar”
Klubu azad agent statusunda tərk edirlər
Lempard 2-ci divizionda
Zarafatı başına bəla oldu - 7 oyunluq cəza
"Sumqayıt"ın sabiq baş məşqçisi klubundan ayrıldı
Avropanın ən yaxşı penalti vuranının adı açıqlandı
Futbol tarixinin ən yaxşı qapıçıları
Vüqar Nadirovun yeni təyinatı rəsmiləşdi - Şəkil
Gülmək qadağan deyil, ancaq abır da yaxşı şeydir...
"İnter" hərəkətə keçir
Tramp onu ayaqüstə alqışladı - Video
Neymar "Santos"a qayıdacaq, ya yox?
Rusiya millisinin sabiq üzvü silahlı hücuma məruz qaldı
Fransa İtaliyaya belə qalib gəldi - Video
"Fernandu Santuşun təyinatının səhv olduğunu gördük"
Okan Buruk: “Onun sərbəst qalma maddəsi 75 milyondur”
İngiltərənin İrlandiyaya vurduğu 5 qol - Video
TRT-nin “Qarabağ”dan çəkdiyi təsirli film - Video
İngiltərədən darmadağın, Fransa İtaliyaya qalib gəldi
Millətlər Liqasında yeni antirekord
Poqbanın məşq yeri bəlli oldu
Kolo Muani qışda PSJ-ni tərk edəcək?
"Levante"dən diqqətçəkən atdım - Şəkil
İsveç millisində Azərbaycanla oyundan öncə itki
UEFA Millətlər Liqasında turun ən yaxşı qolu - Video
Gyökereş gələcək planları haqda danışdı
"Şamaxı"dan 7 cavabsız qol
"Barselona" Şensnı ilə müqaviləni uzada bilər
Azərbaycan millisi İsveçə yollandı - Şəkillər
Fatih Terimin “Qarabağ”ı ziyarətindən maraqlı - Video
"Ayaks" keçmiş loqosundan istifadə edəcək
Karyerasını 22 yaşında bitirdi
Fernandu Santuşun mətbuat konfransının vaxtı bilindi