“Qəbələ” 2012-2013 mövsümü öncəsi ilk əcnəbi futbolçu transferini reallaşdırıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsümü Türkiyə Superliqasında “Samsunspor”un heyətində keçirən sloveniyalı Deyan Kelharla 2 illik müqavilə imzalanıb.
Kelhar imzadan öncə İstanbul Acıbadem xəstəxanasında tibbi müayinədən keçib.
Müdafiəçi mövqeyində çıxış edən Kelhar peşəkar futbolçu karyerasına 2003-cü ildə Sloveniyanın “Celje” klubunda başlayıb. Daha sonra “Olimpia” (Sloveniya), “Greuter Fürth” (Almaniya), “Cercle Brugge” (Belçika), “Legia” Varşava (Polşa), “Hapoel” Hayfa (İsrail) klublarında top qovub. Son mövsümdə “Samsunspor”un şərəfini qoruyan 28 yaşlı müdafiəçi 2 dəfə ölkəsinin yığma komandasının formasını geyinib. Kelhar son dəfə may ayının 26-da Yunanıstana qarşı baş tutan rəsmi yoldaşlıq oyununda Sloveniya millisinin start heyətində yer alıb.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu