Hazırda Sloveniyada təlim-məşq toplanışında olan “İnter”in bolqarıstanlı yarımmüdafiəçisi Petar Zlatinov Qol.Az-a müsahibə verib.
- Petar, hazırlıq necə gedir?
- Hər şey yüksək səviyyədədir. Düzü, bu dəfəki toplanış daha çox xoşuma gəlir. Həm hava şəraiti, həm keçirdiyimiz oyunlar, həm də meydançalar superdi.
- Ötən gün “Maribor”la oynadınız və məğlub oldunuz...
- Məlum məsələdir ki, yoxlama görüşlərində nəticə ön planda olmur. Təbii ki, qələbə həmişə şirin olur, amma yoxlama oyunlarında baş məşqçilər ilk növbədə xətlərarası əlaqələrə və mövqeylərdəki boşluqlara baxırlar. O ki qaldı oyuna, “Mariobor” həqiqətən yaxşı komandadır, kifayət qədər təcrübəlidir və bu cür komandalarla oyunlar hər zaman faydalıdır.
- Komandanı artıq formalaşmış hesab etmək olar? Çünki 5 futbolçunu hələ Sloveniyaya getməmişdən öncə heyətinizə qatmışdınız və onlar təlim-məşq toplanışına başlayanda artıq sizinlə idi.
- Tam olmasa da kifayət qədər komplektləşmə olub. Təbii, bu elə məsələdir ki, baş məşqçinin səlahiyyətinə aiddir. Ancaq mən düşünürəm ki, yeni gələn futbolçular da kollektivə uyğunlaşıblar, gözəl ab-hava, mehribançılıq var. İnanıram ki, yeni futbolçular Avropa Liqasında gücümzə əlavə güc qata biləcəklər.
- Yeri gəlmişkən, Avropa Liqası oyunlarının startına da az qalıb. Hədəfiniz bəlli olub?
- Hədəf həmişəki kimi maksimum uzağa getməkdir.
- Deməli, qrup mərhələsinə düşəcəyinizə də inanırsan?
- Bilirsiniz, bir şeyi qazanamq üçün ilk öncə onu istəməlisən. Biz də qrup mərhələsində oynamağı çox istəyirik. Bilirik ki, ora düşmək çox çətin olacaq. Amma əsas odur ki, istək var və biz də bu istəyimizi həyata keçirmək üçün bütün gücümüzü ortaya qoyacağıq.
Anar XANLAROV
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində