Bu müsahibə "Unibank"ın sponsorluğu ilə hazırlanıb
Azərbaycan millisinin sabiq üzvü, veteran futbolçu Mahmud Qurbanov Qol.Az saytına müsahibə verib.
- Bu gün Avropa çempionatında ¼ final mərhələsinin ilk matçı oynanılacaq. Çexiya –Portuqaliya qarşılaşmasını necə dəyərləndirərdin?
- Gərgin oyun olacağını düşünürəm. Portuqaliyanın son Hollandiya matçında güclü təsir bağışladığını vurğulamaq olar. Düşünürəm ki, Portuqaliya yığması növbəti mərhələyə adlaya biləcək. Çexiya yığmasının çıxışı bura qədərdi.
- Necə düşünürsən, azarkeşlər bolqollu matç izləyə biləcək?
- Hər iki komanda daha çox hücum futboluna üstünlük verdiyi üçün bu, baş verə bilər. Xüsusən də portuqalların heyətində qol vurmağı bacaran futbolçular çoxluq təşkil edir.
- Niyə belə qənaətə gəlirsən ki, Portuqaliya Çexiya səddini asanlıqla keçəcək? Axı, heç kəsin gözləmədiyi anda onlar qrupdan çıxmağı bacardılar...
- Birincisi, Portuqaliyanın heyətində güclü və texnikalı futbolçular çoxluq təşkil edir. İkincisi, hollandlara qarşı yaxşı oynayaraq qələbə qazanmaları da çox şeydən xəbər verir. Əgər zəif olsaydılar, “ölüm”qrup”dan çıxa bilməzdilər.
- Aşkar şəkildə görünür ki, komandanın aparıcı futbolçuları Ronaldo və Naninin küsülü olması portuqalların oyununa öz təsirini göstərir. Bu amilin çexlərlə qarşılaşmada da təkrar olacağını düşünmürsən?
- Bu məsələ mətbuatda çox yer almışdı. Onların küsülü olması meydanda da görünürdü. Lakin Hollandiyaya qarşı oyun göstərdi ki, sözügedən məqam ikinci plana keçib və bu problem artıq aradan götürülüb. İstənilən komandanın daxilində mehribançılıq olmasa, yaxşı nəticə qazanmaq mümkün olmayacaq.
- Almaniya- Yunanstan qarşılaşmasından sensasiya gözləmək olar?
- Məncə, yunanların da yolu bura qədərdi. Almanların məğlub olacağına inanmıram. İnanmıram ki, bundan sonra surprizlər baş versin.
- Fransa-İspaniya matçında tərəflərin şanslarını necə dəyərləndirərdin?
- İspanların oyun tərzi digər komandalardan yaxşı mənada fərqlənir. Bu komanda ən güclü yarımmüdafiə xəttinə malikdir. Həmçinin, topu özlərində saxlamağı əla bacarırlar. Bu amil isə, futbolda çox vacibdir. Sürətlərinə də söz ola bilməz. Şəxsən mən ispanları növbəti mərhələdə görürəm.
- İngiltərə və İtalya komandalarının oyun üslubları çox fərqlidir. Biri hücum etməyi, digəri isə müdafiə olunmağı çox sevir. Hansının qalib gələcəyini düşünürsən?
- Bu komandalanın qarşılaşması qara qutu kimi bir şeydir. Bu tip yığmaların oyununda nəticənin necə olacağını proqnozlaşdırmaq çox çətindir. İstənilən nəticə qeydə alına bilər. Buna görə də, dəqiq söz deməkdə çətinlik çəkirəm.
Əli HƏYATİ
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində