Bu müsahibə "Unibank"ın sponsorluğu ilə hazırlanıb
Azərbaycanlı FİFA referisi Vüsal Əliyev Avro-2012-dəki hakimliklə bağlı Qol.Az-a müsahibə verib.
- Artıq Avro-2012-də qrup oyunları başa çatdı. Hakimliyin səviyyəsini necə qiymətləndirərdiniz?
- Məncə, səviyyə pis deyil. Geridə qalan müddətdə hakimlər kobud səhvlərə yol verməyiblər. Yalnız İngiltərə-Ukrayna matçında buraxılan səhv istisnadır. Həmin oyunda ukraynalılara qarşı böyük haqsızlıq oldu, onların təmiz qolu qeydə alınmadı. Bir də Polşa ilə Yunanıstan arasındakı açılış matçında ispan hakim yunanıstanlı futbolçunu meydançadan qovmaqda bir qədər ağır qərar verdi. Amma, dediyim kimi, ümumilikdə idarəçilik çox yaxşıdır. Mən xüsusilə yan xətt hakimlərinin əməyini qiymətləndirmək istərdim. Çünki çox kritik oyundankənar vəziyyətləri qeydə almağı bacarıblar.
- Ancaq etiraf edirsiniz ki, Ukraynanın haqqı tapdandı...
- Aşkar görünürdü ki, top qapı xəttini keçib. Hətta mən özüm oyundan sonra gecə yarısına kimi daha bir neçə dəfə həmin epizoda baxdım və gördüm ki, top doğrudan da xətti keçib. Əgər həmin qol qeydə alınsaydı, Ukrayna qələbə də qazana bilərdi. Çünki onlar çox yaxşı oynayırdılar.
- Sizcə, burada İngiltərənin futboldakı nüfuzu rol oynaya bilər?
- Düşünmürəm ki, bu amil qolu qeydə almamağa təsir etsin. Sadəcə, orada hakim kobud səhvə yol verdi ki, o cür epizodu görmədi və Ukraynaya qarşı böyük haqsızlıq oldu.
- Avro-2012-dəki favoritiniz kimdir?
- Favoritim Almaniyadır. Onların son oyunlarına da baxmışam və həqiqətən də çox güclü heyətləri var öz oyunları ilə digər rəqiblərindən yaxşı mənada fərqlənirlər.
Anar XANLAROV
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində