Bu müsahibə “Unibank”ın sponsorluğu ilə təqdim olunur
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Avro-2012-dəki hakim idarəçiliyi ilə bağlı Qol.Az-a müsahibə verib
- Başlayaq, Avro-2012-dəki ümumi hakim idarəçiliyinə olan fikirlərinizdən...
- Ümumi götürdükdə hər şey əla gedirdi, bircə dünənki İngiltərə - Ukrayna oynunda səhv olmasaydı. Xüsusilə yan xətt hakimlərinin həddindən artıq diqqətli olmasını ön plana çəkərdim. Bu, bir daha sübut edir ki, ən güclü hakimlər Avropadadır. Bir o səhv, bir də ilk turda Polşa - Yunanıstan matçında yunanların futbolçusuna verilən qırmızı vərəqəni çıxmaq şərtiylə, hakimlər çempionatı çox yüksək səviyyədə idarə edirlər. Hətta deyərdim ki, bu dəfəki idarəçilik son 10-15 ildəki ən yüksək səviyyəli idarəçilikdi. Bir də İrlandiya - Xorvatiya matçındakı penalti epizodunu da qeyd edərdim. Başqa heç bir ciddi hakim səhvi müşahidə eləmədim.
- Bu, ümumi yanaşma idi. Gəlin, indi də ayrı-ayrı epizodlar üzrə müzakirə aparaq.
- Buyurun.
- Çoxları düşünürdü ki, Yunanıstan - Polşa oyununda hakimin göstərdiyi hər iki sarı vərəqə ağır qərar oldu. Siz necə düşünürsünüz?
- Xeyr, bu fikirlə razı deyiləm. Deyirlər ki, ikinci epizodda onsuz da polşalı futbolçu müvazinətini itirib yerə yıxılırdı və o epizoda sarı vərəqə düşmürdü. Ancaq epizoda diqqətlə baxsanız görərsiniz ki, düzdür, polşalı futbolçunun ayağı sürüşür, amma, yunanıstanlı futbolçu da onun belindən basaraq yıxılmasına bir növ “yardım” edir. Halbuki polşalı futbolçu sıyrıla bilsə, artıq qapıçı ilə üz-üzə qalacaqdı. Bu mənada göstərilən sarı vərəqəni tam haqlı sayıram. Ancaq birinci sarı vərəqə ilə bəli, mən də razı deyiləm. Çünki orda adi oyun epizodu idi və elə epizodlara görə sarı vərəqə göstərmirlər.
- Gələk, İngilrərə - Ukrayna matçına...
- Burada müzakirəyə ehtiyac yoxdur. Həmin epizodda top yüzdəyüz qapı xəttini keçmişdi və hakim çox kobud səhvə yol verdi, Ukraynanın təmiz qolunu qeydə almadı. Mən burada əsas günahı ehtiyat hakimdə görürəm. İndi bir söz deyəcəm, yenə başqa cür başa düşülməsin. Şəxsən mən meydanda beş hakimin olmasının əleyhinəyəm. Bu, çox yanlış şeydi. Çünki beş hakimin hamısı bir-birinə arxayın olur və bilinmir ki, kim nəyə cavabdehdir. Məsələn, baş hakim epizod yerindən uzaq qalır ki, ehtiyat hakim görəcək. Eyni zamanda, yan xətt hakimi də bəzi epizodlara müdaxilə eləməyib məsuliyyəti ehtiyat hakimin üzərinə atır. Loru dillə desək, belə olanda it yiyəsini tanımır. Mən düşünürəm ki, bu yanlış metoddu və yəqin ki, FİFA DÇ-2014-də beş hakimdən istifadə etməyəcək. Bir də mənə elə gəlir ki, dünənki oyunda ehtiyat hakim olmasaydı, yan xətt hakimi qolu qeydə alacaqdı.
- Amma baş hakim də məsuliyyəti üzərinə götürə bilərdi. Çünki İtaliya - Xorvatiya oyununda top aşkar şəkildə qapı xəttini keçsə də, ehtiyat hakim düz gözünün önündə olan qayda pozuntusunu qeydə almadı. Ancaq baş hakim epizoda müdaxilə edib qapıdan zərbə təyin etdi...
- Məncə, İngiltərə - Ukrayna matçında baş hakimin epizoda müdaxilə şansı yox idi. Çünki o epizoddan aralı idi. Bunu yan xətt və ehtiyat hakimi görməliydi. Xüsusilə ehtiyat hakim.
- Necə ola bilər ki, hakim gözü önündə olan aşkar epizodu görməsin? Bəlkə burda başqa nüanslar var. Məsələn, həmin hakimin İngiltərəyə simpatiyası ola və ya ingilislərin qələbəsinə pul qoya bilər...
- Düzü, özüm də bilmirəm, necə izah verim. Desəm ki, hakim səhv edib, görməyib, doğru olmaz. İki metrlik məsafədən o cür epizodu necə görməmək olar? Digər məsələyə gəlincə, inandırıcı gəlmir mənə. Çünki oyundan qabaq kim hardan bilərdi ki, epizod meydançanın o dayanan hissəsində baş verəcək, ya yox.
- Ən çox bəyəndiyiniz hakim kimdir?
- İngiltərəli Uebbi qeyd edərdim. Alman Volfanq Ştanq da pis deyil.
- Bəs, hansı komandanın çempionluq şanslarını daha yüksək qiymətləndirirsiniz?
- Hazırkı duruma görə tək favoritim Almaniyadır. Necə deyərlər, alman maşını yenə işə düşüb. Mən deyərdim, bu Almaniya ötən Avropa çempionatında final oynayan komandadan daha güclüdür. Bundan başqa Fransa da son vaxtlar yüksəlişdədir və düşünürəm ki, onlar İspaniyanı saxlayıb Almaniya ilə final oynayacaqlar. Ancaq qazanan yenə Almaniya olacaq.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində