Bu müsahibə “Unibank”ın sponsorluğu ilə hazırlanıb
Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi.
- Dünən keçrilən İsveç-Fransa matçı barədə nə deyə bilərsiniz?
- İlk növbədə deyim ki, İsveç millisi çox gözəl təsir bağışladı. Fikrimcə, isveçlilər həm Ukrayna, həm də, İngiltərə ilə oyunlarda məğlub olmamalıydı. Çoxsaylı qol imkanları olsa da bunlardan istifadə edə bilmədilər. Fransa ilə oyuna gəlincə, İsveç sanki, bir az gec ayıldı. Düşünürəm ki, dünən İsveç Fransadan bütün komponentlərdə üstün idi və layiqli qələbə qazandı.
- Fransızların 0:2 hesabıyla məğlub olacağını gözləyirdiniz?
- Fransızların, ümumiyyətlə, məğlub olacaqlarını gözləmirdim. Çünki onlar başa düşürdülər ki, qrupda ikinci yeri tutsalar, ¼ finalda İspaniya ilə qarşılaşacaqlar. Loran Blan Fransa millisini qəbul edəndə, komanda bərbad vəziyyətdə idi. Lakin onun gəlişi ilə vəziyyət dəyişdi. Bununla belə, əvvəlki əzəmətli Fransa yığmasından əsər əlamət yoxdur. Bəlkə də, yenidən əvvəliki əzəmətini qaytarmaq üçün onlara vaxt lazımdır. Hər halda ¼ finalda İspaniyayla oyunda fransızların əsl gücünü görəcəyik.
- İngiltərə-Ukrayna görüşündə isə meydan sahibləri minimal hesabla məğlub olaraq qrupdan çıxa bilmədilər. Sizcə, bunun səbəbi nə oldu?
- Ukrayna yığmasında Şevçenkonu çıxmaq şərtiylə, hücum xətti çox passiv idi. Həm də bir çox futbolçuların təcrübəsizliyini əsas gətirmək olar. Bundan başqa, ukraynalı futbolçular arasında legioner həyatı yaşayanlar da çox azdır. Eyni zamanda deyərdim ki, Voroninlə Milevski də onlara bəslənən ümüdləri doğrultmadı. Lakin komanda şəklində doğurdan çox gözəl çıxış etdilər. Milevskinin bir çox oyunlarını görmüşəm. O, bir az başqa cür oynayır. Yəni, bir az fərdi və passivliyiylə seçilir. Ancaq Voronin çox işgüzar futbolçudur. Daim hərəkətdə olaraq, müdafiəçiləri təziq altında saxlamağı bacarır. Ola bilər ki, hazırda çıxış etdiyi Moskva “Dinamo”sunda son vaxtlar az-az meydançaya çıxması oyununa təsir edib. Oyun praktikasından əziyyət çəkdiyi açıq-aydın hiss olunurdu.
- Oleq Bloxin hakimlərin ədalətsizliyindən narazı qalaraq, onları Ukraynanın təmiz qolunu qeydə almamaqda ittiham edib...
- Bloxinin iddiası tamamilə haqlıdır. Çünki, videotəkrarda da topun qapı xəttini keçdiyi aşkar görünürdü. Bilmirəm, qapının arxasında duran hakim hara baxırdı? Gördüyünüz kimi, hakimlərin səhvləri hərdən nəticəyə çox böyük təsir göstərir.
- Bu cür yarışmalarda hakimlər çox vaxt meydan sahiblərinə simpatiya göstərir. Lakin bu çempionatda bunun şahidi olmadıq. Siz necə düşünürsünüz?
- Ümumiyyətlə, simpatiya söhbətini heç sevmirəm. Axı, niyə hakimin meydan sahiblərinə simpatiyası olmalıdır? Əgər güclüsənsə, qələbə qazan. Bu məsələ hələ SSR-i dönəmində də var idi. Hardasa meydan sahiblərinə 3-5 faiz simpatiya olurdu. Ancaq bu, düzgün şey deyil. Hakim nə görürsə onu dəyərləndirməlidir.
- Sizcə, Ukraynaya qarşı haqsızlıq oldu?
- Hakim səhvləri heç vaxt istisna deyil. Lakin qol vurmaq üçün onların kifayət qədər şansları oldu ki, dəyərləndirə bilmədilər. Buna görə də, onların qrupdan çıxa bilməmələrini tam olaraq hakimliklə bağlamaq düzgün olmazdı. Günahı ən çox zəif təsir bağışlayan hücum xəttində axtarmalıdırlar.
- Bəs, İngiltərə və Fransadan hansı uğuru gözləmək olar?
- Fikrimcə, ingilislər belə oyunla uzağa gedə bilməyəcək. Heyətlərində də, Runidən başqa ulduz futbolçuları yoxdur. Həmçinin, nəzərə almaq lazımdır ki, növbəti mərhələdə onların rəqibi İtaliya millisi olacaq. İtaliyanlar hər zaman bütün Avropa və dünya çempionatlarda lazımı anda nəticə qazanmağı bacarırlar. Ona görə də, üstünlüyü İtaliyanlara verərdim. Fransanı isə hardasa, şanslı hesab edirəm. Çünki onların qarşılaşacağı İspaniya yığmasının hazırda yaxşı formada olduğunu söyləmək olmaz. Xüsusən də, hücum xəttləri çox zəif təsir bağışlayır.
Əli HƏYATİ
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi
Ebola virisuna görə DÇ-2026 iştirakçısının oyunu ləğv edildi
“Barselona”nı Sequndada görmək istəyirəm”
Azərbaycan millisi yarımfinalda - Avropa çempionatı
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu