"Xəzər Lənkəran"dan teleyayımla bağlı açıqlama
“Xəzər Lənkəran” klubu sabah Unibank Premyer Liqanın son turu çərçivəsində “Qarabağ”la keçiriləcək matçın canlı yayımlanmamasına münasibət bildirib.
Qol.Az saytına açıqlamasında komandanın icraçı direktoru Höccət Hacıyev deyib ki, azarkeşlər matçı klubun internet saytı vasitəsilə izləyə biləcəklər:
“Oyun televiziya vasitəsilə yayımlanmayacaq. Azarkeşlər klubun saytından matçı izləyə bilərlər. Bunun üçün hər cür şərait yaratmışıq”.
H.Hacıyev qeyd edib ki, hələlik yerli kanallardan heç biri oyunun yayımı ilə bağlı kluba müraciət etməyib: “Əgər hansısa kanal matçı yayımlamaq istəyirsə, bizə müraciət etməli və müqavilə bağlanmalıdır. Bu halda oyun televiziya vasitəsilə nümayiş etdirilə bilər”.