Unibank Premyer Liqanın 31-ci turunda bu gün keçirilən oyunlardan sonra "Qəbələ" klubunun bu mövsüm Avrokuboklardan kənar qalacağı dəqiqləşib.
Qol.Az-ın məlumatına görə, bu oyuna qədər aktivində 48 xalı olan Qəbələ təmsilçisi son turda "Xəzər Lənkəran"la 1:1 bərabərə qalaraq son şansını da əldən verib.
Öz meydanında "Qəbələ" ilə görüşün son dəqiqələrində qələbəni əldən verən "Xəzər Lənkəran" klubu da Avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üzləşib. Belə ki, bu oyundan sonra xalını 56-ya yüksəldən Lənkəran təmsilçisi ən yaxın izləyicisi "Qarabağ" və "İnter"i cəmi 3 xal qabaqlayır.
Unibank Premyer Liqanın sonuncu turu çərçivəsində "Xəzər Lənkəran" klubu doğma meydanda "Qarabağ" ilə qarşılaşacaq. Ağdam təmsilçisi bu oyunda qələbə qazanacağı təqdirdə xalını "Xəzər Lənkəran"la eyniləşdirəcək (hər iki komandanın 56 xalı olacaq). Lakin "Qarabağ" "Xəzər Lənkəran"la şəxsi oyunlarda üstün olduğundan Avrokuboklara vəsiqə qazanan tərəf məhz Qurban Qurbanovun komandası olacaq.
Son turun digər matçında isə "İnter" öz meydanında "Bakı" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Bankirlər" də bu oyunda qələbə qazanmaqla xalını 56-ya yüksəldəcək. "İnter" klubu da şəxsi görüşlərdə "Xəzər Lənkəran"ı üstələdiyindən Avrokuboklara növbəti vəsiqəni məhz Kaxaber Sxadadzenin komandası qazanacaq. Lakin bu görüşdə heç-heçə qeydə alınarsa, "Xəzər Lənkəran" "Qarabağ"la görüşün nəticəsindən asılı olmayaraq Avrokuboklara vəsiqəni təmin edəcək. Bununla belə, Lənkəran təmsilçisini "Qarabağ"la görüşdə 1 xal da qane edəcək.
Bu mövsüm ölkəmizi Avrokuboklarda təmsil edən iki komandanın adı isə artıq bəllidir. Mövsümün sonuna iki tur qalmış 7-ci Azərbaycan çempionluğunu elan etmiş "Neftçi" klubu bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Paytaxtın digər təmsilçisi "Bakı" isə ölkə kubokunun finalına yüksəlməklə Avrokuboklarda iştirak hüququ qazanıb.
“Xəzər Lənkəran”, “Qarabağ” və “İnter” komandaları arasında keçirilmiş oyunların nəticələrini təqdim edirik:
II tur
“Qarabağ” 1-0 “İnter”
XIII tur
“İnter” 0-0 “Qarabağ”
XXVII tur
“İnter” 1-1 “Qarabağ”
XXXI tur
“Qarabağ” 1-0 “İnter”
____________________________________________________
VI tur
“Qarabağ” 0-1 “Xəzər Lənkəran”
XVI tur
“Xəzər Lənkəran” 0-0 “Qarabağ”
XXIII
“Qarabağ” 1-0 “Xəzər Lənkəran”
XXXII tur
“Xəzər Lənkəran” – “Qarabağ” (11.05.2012)
____________________________________________________
VIII tur
“İnter” 1-0 “Xəzər Lənkəran”
XV tur
“Xəzər Lənkəran” 0-1 “İnter”
XXVI tur
“Xəzər Lənkəran” 2-0 “İnter”
XXX tur
“İnter” 0-0 “Xəzər Lənkəran”
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?