Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə ölkə kuboku və Unibank Premyer Liqanın sonuncu turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarılıb.
Azərbaycan kubokunun ½ final “İnter” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Unibank Premyer Liqanın XXIX turunun “Rəvan” – “Turan” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Oyunun 60-cı dəqiqəsində “Rəvan” klubunun 6 nömrəli futbolçusu Taqim Novruzov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, kluba 200 manat cəza kəsilib.
Unibank Premyer Liqanın XXIX turunun “Simurq” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 54-cü dəqiqəsində “Sumqayıt” klubunun 10 nömrəli futbolçusu Eşqin Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimələnib.
Matç başa çatdıqdan sonra “Sumqayıt” klubunun 27 nömrəli futbolçusu Ramil Həşimzadə hakimləri təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır, kluba 4000 manat cəza kəsilib.
Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Bernard Raab mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.
Unibank Premyer Liqanın XXIX turunun “Qarabağ” – “Bakı” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Unibank Premyer Liqanın XXIX turunun “İnter” – “Qəbələ” matçının 81-ci dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Mahir Şükürov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, kluba 200 manat cəza kəsilib.
Unibank Premyer Liqanın XXIX turunun “Xəzər Lənkəran” – “Neftçi” matçının 76-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.
Matçın 73-cü dəqiqəsində “Neftçi” klubunun 9 nömrəli futbolçusu Flavio Aleks Valensioya simulyasiyaya görə sarı vərəqə göstərilmişdir. Lakin matçın video yazısını izlədikdən sonra adıçəkilən futbolçuya qarşı kobud oynanıldığı və hakimin qərarının yalnış olduğu aşkar edilmişdir. Bu səbəbdən də futbolçuya göstərilən sarı vərəqə ləğv edilib.
Matçın hakimlərinin idarəçiliyini Hakimlər Komitəsi dəyərləndirdikdən sonra bu haqda İntizam Komitəsinə məlumat versin.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?