Bu gün Unibank Premyer Liqanın 29-cu turunda növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 4 qarşılaşma baş tutub.
İkinci "altılıq"da bu gün bir qarşılaşma baş tutub. Paytaxtın AZAL klubu səfərdə "Kəpəz"in qonağı olub. Ötən turda səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olan Gəncə təmsilçisi bu görüşdə doğma meydan amilindən maksimum yararlanmaq niyyətində idi. Lakin "Kəpəz" bu oyunda da rəqibinə eyni hesabla məğlub olub - 0:2.
Ağdamın "Qarabağ" klubu isə ardıcıl ikinci dəfə "Bakı" klubu ilə qarşılaşıb. Ölkə kubokunun yarımfinalında üz-üzə gələn komandalar bu dəfə Quzanlıda münasibətlərinə aydınlıq gətiriblər. Çempionluq şansını hələ də saxlayan "Qarabağ" bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin bu oyunda rəqibinə 2:4 hesabı ilə məğlub olan "Qarabağ" çempionluq şansını itirib.
Unibank Premyer Liqanın hazırki lideri "Neftçi" isə bu tur Lənkərana səfər edib. Ən yaxın izləyicisi "Qarabağ"ı 10 xal qabaqlayan "ağ-qaralar" bu oyunda qələbə qazanacağı təqdirdə sona 3 tur qalmış ardıcıl ikinci dəfə ölkə çempionluğunu elan edəcəkdi. Lakin əzəli rəqibi "Xəzər Lənkəran" buna imkan verməyib. İkinci hissənin əvvəlində hesabı açan meydan sahibləri bu üstünlüklərini sonadək qoruyublar - 1:0.
Paytaxtın "İnter" klubu isə bu tur evdə "Qəbələ"ni qəbul edib. Ötən turda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olan "bankirlər" doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaqdı. Avrokuboklara vəsiqə qazanmaq şanslarını hələ də saxlayan "Qəbələ"ni isə bu oyunda yalnız qələbə razı salacaq. Lakin "İnter" bu görüşdə qələbə qazanmaqla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.
22 aprel (bazar)
Unibank Premyer Liqa, 29-cu turun oyunları
18:00. “Xəzər Lənkəran” – “Neftçi” - 1:0
Qol: Rikardo Qomeş, 52 (1:0)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, Teymur Fərhadov
Lənkəran şəhər stadionu.
"Xəzər Lənkəran": 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Rodomir Todorov, 81. Rikardo Qomeş
"Neftçi": 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavio Aleks Valensio, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev, 32. Elvin Yunuszadə
18:30. “İnter” – “Qəbələ” - 2:1
Qollar: Dodo, 8 (0:1), Nizami Hacıyev, 25 (1:1), İbrahima Niasse, 31 (2:1)
Qırmızı vərəqə: Mahir Şükürov, 81 ("Qəbələ")
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Mübariz Haşımov, Fariz Yusifov
“Şəfa” stadionu.
“İnter”: 1.Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. Ilia Kandelaki, 20. Girts Karlsons, 21. Arif Daşdəmirov, 22. Peter Chrappan, 25. İbrahima Niasse
“Qəbələ”: 30. Qrem Smit, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 8. Bruno da Silva, 10. Deon Burton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 21. Elmar Baxşıyev, 26. Daniel Lopes Kruz, 77. Luiz Paulo Hillario
16:00. “Kəpəz” – AZAL - 0:2
Qollar: Sabir Allahquliyev, 55-avtoqol (0:1), Georgi Bogihu, 65 (0:2)
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, İsgəndər Əliyev, Feyzulla Feyzullayev
Gəncə şəhər stadionu.
“Kəpəz”: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev, 12. Mesallah Eslam, 8. Armand Feutchine, 11. Sabir Allahquliyev, 18. Nikolay Svejentsev, 30. Yuri Fomenko
AZAL: 1. Amil Ağacanov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 13. Şəhriyar Rəhimov, 16. Branislav Arsenijeviç, 8. Ervin Bulku, 25. Tural Nərimanov, 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi, 19. Hüseyn Axundov, 15. Georgi Bogihu
16:00. “Qarabağ” – “Bakı” - 2:4
Qollar: Denis İvanovs, 14 (0:1), Georgi Adamiya, 33 (1:1), Deyvidas Çesnauskis, 62 (1:2), Aleksandr Şoliç, 65 (1:3), Namiq Yusifov, 76-avtoqol (1:4), Muarem Muarem, 88 (2:4)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov
Ağdam rayon Quzanlı qəsəbə stadionu.
“Qarabağ”: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya
“Bakı”: 16. Aqil Məmmədov, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Çesnauskis Deividas, 8. Junior Xavier Vilson, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 25. Şəhriyar Əliyev, 36. Parks Vinston, 99. Rəhman Hacıyev
21 aprel (şənbə)
“Simurq” - “Sumqayıt” - 2:1
Qollar: Ruslan Poladov, 35 (1:0), Anatoli Doroş, 68 (2:0), Orxan Əliyev, 76 (2:1)
Qırmızı vərəqə: Eşqin Quliyev, 53 ("Sumqayıt")
Zaqatala şəhər stadionu.
“Rəvan” – “Turan” - 2:2
Qollar: Taqim Novruzov, 54-pen (1:0), Miloş Zeçeviç, 82-pen (2:0), Georgi Beriaşvili, 84 (2:1), Aleksandr Qoqoberişvili, 86-pen (2:2)
Qırmızı vərəqə: Taqim Novruzov, 61 ("Rəvan")
“Dalğa Arena” stadionu.
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Neftçi | 29 | 19 | 3 | 7 | 53-26 | 60 |
| 2 | İnter | 29 | 15 | 7 | 7 | 28-20 | 52 |
| 3 | Qarabağ | 29 | 14 | 8 | 7 | 34-22 | 50 |
| 4 | Xəzər Lənkəran | 29 | 16 | 6 | 7 | 39-26 | 48 |
| 5 | Bakı | 29 | 14 | 5 | 10 | 40-30 | 47 |
| 6 | Qəbələ | 29 | 13 | 6 | 10 | 37-31 | 45 |
| 7 | AZAL | 29 | 11 | 7 | 11 | 43-43 | 40 |
| 8 | Rəvan | 29 | 8 | 10 | 11 | 30-35 | 34 |
| 9 | Kəpəz | 29 | 8 | 5 | 16 | 32-48 | 29 |
| 10 | Simurq | 29 | 7 | 8 | 14 | 25-40 | 29 |
| 11 | Turan | 29 | 6 | 6 | 17 | 24-38 | 24 |
| 12 | Sumqayıt | 29 | 5 | 5 | 19 | 23-48 | 20 |
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?