Bu gün Unibank Premyer Liqasında XXIII turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, hər iki "altılığ"ın final mərhələsində 3 qarşılaşma baş tutub.
İkinci "altılığ"ın ilk oyunu Şəfa stadionunda baş tutub. Burada "Sumqayıt" klubu paytaxtın "Rəvan" klubu ilə qarşılaşıb. Çempionatın autsayderi olan Sumqayıt təmsilçisi təhlükəli zonadan uzaqlaşmaq üçün bu görüşdə qələbə qazanmağa çalışacaqdı. Lakin "Rəvan"ın son dəqiqələrdə vurduğu qol qonaqlara qələbə qazandırıb - 1:0.
Digər oyun isə Tovuzda keçirilib. Bu mövsüm heç də yaxşı günlərini yaşamayan "Turan"ı AZAL-la görüşdə yalnız 3 xal razı sala bilərdi. Lakin Rafiq Mirzəyevin komandası gözlənilmədən rəqibinə böyükhesabla məğlub olub. Rəqibini 3 cavabsız qolla məğlub edən "Turan" çempionatda növbəti qələbəsini qazanıb - 3:0.
Zaqatala təmsilçisi "Simurq" isə doğma azarkeşləri önündə "Kəpəz"i qəbul edəcək. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların dueli maraq doğurmaya bilməz. Qazanılacaq bir xal isə daha çox meydan sahiblərini qane edəcək.
Təsnifat mərhələsinin qalibi Bakının "Neftçi" klubu səfərdə "Qəbələ"nin qonağı olub. Bu mövsüm də çempionluğa oynayan Böyükağa Hacıyevin komandasının yalnız qələbəyə oynayacağı şübhə doğurmurdu. Lakin Fatih Kavlakın komandası rəqibinə heç bir şans verməyib. Fasiləyə 2:0 öndə yollanan "Qəbələ" ikinci hissədə daha 2 qol vurmaqla görüşdən qalib ayrılıb - 4:1.
İkinci dövrəyə yaxşı start verən "Qarabağ" klubu doğma azarkeşləri önündə növbəti matçına çıxıb. "Xəzər Lənkəran"ı qəbul edəcək Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla rəqibi ilə xalını eyniləşdirmək niyyətindədir idi. Belə də olub. Georgi Adamiyanın vurduğu qol "Qarabağ"a minimal hesablı qələbə qazanıdırb - 1:0.
Turun paytaxt derbisində isə "Bakı" və "İnter" klubları üz-üzə gəlib. Təsnifat mərhələsinin ilk görüşündə bu komandalar arasında qalmaqalın yaşanması derbiyə olan marağı artırırdı. "İnter" bu görüşdə qələbə qazanmaqla ən azı turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyacaqdı. Bu görüşdə Kaxaber Sxadadzenin komandası rəqibini 1:0 hesabı ilə məğlub edib.
11 mart (bazar)
Unibank Premyer Liqasında XXXIII turun oyunları
16:00. "Bakı" - "İnter" - 0:1
Qol: İbrahima Niasse, 33 (0:1)
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Zeynal Zeynalov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
16:00. "Simurq" - "Kəpəz" - 1:1
Qollar: Vidas Alunderis, 18 (1:0), Nikolay Svejentsev, 44 (1:1)
Qırmızı vərəqə: Vasili Yanotovskiy, Ceyhun Sultanov - 61
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, İsgəndər Əliyev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Səfər Haşımov
Zaqatala şəhər stadionu.
15:00. "Qarabağ" - "Xəzər Lənkəran" - 1:0
Qol: Georgi Adamiya, 68 (1:0)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Quzanlı qəsəbə stadionu.
“Qarabağ”: Boyan Pavloviç, Admir Teli, Ansi Aqolli, Qara Qarayev, Maksim Medvedyev, Namiq Yusifov, Rəşad Sadıqov, Muarrem Muarrem, Vüqar Nadirov, Əfran İsmayılov, Georgi Adamiya
“Xəzər Lənkəran”: Kamal Bayramov, Elvin Beqiri, Robert Alvis, Katalin Doman, Eder Bonfim, Branimir Subaşiç, Andrei Mureşam, Rahid Əmirquliyev, Adrian Pit, Rodomir Todorov, Stevan Bates
14:00. "Sumqayıt" - "Rəvan" - 0:1
Qol: Miloş Zeçeviç, 87 (0:1)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Mübariz Haşımov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Asif Namazov
"Şəfa" stadionu.
14:00. "Turan" - AZAL - 3:0
Qollar: Muammer Erdoğdu, 10 (1:0), Emin Ağaməmmədli, 15-avtoqol (2:0), Aydın İslamov, 48-avtoqol (3:0)
Hakimlər: Fuad Həsənov, Vaqif Musayev, İlham Əliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Tovuz şəhər stadionu.
14:00. "Qəbələ" - "Neftçi" - 4:1
Qollar: Dodo, 18 (1:0), Dodo, 27 (2:0), Bahadir Nəsimov, 66 (2:1), Yannik Kamanan, 77 (3:1), Yannik Kamanan, 84 (4:1)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Vüsal Əliyev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Gülağa Cabarov
Qəbələ şəhər stadionu.
“Qəbələ”: 12. Panel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyubo Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 26. Daniel Lopez Kruz, 34. Ürfan Abbasov, 77. Dodo.
“Neftçi”: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 5. İqor Mitreski, 9. Flavinyo, 14. Bahodir Nəsibov, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov. 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev, 32. Elvin Yunuszadə.
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Neftçi | 23 | 16 | 1 | 6 | 46-21 | 49 |
| 2 | İnter | 23 | 14 | 6 | 3 | 22-10 | 48 |
| 3 | Qarabağ | 23 | 13 | 5 | 5 | 28-14 | 44 |
| 4 | Xəzər Lənkəran | 23 | 13 | 5 | 5 | 33-20 | 44 |
| 5 | Qəbələ | 23 | 11 | 5 | 7 | 31-24 | 38 |
| 6 | Bakı | 23 | 10 | 5 | 8 | 27-23 | 35 |
| 7 | AZAL | 23 | 8 | 5 | 10 | 35-39 | 29 |
| 8 | Rəvan | 23 | 7 | 7 | 9 | 24-29 | 28 |
| 9 | Kəpəz | 23 | 6 | 5 | 12 | 27-39 | 23 |
| 10 | Simurq | 23 | 5 | 5 | 13 | 19-35 | 20 |
| 11 | Sumqayıt | 23 | 4 | 3 | 16 | 16-38 | 15 |
| 12 | Turan | 23 | 4 | 2 | 17 | 16-33 | 14 |
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın futbolçusu Premyer Liqaya yollanır
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
"Bu matça daha yaxşı hazırlaşmışıq" - "Sabah"ın futbolçusu
AFFA rəsmisi Tbilisidə stadionu qiymətləndirdi
"Barselona"da itki
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Mançester Siti" futbolçusunu icarəyə verdi
"Sabah"dan ayrılan futbolçu "Araz-Naxçıvan"da
“Barselona” Torres üçün 65 milyon avro istəyir
"Mənim üçün İnfantino dövrü çoxdan geridə qalıb"
"Liverpul"la razılaşdı
"Neftçi"nin hücumçusu "Araz-Naxçıvan"da
Misli Premyer Liqasında 1-ci tur - Nə vaxt və harada?
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
“Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
Tanınmış futbolçu "Boka Xuniors"da
Mourinyo "Mançester Yunayted"ə niyə "yox" deyib?
Azərbaycandan Hindistana üz tutdu - Rəsmi
İki boksçumuz qızıl medal qazandı
"Sabah"ın rəqibi Bakıya gəldi - Video
Levandovski əfsanələr siyahısında
"İmişli"dən ayrılan qapıçı bu klubda oynayacaq
PSJ-yə qayıtdı
Messinin kədər günü - Şəkillər
Messi Argentina mediasını məhkəməyə verəcək
Kostyuk: “Qarabağ’ yaxşı müdafiə olunur”
Toral Bayramov "Bursaspor"da ilk rəsmi oyununa çıxdı
"Borussiya" "Arsenal"a qalib gəldi
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
"Barselona"nı tərk edə bilər
"Qarabağ" cavab matçına hazırlaşır - Şəkillər