Favoritlər qələbə qazandı, "İnter" uduzdu

Favoritlər qələbə qazandı, "İnter" uduzdu
PREMYER LİQA 3 Mart 2012 / 18:19 14655
-  A +

Bu gün Unibank Premyer Liqasında XXII turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, turun bütün qarşılaşmaları bu günə təsadüf edib.

Gəncənin "Kəpəz" klubu isə doğma azarkeşləri önündə "Simurq"u qəbul edib. Qonşu pillələrdə qərarlaşan bu iki komandanın dueli böyük maraq doğururdu. Artıq ilk "altılığ"a düşmək şanslarını itirən hər iki komanda əsasən elitada qalmaq uğrunda mübarizə aparırdı. Bu görüşdə 3 xal əldə edən tərəf bu baxımdan böyük üstünlük qazanacaqdı ki, "Kəpəz" də doğma meydan amilindən maksimum yararlanıb - 1:0.

Unibank Premyer Liqasının hazırki lideri olan Bakının "Neftçi" klubu səfərdə "Turan" klubunun qonağı olub. Çempionluq uğrunda mübarizə aparan Böyükağa Hacıyevin komandasını bu görüşdə yalnız qələbə razı sala bilərdi. Əks təqdirdə "Neftçi" liderliyini təhvil vermə təhlükəsi ilə üzləşəcəkdi. Lakin matçın 74-cü dəqiqəsində Rəşad Abdullayevin vurduğu qol "Neftçi"yə qələbə qazandırıb.

Çempionluq uğrunda mübarizə aparan digər iddialı komanda "Xəzər Lənkəran" isə səfərdə "Sumqayıt" klubunun qonağı olub. Son turda səfərdə "Qəbələ"yə məğlub olmaqla işini çətinə salan Lənkəran təmsilçisinin meydana yalnız 3 xal üçün çıxacağı heç kəsə sirr deyildi. Cüneyt Biçərin komandası bu görüşdə rəqibinə heç bir şans verməyib - 3:0.

Turun mərkəzi qarşılaşması isə paytaxtda baş tutub. Burada "Bakı" və "İnter" klubları üz-üzə gəliblər. Bu komandalar arasında I dövrədə baş tutan görüşdə qalmaqalın yaşanması oyuna olan marağı bir qədər də artırırdı. "Bakı" klubu 18 turdu məğlubiyyətin nə olduğunu bilməyən "İnter"in bu sindromunu qırmağa çalışacaqdı ki, bunu da bacarıb. Juniorun matçın 12-ci dəqiqəsində vurduğu qol "zolaqlılar"a minimal hesablı qələbə qazandırıb - 1:0.  

Çempionatın II dövrəsinə yaxşı başlayan "Qarabağ" klubu isə doğma azarkeşləri önündə AZAL-la qarşılaşıb. Artıq ilk "altılığ"a vəsiqəni təmin etmiş Qurban Qurbanovun komandası növbəti 3 xalı qazanmaqla rəqiblərinə bir qədər də yaxınlaşmaq niyyətində idi. Bu mövsüm heç də özünə bənzəməyən AZAL isə ilk "altılığ"a düşmək şansını az da olsa, saxlayırdı. Lakin matçın sonlarına doğru hesabı açan "Qarabağ" oyunu qalib başa vurub - 1:0.

XXII tura paytaxtda yekun vurulub. Burada yerli "Rəvan" klubu Qəbələnin eyniadlı komandasını qəbul edib. Artıq ilk "altılığ"a düşmək şansını itirən "Rəvan" I dövrədə səfərdə rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. Fatih Kavlakın komandası da bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Səfərdə 4 cavabsız qolla qalib gələn "Qəbələ" ilk "altılıq"dakı yerini rəsmiləşdirib. 






3 mart (şənbə)

16:30 “Rəvan” – “Qəbələ” - 0:4
Qollar:
Viktor Mendi, 4 (0:1), Yannik Kamanan, 9 (0:2), 25 (0:3), Deon Barton, 84 (0:4)
Qırmızı vərəqə: İvan Vasilyev, 76
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Elşən Acalov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
“Dalğa Arena” stadionu, (canlı, "İdman Azərbaycan")


“Rəvan”: İvan Vasilyev, Miloş Zeceviç, Tural Axundov, Nemaniya Vdakoviç, Şerif Suma, Fərid Həşimzadə, Sergey Artyux, Samuel Barlay, Kristian Torres, Məhərrəm Müslümzadə, Sergey Çernışev

“Qəbələ”: Pavel Doreşevs, Mahir Şükürov, Lyubo Baranin, Bruno da Silva, Viktor Mendi, Deon Barton, Yannik Kamanan, Stiv Olves, Tərzin Cahangirov, Urfan Abbasov, Dodo


14:30 “Qarabağ” – AZAL - 1:0
Qol:
Rauf Əliyev, 80 (1:0)
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Mübariz Haşımov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Nüvər Xasıyev
Quzanlı qəsəbə stadionu, (canlı, AzTV)

“Qarabağ”: Boyan Pavloviç, İlqar Qurbanov, Qara Qarayev, Namiq Yusifov, Bəxtiyar Soltanov , Rəşad Sadıqov, Əfran İsmayılov, Admir Teli, Ansi Aqolli, Georgi Adamiya, Muarrem Muarrem


14:30 “Bakı” – “İnter” 1:0
Qol:
Junior, 12 (1:0)
Qırmızı vərəqə: Elvin Məmmədov, 65
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Elvin
Əsgərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Bakı FK-nın təlim-məşq bazası (canlı, "İdman Azərbaycan")


14:00 “Kəpəz” – “Simurq” 2:0
Qollar:
Şahin Kərimov, 35 (1:0) Yuri Fomenko, 67 (2:0)
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rasim Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Orucəli Durmuşov
Gəncə şəhər stadionu

"Kəpəz": Tural Abbaszadə, Renat Sultanov, Şahin Kərimov, Azər Məmmədov, İon Arabadji, Pərvin Paşayev, Nikolay Svejentsev, Armand Feutchine, Sabir Allahquliyev, Ceyhun Sultanov, Yuri Fomenko

"Simurq": Dmitri Kramarenko, Rasim Ramaldanov, Vidas Alunderis, Ruslan Poladov, Rüstəm Abbasov, Vasili Yanatovskiy, Anatoli Doroş, Robertas Poşkus, Emin Cəfərquliyev, Daniel Genov, İqor Tarasov



14:00 “Turan” – “Neftçi” 0:1
Qol:
Rəşad Abdullayev, 74 (0:1)
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Azər Əsgərov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Qurban Məmmədov
Şəmkir Olimpiya Kompleksinin stadionu

“Turan”: Anar Nəzirov, Aftandil Haciyev, Aleksandr Qoqobereşvili, Rəşad Orucov, Cavad Mirzəyev, Seymur Tağıyev, Cavid Tağıyev, Fərmayıl Əliyev, Rəşid Həsənov, Dan Pisla, Muammer Erdoğdu

“Neftçi”: Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski, Slavço Georgiyevski, Flavinyo, Bahadır Nəsimov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid İmamverdiyev, Rəşad Abdullayev, Elvin Yunuszadə


14:00 “Sumqayıt” – “Xəzər Lənkəran” 0:3
Qollar:
Eder Bonfim, 29 (0:1), Mureşan, 43 (0:2), Katalin Doman, 73 (0:3)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
Mehdi Hüseynzadə adına stadion

"Sumqayıt": Andrey Popoviç, Timur İsrafilov, Tərlan Quliyev, Bədavi Hüseynov, Ruslan Tağızadə; Samir Abbasov, Abdulla Abatsiyev, Samir Abdulov, Ramil Həşimzadə, Uğur Pamuk; Kamil Nurəhmədov.

"Xəzər Lənkəran": Kamran Ağayev, Eder Bonfim, Elvin Beqiri, Stevan Bates, Radomir Todorov; Andrei Mureşan, Rahid Əmirquliyev, Roberto Alviz, Katalin Doman, Sadio Tounkara; Branimir Subaşiç.





Turnir cədvəli

Komanda O Q H M Qollar Xallar
1 Neftçi 21 15 1 5 42-16 46
2 İnter 21 12 6 3 20-10 42
3 Xəzər Lənkəran 21 12 5 4 32-19 41
4 Qarabağ 21 11 5 5 25-14 38
5 Bakı 21 10 5 6 26-19 35
6 Qəbələ 21 10 5 6 25-20 35
7 AZAL 21 7 5 9 29-33 26
8 Rəvan 21 6 7 8 23-28 25
9 Kəpəz 21 5 4 12 23-36 19
10 Simurq 21 5 4 12 18-32 19
11 Sumqayıt 21 4 3 14 13-31 15
12 Turan 21 3 2 16 13-32 11


Bombardirlər

1.
Bahodir Nasimov - "Neftçi" - 13 qol
2. Flavio Aleks Valensio - "Neftçi" - 9 qol
3. Robertas Poşkus - "Simurq" - 8 qol
4. Tales Şütz - AZAL - 8 qol
5. Zohair Benouahi - AZAL - 7 qol
6. Əfran İsmayılov - "Qarabağ" - 6 qol
7. Uinston Parks - "Bakı" - 6 qol
8. Luiz Paulo Hilario - "Qəbələ" - 6 qol


Son xəbərlər