“Qəbələ” klubu Unibank Premyer Liqasının XXII turu çərçivəsində martın 3-də səfərdə “Rəvan”la qarşılaşacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, şənbə günü baş tutacaq oyun komandalar arasında 2-ci görüş olacaq.
Belə ki, “Qəbələ” klubu indiyədək Unibank Premyer Liqasının debütantı ilə cəmi 1 dəfə qarşılaşıb. Bu da cari mövsümün I dövrəsinə təsadüf edib. Ötən il sentyabrın 30-da Qəbələdə keçirilən oyun meydan sahibləri üçün uğursuz bitmişdi – 2:3.
Həmin qarşılaşmadan 155 gün sonra “Rəvan”la səfərdə qüvvəsini sınayacaq Fatih Kavlakın komandası bu dəfə fərqli durumda olan rəqiblə qarşılaşacaq. Belə ki, “Qəbələ”dən fərqli “Rəvan” ilk “altılıq” ümidlərini rəsmən itirib.
“Qəbələ” isə bu matçda xal qazanmaqla digər rəqiblərinin nəticələrindən asılı olmayaraq, ilk "altılığ"a vəsiqəsini təmin edəcək.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu