2012-ci ildən başlayaraq Peşəkar Futbol Liqasının rəsmi saytı çempionat oyunlarında üz-üzə gələn klublar arasında oyunların balansını təqdim edir. Qol.Az-ın qurumun saytına istinadən yaydığı məlumata görə, Azərbaycanın futbol üzrə 20 çempionatındakı bu qarşılaşmaların balansı bir sıra maraqlı məqamları üzə çıxarır.
691 cüt. İndiyə qədər Azərbaycan çempionatları tarixində 691 müxtəlif cüt üz-üzə gəlib. Lakin bunların 27-ü yalnız texniki nəticələrlə tarixdə qalıb. Digər 664 cüt isə ən azı 1 dəfə yaşıl meydanda münasibətlərini ayırd edib.
Əbədi cütlər. Bütün çempionatların iştirakçısı olan “Neftçi”, “Qarabağ” və “Turan”ın iştirakı ilə olan 3 cütdən 2-sinə hər çempionatda təsadüf olunub. Bunlar “Neftçi” – “Turan” və “Qarabağ” – “Turan” cütləridir. “Neftçi” ilə “Qarabağ” ayrı qruplara düşdükləri üçün 1993-cü il mövsümündə üz-üzə gəlməyiblər.
46 duel. Ən çox qarşılaşan komandalar da “Neftçi” və “Qarabağ”dır. Onlar təkcə çempionatda 46 dəfə görüşüblər.
23 qələbə. Eyni rəqibi ən çox məğlub edən komanda “Neftçi”dir. Bakılılar “Turan”ı rekord sayda – 23 dəfə məğlub edib. Eyni məntiqlə bir rəqibə ən çox uduzan da “Turan”dır.
19 “sülh”. Hamıdan çox heç-heçə edən komandalar “Neftçi” və “Qarabağ”dır. Əzəli rəqiblər 19 çempionat oyununda “sülh” bağlayıblar.
Barışmaz rəqiblər. Heç vaxt heç-heçə etməyib daha çox qarşılaşan cütlük isə “Qarabağ”la Sumqayıt “Xəzər”idir. Rəqiblər 19 dəfə görüşsə də, heç-heçə etməyiblər. Bu oyunlarda 16 dəfə “Qarabağ”, 3 dəfə “Xəzər” sevinib.
“Kabus”. Eyni rəqibə daha çox matçda uduzmayan komanda “Kəpəz”dir. Gəncə təmsilçisi MOİK üçün əsl “kabus”dur. Belə ki, rəqiblər arasında 22 oyunda 5 heç-heçə olubsa, digərlərində gəncəlilər sevinib.
63 qol. Bir rəqibin qapısına rekord sayda qol vuran komanda “Neftçi”dir. Bakılılar “Turan”ın qapısına 63 qol vurublar.
100-ə nə qaldı... “Neftçi” – “Turan” və “Qarabağ” – “Turan” duellərində 95 qol vurulub. Texniki nəticələrə görə hesablanan qollar nəzərə alınmasa “Neftçi” 63:32, “Qarabağ” isə 55:40 hesabı ilə tovuzluları üstələyir.
44 top fərqi. Balansdakı ən böyük top fərqi “Kəpəz” – MOİK oyunlarına aiddir. Həmin qarşılaşmalarda gəncəlilər 44 top fərqilə öndədir – 53:9.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?