“Sumqayıt” klubu Unibank Premyer Liqasının XXII turu çərçivəsində doğma azarkeşləri qarşısında “Xəzər Lənkəran”ı qəbul edəcək. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi” ilə qarşılaşmada zədələnən komandanın kapitanı Samir Abasov artıq sağalıb. Kollektivlə birlikdə məşq edən və növbəti turda meydana çıxacağı gözlənilən Abasov hazırki durumu haqda fikirlərini bölüşüb:
- “Sumqayıt” Unibank Premyer Liqasının son iki turunda meydanı məğlubiyyətlə tərk etdi. “Neftçi” və “İnter”lə oyunlarda məğlubiyyətin əsas səbəbi nədə idi?
- Antalyada əla toplanış keçmişdik. Komandada irəliləyiş hiss olunur. Bu sözlər dəfələrlə deyilib. Təkrarçılıq etmək istəmirəm, kollektivimiz gənc futbolçulardan qurulub. “Sumqayıt”a vaxt lazımdır. “Neftçi” və “İnter”lə oyunlarda rəqibdən nə güc, nə də texnika baxımından geri qalmırdıq. Hətta hər iki oyunda fiziki göstəricilərə görə onlardan üstün idik. Sadəcə təcrübənin olmaması yekunda sözünü dedi. Qapımızda gördüyümüz qollara baxdıqda da, təcrübəsizlik açıq-aşkar nəzərə çarpır. Baş məşqçi Bernhard Raabın rəhbərliyi altında hazırlığımızı var qüvvəmizlə davam etdiririk. Bir müddətdən sonra hazır vəziyyətə gələcəyimizə inanıram.
- “Neftçi” ilə qarşılaşmada zədə alaraq meydanı tərk etmək məcburiyyətində qaldın. İndi özünü necə hiss edirsən?
- “Neftçi” ilə qarşılaşmada ani bir epizodda sağ ayağım burxuldu. Oyunu davam etdirə bilmədim. Üç gün ümumiyyətlə məşq etmədim. “İnter”lə matçda meydana çıxmağı çox istəyirdim. Lakin ayağımdakı ağrılar səbəbindən oynaya bilmədim. Ötən həftənin sonundan etibarən komanda ilə birlikdə məşqlərə başlamışam. Tam hazır olmasam da, “Xəzər Lənkəran”la görüşdə komandama kömək etmək istəyirəm. İstək olandan sonra heç nə insanın qarşısını ala bilməz.
- Premyer Liqanın XXII turu çərçivəsində “Sumqayıt” “Xəzər Lənkəran”ı qonaq edəcək. Bu oyun barəsində nə deyə bilərsən?
- “Xəzər Lənkəran” Premyer Liqanın ən güclü komandaları sırasındadır. Onlar da son turda “Qəbələ”yə məğlub olublar. Komandanın yenidən Sumqayıta qayıtması bizləri çox sevindirdi. Doğma azarkeşlərimiz qarşısında uğurlu nəticə qazanmaq istəyirik. Amma oyun etibarı ilə bizə çox çətin olacaq. “Xəzər Lənkəran”la qarşılaşmadan sonra bizi ilkin mərhələdə AZAL-la da çətin qarşılaşma gözləyir. İki matçda uğurlu nəticə qazanıb xal ehtiyatımızı artırmalıyıq. İkinci “altılıq”da komandanı daha çətin oyunlar gözləyir. İnanıram ki, “Sumqayıt” Premyer Liqanın final mərhələsinə qədər tam hazır vəziyyətə gələ biləcək.
- Uzun illər milli komandanın şərəfini qorumusan. Dubayda təşkil olunan təlim-məşq toplanışı yığmaya nə verəcək?
- Milli komandanın baş məşqçisi Berti Foqts Dubayda təşkil olunan təlim-məşq toplanışına xeyli gənc futbolçu aparıb. Düşünürəm ki, almaniyalı mütəxəssis bu toplanışdan maksimum yararlanaraq komandanı hazır vəziyyətə gətirə biləcək. Çoxları yığmanın rəqib seçimini düzgün qiymətləndirmir. Mən isə belə düşünmürəm. Gəncləri yoxlayan zaman nisbətən zəif komandalarla oynamaq daha məqsədə uyğundur. Sinqapurla oyunu canlı izləyə bilmədim. Lakin sonradan oyunun fraqmentlərinə baxdım. Komanda inamlı təsir bağışladı. Təəssüf ki, son dəqiqədə qapımızdan qol buraxaraq qələbəni əldən verdik.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?