Unibank Premyer Liqasının XXI turu “Xəzər Lənkəran” klubu üçün rekord göstəricinin təkrarlanması ilə əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” ilə görüş komandanın kapitanı Rahid Əmirquliyevin “Xəzər Lənkəran”ın heyətində 176-cı rəsmi oyunu kimi tarixə düşüb.
Bununla da, yarımmüdafiəçi klub tarixində ən çox oyun keçirən futbolçu ünvanına şərik olub. Bu matçadək 176 oyunla mütləq rekorda malik Alim Qurbanovun ehtiyatda qalmasından yararlanan Rahid təcrübəli komanda yoldaşına çatıb. Qurbanovun son vaxtlar nadir hallarda meydana çıxdığını nəzərə alsaq Əmirquliyev tezliklə mütləq rekordun da sahibi olacaq.
2006-cı ilin yayından “Xəzər Lənkəran”da çıxış edən yarımmüdafiəçi 176 matçlıq rekorda özünün komandadakı 6-cı mövsümündə çatıb. Bu müddətdə Azərbaycan çempionatı və kuboku ilə yanaşı, Çempionlar Liqası, Avropa Liqası (UEFA kuboku) və Birlik kubokunda da oynamış futbolçu bir sıra titullar da qazanıb. Ölkə çempionu, 3 qat kubok sahibi və "Birlik kuboku"nun qalibi olan Rahid bu müddətdə 22 qol sevinci yaşayıb. Bunlardan ikisi bu il baş tutan AZAL və “Qəbələ” ilə qarşılaşmalarda vurulub. “Xəzər Lənkəran”ın 2012-ci ildə rəsmi matçlarda vurduğu bütün qolların müəllifi olan kapitan cari mövsümdə 10-cu dəfə meydana kapitan sarğısı ilə çıxıb.
Qeyd edək ki, ötən ilin “Bakı” ilə baş tutan son oyununda da qol sevinci yaşayan Rahid ardıcıl 3 matçdır meydanı qolsuz da tərk etmir. Üstəlik bakılıların qapısına vurulan məhz sonuncu qolun da Əmirquliyevin hesabında olduğunu da nəzərə alsaq, “Xəzər Lənkəran”ın rəsmi oyunlarda vurduğu son 3 qol rekordçu kapitandan gəlib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?