"İlk öncə rəqib komandanın baş məşqçisini təbrik edirəm".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev AZAL-la oyundan (2:3) sonra keçirilən mətbuat konfransında deyib.
Ə.Abdullayev komandasında çatışmazlıqların olmasına baxmayaraq, yüksək liqada qalacaqlarına inandığını bildirib: "Komandanın 6-7 zədəli futbolçusu var. Bu səbəbdən də seçim etməyə imkanımız olmadı. Ehtiyat oyunçulardan istifadə etməyə məcbur olduq.
70-ci dəqiqədən sonra komandamızda çatışmazlıqlar ortaya çıxdı. Qarşıdakı oyunlara hazırlaşmağa vaxtımız olacaq. Futbolçularımız üzərinə düşən məsuliyyəti dərk edirlər. İnanıram ki, bu sıxıntıdan qurtularaq, yüksək liqada qalmağı bacaracağıq".
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu