Bu gün Unibank Premyer Liqasının XXI turunda növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 3 qarşılaşma baş tutub.
Ötən turda səfərdə "Xəzər Lənkəran"a 0:1 hesabı ilə məğlub olan paytaxtın AZAL klubu doğma azarkeşləri önündə "Turan"ı qəbul edib. Görüş hər iki komanda üçün mühüm əhəmiyyət daşıyırdı.
İlk "altılığ"a düşmək şanslarını hələ də saxlayan "təyyarəçilər"i bu görüşdə yalnız qələbə qane edirdi. Əks təqdirdə AZAL "altılıq"dan kənar qalacaq. Bu mövsüm heç də yaxşı günlərini keçirməyən "Turan" klubu isə elitada qalmaq üçün mütləq xallarını artırmalı idi. Lakin görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:2.
Günün ən maraqlı qarşılaşması "Qəbələ"də baş tutub. Burada yerli "Qəbələ" klubu "Xəzər Lənkəran"la qarşılaşıb. İlk "altılıq"da möhkəmlənməyi planlaşdıran Fatih Kavlakın komandasının meydana qələbə qazanmaq üçün çıxacağı heç kəsdə şübhə doğurmurdu. Bu mövsüm də çempionluğa oynayan "Xəzər Lənkəran" klubunun da Qəbələyə yalnız 3 xal üçün getdiyi hər kəsə aydın idi. Ən yaxın izləyiciləri ilə xal fərqini qorumaq üçün Lənkəran təmsilçisini qələbə razı sala bilərdi. Lakin iki türkiyəli mütəxəssisin dueli Kavlakın qələbəsi ilə başa çatıb - 2:1.
Turun son qarşılaşmasında isə "Neftçi" və "Rəvan" komandaları üz-üzə gəlib. Ötən turda "Sumqayıt"ı səfərdə 3:0 hesabı ilə darmadağın edən Böyükağa Hacıyevin komandası "Rəvan"la görüşdən də 3 xalla ayrılmaq niyyətində idi. Lakin bu elə də asan görünmürdü. Son turda öz meydanında "Turan"ı məğlub etməklə ilk "altılığ"a düşmək "Rəvan" bu görüşdə mütləq qələbə qazanmalı idi. Əks təqdirdə "Rəvan" ilk "altılıq"dan kənarda qalacaqdı. "Neftçi" isə qalib gəlməklə yenidən liderliyini geri qaytaracaqdı ki, bunu da bacarıb - 1:0.
21 fevral (çərşənbə axşamı)
Unibank Premyer Liqası, XXI turun oyunları
14:00. "Qəbələ" - "Xəzər Lənkəran" 2:1
Qollar: Rahid Əmirquliyev, 25 (0:1), Aleksandr Çertoqanov, 41 (1:1), Deon Burton (90+1)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ rayon Böyük Əmrli kənd stadionu.
"Qəbələ": 12. Pavels Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan 18. Aleksandr Çertaqanov, Stiv Olfers, Murad Hüseynov 24. Daniel Lupez Kruz, 77. Dodo
“Xəzər Lənkəran”: Kamal Bayramov, Elnur Allahverdiyev, Elvin Begiri, Roberto Alviz, Katalin Doman, Eder Bonfim, Branimir Subaşiç, Andrey Mureşan, Rahid Əmirquliyev, Adrian Pit, Antonio Semedo (Brenes, 54)
14:00. AZAL - "Turan" 3:2
Qollar: Zohair Benouahi, 1, (1:0), Nadir Nəbiyev, 38 (1:1), Zohair Benouahi, 70 (2:1) Georgi Bogihu, 78 (3:1), Rəşid Hüseynov, 90+1 (3:2)
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Ramiz Əsədov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Akif Məmmədov
AZAL Arena.
AZAL: Amil Ağacanov, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev, Ervin Bulku, Elşən Məmmədov (Orxan Səfiyaroğlu, 46), Nuqzar Kvirtiya, Zohair Benouahi, Georgi Bogihu, Bronislav Arseniyeviç, Viktor İqbekoyi,
"Turan": Anar Nəzirov, Aftandil Hacıyev, Seymur Tağıyev, Ayxan Abbasov, Fərmayıl Əliyev, Nadir Nəbiyev (Azər Məmmədov, 44) Aleksandr Qoqoreşvili, Rəşad Orucov, Seidu Salifu (sarı vərəqə, 25), Cavid Tağıyev, Rəşid Hüseynov.
14:30. "Neftçi" - "Rəvan" 1:0
Qol: Flavinyo, 83 (1:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:30
"Neftçi": Rauf Mehdiyev, Rail Məlikov, Denis Silva, İqor Mitrevski, Slavço Georgiyevski, Bahadır Nəsimov, Flavinyo, Ruslan Abışov, Ruslan Əmircanov, Mirhüseyn Seyidov, Rəşad Abdullayev
20 fevral
"İnter" - "Sumqayıt" 2:0
Qollar: Baçana Sxadadze, 34 (1:0) Vladimir Levin, 65 (2:0)
Qırmızı vərəqə: Arif Daşdəmirov, 35
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Zeynal Zeynalov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əmir Zamanov
"Şəfa" stadionu.
"Simurq" - "Bakı" 0:2
Qollar: Aleksandr Soliç, 2 (0:1), Koke, 63 (0:2)
Qırmızı vərəqə: Lukas Horvat, 61
Hakimlər: Anar Salmanov, İlham Əliyev, Mübariz Haşımov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Zaqatala şəhər stadionu.
"Qarabağ" - "Kəpəz" - 1:0
Qol: Georgi Adamiya, 27 (1:0)
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Yaşar Abbasov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Xaqani Məmmədov
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
“Qarabağ”: Boyan Pavloviç, Eltun Yaqublu, Rəşad Sadiqov (k), Namiq Yusifov, Bəxtiyar Soltanov (Muarem Muarem 70), Rəşad Sadıqov, Əfran İsmayılov, Admir Teli, Ansi Aqolli, Georgi Adamiya, Rauf Əliyev (Vüqar Nadirov, 83)
“Kəpəz”: Tural Abbasadə, Armand Feutchine, Nail Məmmədov, Azər Məmmədov, Əli İsmayılov (90, qırmızı vərəqə) Pərvin Paşayev (Junivan Suares, 78) İon Arabadji, Samir Allahquliyev, Dmitri Parxazov (Ceyhun Əhmədov 72), Firudin Sultanov, Yuri Fomenko
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Neftçi | 20 | 14 | 1 | 5 | 41-16 | 43 |
| 2 | İnter | 20 | 12 | 6 | 2 | 20-9 | 42 |
| 3 | Xəzər Lənkəran | 20 | 11 | 5 | 4 | 29-19 | 38 |
| 4 | Qarabağ | 20 | 10 | 5 | 5 | 24-14 | 35 |
| 5 | Bakı | 20 | 9 | 5 | 6 | 25-19 | 32 |
| 6 | Qəbələ | 20 | 9 | 5 | 6 | 21-20 | 32 |
| 7 | AZAL | 20 | 7 | 5 | 8 | 29-31 | 26 |
| 8 | Rəvan | 20 | 6 | 7 | 7 | 23-24 | 25 |
| 9 | Simurq | 20 | 5 | 4 | 11 | 18-30 | 19 |
| 10 | Kəpəz | 20 | 4 | 4 | 12 | 21-36 | 16 |
| 11 | Sumqayıt | 20 | 4 | 3 | 13 | 13-28 | 15 |
| 12 | Turan | 20 | 3 | 2 | 15 | 13-30 | 11 |
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?