Bu gün Unibank Premyer Liqasında XX tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 3 qarşılaşma baş tutub.
Günün ilk qarşılaşması Zaqatala şəhər stadionunda keçirilib. Burada yerli "Simurq" klubu Qəbələnin eyniadlı komandası ilə qarşılaşıb.
İlk "altılıq"dakı mövqeyini qorumağa çalışan "Qəbələ"ni bu görüşdə yalnız qələbə razı sala bilərdi. Əks təqdirdə Fatih Kavlakın komandası işini bir qədər çətinə salacaqdı. Lakin "Qəbələ" klubu Viktor Mendinin 81-ci dəqiqə vurduğu qolla görüşdən qalib ayrılıb - 1:0.
Paytaxtın "Rəvan" klubu isə doğma azarkeşləri önündə "Turan"nı qəbul edib. İlk "altılığ"a düşmək şanslarını saxlayan Vladislav Qədirov komandası bu oyunda qələbə qazanmaqla iddiasını davam etdirmək niyyətində idi. Bu mövsüm heç də yaxşı günlərini yaşamayan Tovuzun "Turan" klubu isə turnir cədvəlinin sonuncu pilləsindən qurtulmağa çalışır. Lakin ilk hissədə 2 qol vuran "Rəvan" meydanı 3 xalla tərk edib - 2:1.
Günün ən maraqlı görüşü isə Yevlaxda baş tutub. Burada Gəncənin "Kəpəz" klubu Bakı "İnter"ini sınağa çəkib. Artıq ilk "altılığ"a düşmək şanslarını itirən "Kəpəz" daha çox elitada qalmaq uğrunda mübarizə aparır. "İnter" isə əksinə bu mövsüm də çempionluq iddiasını davam etdirir. Görüşün taleyini isə bir qol həll edib. Nizami Hacıyevin 89-cu dəqiqədə vurduğu qol "İnter"ə vacib qələbə qazandırıb - 1:0.
16 fevral (cümə axşamı)
Unibank Premyer Liqası, XX turun oyunları
14:00. "Rəvan" - "Turan" - 2:1
Qollar: Nemanya Vidakoviç, 17 (1:0), 45+1 (2:1), Cavid Tağıyev, 45 (1:1)
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Dalğa Arena.
"Rəvan": İvan Vasilyev, Miloş Zeçeviç, Taqim Novruzov, Tural Axundov, Nemanya Vidakoviç, Şerif Suma, Fərid Həşimzadə, Tural Cəlilov (Vüsal Qarayev, 77), Ramazan Abbasov (Sergey Çernışev, 92+), Samuel Barlay, Kristian Torres (Sergey Artyux, 73)
"Turan": Anar Nəzirov, Aftandil Hacıyev, Ayxan Abbasov (Azər Məmmədov, 46), Nadir Nəbiyev, Georgi Beraşvili, Aleksandr Qoqoreşvili, Cavad Mirzəyev, Rəşad Orucov, Seidu Salifu (Ruslan Abbasov, 46), Cavid Tağıyev, (Rəşid Piriyev, 69) Rəşid Hüseynov.
14:00. "Kəpəz" - "İnter" - 0:1
16 fevral 2012. Saat 14:00. Yevlax şəhər stadionu. 700 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Namiq Hüseynov
Dördüncu hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Nikolay Svejentsev, 44 (bilərəkdən əllə oyun); Sabir Allahquliyev, 61 (qeyri-idman hərəkəti)
Qol: Nizami Hacıyev, 89
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
“Kəpəz”: 22. Tural Abbasov, 5. Əli İsmayılov, 15. Şahin Kərimov (17. Renat Sultanov, dəq.66), 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev (19. Zaur Əsədov, dəq.57), 18. Nikolay Svejentsev, 14. Dmitri Parxaçov, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov 30. Yuri Fomenko (23. Junivan Suares, dəq.81)
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 9. Ceyhun Əhmədov, 16. Nail Məmmədov, 33. Təbriz Hüseynli
Baş məşqçi: Fuad İsmayılov
“İnter”: 1. Georgi Lomaya, 2. Xəyal Mustafayev, 4. Valeri Abremidze, 6. Samir Zərgərov, 11. Asif Məmmədov (8. Nizami Hacıyev, dəq.46), 13. Bronislav Çervenka, 14. Peter Zlatinov (10. Asif Mirili, dəq.78), 15. Vladimir Levin (k), 21. Arif Daşdəmirov, 22. Peter Xrappan (20. Girts Karlsons, dəq.84), 28. Baçana Sxadadze
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 16. Elnur Abdulov, 29. Əziz Quliyev, 30. Danildo Assioli
Baş məşqçi: Kaxaber Sxadadze
13:00. "Simurq" - "Qəbələ" - 0:1
16 fevral 2012. Saat 13:00. Zaqatala şəhər stadionu. Tamaşaçı yoxdur.
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Azər Əsgərov
Dördüncü hakim: Rasim Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Nicat Qurbanov, 74 (qeyri-idman hərəkəti) // Mahir Şükürov, 56 (qeyri-idman hərəkəti); Bruno da Silva, 60 (qeyri-idman hərəkəti)
Qol: Viktor Mendi , 81
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
“Simurq”: 32. Dmitri Kramarenko, 3. Rasim Ramaldanov (k), 79. Vidas Alunderis, 7. Ruslan Poladov, 28. Rüstəm Abbasov, 4. Vasiliy Yanatovski (10. Tofiq Mikayılov, dəq. 46), 8. Qərib İbrahimov (29. İqor Tarasovs, dəq.46), 77. Daniel Genov (14. Andreys Rubins, dəq.86), 21. Emin Cəfərquliyev, 19. Anatoli Doroş
Ehtiyat oyunular: 1. Fuad Əhmədov, 5. Rəşad Eyyubov, 23. Ruhid Usubov, 9. Əli Bağırov
Məşqçi: İqor Yuşenko
"Qəbələ": 12. Pavels Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan (10. Deon Burton, dəq.72), 18. Aleksadr Çertaqanov (21. Elmar Baxşıyev, dəq.86), 20. Stiv Olfers, 24. Tərzin Cahangirov, 26. Daniel Lupez Kruz, 77. Luiz Paulo Hillario (7. Yaşar Abuzərov, dəq.90+2)
Ehtiyat oyunçular: 30. Qrem Smit, 22. Murad Hüseynov, 33. Saşa Yunisoğlu, 34. Ürfan Abbasov
Baş məşqçi: Fatih Kavlak
15 fevral (çərşənbə)
"Xəzər Lənkəran" – AZAL - 1:0
Qol: Rahid Əmirquliyev, 74 (1:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Asim Xudiyev.
Lənkəran. Şəhər mərkəzi stadionu.
“Xəzər Lənkəran”: Kamran Ağayev, Elnur Allahverdiyev, Elvin Begiri, Katalin Doman, Eder Bonfim, Branimir Subaşiç (Alim Qurbanov, 88), Elnur Abdullayev (Roberto Alviz, 62), Andrey Mureşan, Rahid Əmirquliyev, Adrian Pit, Antoni Semedo (Tounkara Sadio, 68)
AZAL: Cahangir Həsənzadə, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev, Ervin Bulku, Elşən Məmmədov (Hüseyn Axundov, 70), Nuqzar Kvirtiya (Tərlan Xəlilov, 60), Georgi Bogihu, Bronislav Arseniyeviç, Viktor İqbekoyi, Tales Şütz
"Bakı" – "Qarabağ" - 0:3
Qollar: Əfran İsmayılov, 28-pen (0:1), Rəşad Sadiqov, 48 (0:2), Georgi Adamiya, 64 (0:3)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Səfər Haşımov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, təbii örtüklü meydança.
“Bakı”: Marko Şarliya, Duje Bakoviç, Denis İvanovs, Juninyo, Lukaş Horvat (Aleksandar Şoliç, 67), Elvin Məmmədov, Cəmşid Məhərrəmov, Nenad Kovaceviç (Deividas Çesnauskis, 46), Şəhriyar Əliyev (Rəhman Hacıyev, 76), Uinston Parks, Koke
“Qarabağ”: Boyan Pavloviç, Maksim Medvedyev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Rəşad Sadiqov, Namiq Yusifov, Georgi Adamiya (İlqar Qurbanov, 83), Əfran İsmayılov (Vüqar Nadirov, 75), Bəxtiyar Soltanov (Muammer Muammer, 69), Rauf Əliyev
"Sumqayıt" - "Neftçi" - 0:3
Qollar: Flavinyo, 45 (0:1), Bahadır Nəsimov, 50 (0:2), Bahadır Nəsimov, 85 (0:3)
Hakimlər: Anar Salmanov, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. "Şəfa" stadionu.
“Sumqayıt”: Andrey Popoviç, Tərlan Quliyev, Timur İsrafilov (Murad Səttarlı, 57), Ruslan Tağızadə, Bədavi Hüseynov, Samir Abasov (Yasin Abbasov, 28), Abdulla Abatsiyev, Uğur Pamuk, Eşqin Quliyev, Ramil Həşimzadə (Orxan Həsənov, 72), Kamil Nurəhmədov
"Neftçi": Rauf Mehdiyev, Rail Məlikov, Denis Silva, Slavço Georgiyevski (Cavid İmamverdiyev, 77), Flavinyo (Elşən Abdullayev, 74), Bahadır Nəsimov, Ruslan Abışov, Alessandro da Silva (Ruslan Əmircanov, 26), Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Elvin Yunuszadə
Turnir cədvəli
Komanda
O
Q
H
M
Qollar
Xallar
1
Neftçi
19
13
1
5
40-16
40
2
İnter
19
11
6
2
18-9
39
3
Xəzər Lənkəran
19
11
5
3
28-17
38
4
Qarabağ
19
9
5
5
23-14
32
5
Bakı
19
8
5
6
23-19
29
6
Qəbələ
19
8
5
6
19-19
29
7
Rəvan
19
6
7
6
23-23
25
8
AZAL
19
6
5
8
26-29
23
9
Simurq
19
5
4
10
18-28
19
10
Kəpəz
19
4
4
11
21-35
16
11
Sumqayıt
19
4
3
12
13-26
15
12
Turan
19
3
2
14
11-28
11
30-cu sülh
"Qəbələ"nin ilk məğlubiyyətindən - Video
"Yamal Messi deyil"
Mərdəkanda 2 qol, 1 "qırmızı" - Video
"İkinci sarı vərəqə "ucuz" qərar idi" - Elmar Baxşıyev
"Komandamız pis təsir bağışlamadı" - Yunis Hüseynov
"Araz-Naxçıvan" "Turan Tovuz"la bərabərə qaldı
Flikdən La Liqaya sərt tənqid
"Neftçi" "Qarabağ"la matça 4 itki ilə çıxacaq
"Qəbələ" ilk məğlubiyyətini aldı, "Karvan"dan heç-heçə
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər
“Turan Tovuz” AFFA-ya şikayət etdi, yekun qərar verildi
1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
PSJ onunla 5 illik müqavilə imzalayır
Het-trik etdi, ən yaxşı seçildi
"Mançester Yunayted"in yetirməsi vəfat etdi
38 yaşlı kapitanla müqavilə uzadıldı
Xəbərlərimiz daha əlçatan oldu!
Alman klubu Emreli ilə danışıqlara başladı – Rəsmi
"Çelsi"nin baş məşqçisi: "Nəticədən narazıyıq"
Bundesliqanın ən yaxşısı açıqlandı
Maquayr: "Lion" dəliliyin təsviridir"
Messi gələcəyi haqda
De Byazi Fernandu Santuşdan danışdı
Avrokuboklarda yarımfinalların təqvimi
Azərbaycanın və klublarımızın UEFA reytinqi
Amorim: "Old Trafford"da hər şey mümkündür"
“Bodo/Qlimt” vikinqlərinin Avropa möcüzəsi
Avroliqada yarımfinalçılar onlar oldular
Konfrans Liqasında yarımfinalçılar məlum oldu
Peres Ançelotti ilə görüşəcək
Ali Koç Ərdoğanın qəbulunda
"Qaradağ Lökbatan" "Bakı Sportinq"ə belə qalib gəldi - Video