Bu gün Unibank Premyer Liqasında qış fasiləsi başa çatır. Qol.Az-ın məlumatına görə, qış fasiləsindən sonrakı ilk turun birinci günündə üç oyun baş tutub.
Çempionatın hazırkı lideri Bakının "Neftçi" klubu "Sumqayıt" klubunun qonağı olub. Bu mövsüm də çempionluğu hədəfləyən paytaxt təmsilçisini yalnız qələbə razı sala bilərdi. Lakin Böyükağa Hacıyevin komandasının işi elə də asan görünmürdü.
Turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan Sumqayıt klubu autsayderlər sırasını tərk etmək niyyətində idi. Bunun üçün qazanılacaq hər bir xal "Sumqayıt" üçün mühüm əhəmiyyət daşıyırdı. Lakin "Neftçi" rəqibinə heç bir şans verməyərək "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edərək xalını 40-a çatdırıb.
Günün digər qarşılaşmasında isə 2 iddialı komanda - "Bakı" və "Qarabağ" klubları üz-üzə gəlib. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan və eyni xala malik olan bu iki komandanın dueli böyük maraq doğururdu. İlk "altılıq"dakı mövqelərini qorumağa çalışan komandaların görüşündə qələbə qazanan tərəf böyük üstünlük əldə edəcəkdi.
"Bakı" klubu doğma meydan amilindən maksimum yararlanmaq niyyətində idi. Üstəlik "zolaqlılar"ın bu mövsüm klubun bazasında keçirilən oyunların heç birində məğlub olmamasını nəzərə alsaq, "Qarabağ"ın işi heç də asan görünmürdü. Lakin rəqibini bütün komponentlərdə üstələyən Qurban Qurbanovun komandası böyükhesablı qələbəyə sevinib - 3:0.
Günün son qarşılaşması Lənkəran şəhər stadionunda baş tutub. Burada yerli "Xəzər Lənkəran" komandası paytaxtın AZAL klubu qəbul edib. Bu mövsüm də çempionluğa oynayan "Xəzər Lənkəran" doğma azarkeşləri önündə keçiriləcək oyunda qələbə qazanmaqla 2012-ci ilə uğurla başlamaq niyyətində idi. Eyni zamanda Lənkəran təmsilçisinin yeni transferləri də AZAL-la görüşdə debüt oyunlarına çıxıblar.
Bu mövsüm heç də özünə bənzəməyən AZAL da ilk "altılığ"a vəsiqə uğrunda mübarizəsini davam etdirir. Bunun üçün "təyyarəçilər" çətin Lənkəran sınağından qələbə ilə ayrılmalı idi. Əks təqdirdə AZAL ilk "altılığ"a düşmək şanslarını daha da çətinə salacaqdı ki, belə də olub. Matçın 74-cü dəqiqəsində Rahid Əmirquliyevin vurduğu qol "Xəzər Lənkəran"a qələbə qazandırıb - 1:0.
15 fevral (çərşənbə)
Unibank Premyer Liqası, XX turun oyunları
16:00. "Xəzər Lənkəran" – AZAL - 1:0
Qol: Rahid Əmirquliyev, 74 (1:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Asim Xudiyev.
Lənkəran. Şəhər mərkəzi stadionu.
“Xəzər Lənkəran” : Kamran Ağayev, Elnur Allahverdiyev, Elvin Begiri, Katalin Doman, Eder Bonfim, Branimir Subaşiç (Alim Qurbanov, 88), Elnur Abdullayev (Roberto Alviz, 62), Andrey Mureşan, Rahid Əmirquliyev, Adrian Pit, Antoni Semedo (Tounkara Sadio, 68)
AZAL: Cahangir Həsənzadə, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev, Ervin Bulku, Elşən Məmmədov (Hüseyn Axundov, 70), Nuqzar Kvirtiya (Tərlan Xəlilov, 60), Georgi Bogihu, Bronislav Arseniyeviç, Viktor İqbekoyi, Tales Şütz
14:00. "Bakı" – "Qarabağ" - 0:3
Qollar: Əfran İsmayılov, 28-pen (0:1), Rəşad Sadiqov, 48 (0:2), Georgi Adamiya, 64 (0:3)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Səfər Haşımov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, təbii örtüklü meydança.
“Bakı”: Marko Şarliya, Duje Bakoviç, Denis İvanovs, Juninyo, Lukaş Horvat (Aleksandar Şoliç, 67), Elvin Məmmədov, Cəmşid Məhərrəmov, Nenad Kovaceviç (Deividas Çesnauskis, 46), Şəhriyar Əliyev (Rəhman Hacıyev, 76), Uinston Parks, Koke
“Qarabağ”: Boyan Pavloviç, Maksim Medvedyev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Rəşad Sadiqov, Namiq Yusifov, Georgi Adamiya (İlqar Qurbanov, 83), Əfran İsmayılov (Vüqar Nadirov, 75), Bəxtiyar Soltanov (Muammer Muammer, 69), Rauf Əliyev
14:00. "Sumqayıt" - "Neftçi" - 0:3
Qollar: Flavinyo, 45 (0:1), Bahadır Nəsimov, 50 (0:2), Bahadır Nəsimov, 85 (0:3)
Hakimlər: Anar Salmanov, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. "Şəfa" stadionu.
“Sumqayıt”: Andrey Popoviç, Tərlan Quliyev, Timur İsrafilov (Murad Səttarlı, 57), Ruslan Tağızadə, Bədavi Hüseynov, Samir Abasov (Yasin Abbasov, 28), Abdulla Abatsiyev, Uğur Pamuk, Eşqin Quliyev, Ramil Həşimzadə (Orxan Həsənov, 72), Kamil Nurəhmədov
"Neftçi": Rauf Mehdiyev, Rail Məlikov, Denis Silva, Slavço Georgiyevski (Cavid İmamverdiyev, 77), Flavinyo (Elşən Abdullayev, 74), Bahadır Nəsimov, Ruslan Abışov, Alessandro da Silva (Ruslan Əmircanov, 26), Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Elvin Yunuszadə
16 fevral (cümə axşamı)
13:00. "Simurq" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Azər Əsgərov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala. Şəhər stadionu.
14:00. "Rəvan" - "Turan"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Dalğa Arena.
14:00. "Kəpəz" - "İnter"
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Gəncə. Şəhər stadionu.
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Neftçi | 19 | 13 | 1 | 5 | 40-16 | 40 |
| 2 | Xəzər Lənkəran | 19 | 11 | 5 | 3 | 28-17 | 38 |
| 3 | İnter | 18 | 10 | 6 | 2 | 17-9 | 36 |
| 4 | Qarabağ | 19 | 9 | 5 | 5 | 23-14 | 32 |
| 5 | Bakı | 19 | 8 | 5 | 6 | 23-19 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 19 | 6 | 5 | 8 | 26-29 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt | 19 | 4 | 3 | 12 | 13-26 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər
Ronaldo niyə əvəz olunmadan oynayır?
Uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
"Sabah" Macarıstan klubu ilə heç-heçə etdi
Mundialda büdrədilər, baş məşqçi istefa verdi
Vinisius, Mbappe, Kenan...
Ölkə prezidenti millinin rəhbərliyini sərt tənqid etdi
“Nyukasl” futbolçusunu rekord maaşla heyətdə saxlayır
Konqo ilə matça qədər zədəsini sağaltdı
Kanada CAR-la oyuna necə hazırlaşır?
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
"Matçın danışılmasından söhbət belə gedə bilməz"
"Futbolçular risk etməkdən qorxurlar"
"Real"ı tərk edə bilər
Kyeza göndərilir
İngiltərə millisində növbəti zədə
"Barselona" ekvadorlu istedadı transfer etdi
DÇ-2026: Qrup mərhələsinin rəmzi komandası
Montella Türkiyə millisində qalır!
Martines: “Bu, uşaq yanaşması olardı”
Mundialda Afrika rekordu
Leandro Andrade “Qarabağ”la bu sözlərlə vidalaşdı
“Şah”ı mat edən Aydın
Savodan het-trik, Cəfərquliyevdən gözəl qol ötürməsi - Video
Komandası qrupda qaldı, baş məşqçi istefa verdi
Qurban Qurbanov azarkeşləri sevindirdi - Video
“Zirə”nin rəqibi finala yüksəldi
Messinin mundiallardakı 19-cu qolu - Video
İsveç millisinin məşq etdiyi stadion təəccübləndirdi - Video
Modriç bunu bacaran ən yaşlı futbolçu oldu
DÇ-2026: Bombardirlik yarışında vəziyyət – Messi zirvədədir
Mundialda 1/16 final başlayır
Qurban Qurbanov qələbədən və yeni transferlərdən danışdı
1/16 final mərhələsinin bütün cütləri və təqvimi - DÇ-2026
DÇ-2026-da qrup mərhələsinə yekun vuruldu - Yenilənib
Xorvatiya - Qana oyunu üçün heyətlər
Panama - İngiltərə: Heyətlər
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər