“Qarabağ” klubu AFFA-nın İntizam Komitəsi tərəfindən beş oyunluq cəzalandırılan yeni transferi Vaqif Cavadovla bağlı qərarın dəyişdirilməsinə görə AFFA-ya müraciət etməyəcək.
Bu haqda Qol.Az-ın müxbiri ilə söhbətində klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
“Vaqifə bu cəza “Qarabağ”a gəlməzdən əvvəl, Rusiyanın “Volqa” klubunda oynayanda tətbiq edilib. Bu məsələ klubun yox, sırf Vaqifin problemidir. Buna görə də, əgər Vaqif istəyirsə, öz problemini özü həll etməlidir. Biz bir klub olaraq qərarın ləğvi üçün AFFA-ya müraciət etməyəcəyik” – deyə Ə.Çəlikəl bildirib.
Xatırladaq ki, AFFA İntizam Komitəsi Vaqifi millidən bir il müddətinə uzaqlaşdırmaqla bərabər, onun Unibank Premyer Liqasının beş oyununda çıxışına qadağa qoyub.
“Sabah”dan “qızıl dubl”
"Napoli"dən gedir
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov