"Neftçi"nin belçikalı hücumçusu Emil Mpenza komandanın düşərgəsini tərk edib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu onunla maraqlanan klubların nümayəndələri ilə danışıqlar aparır.
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov bununla bağlı fikirlərini bölüşüb:
"Almaniyanın "Dinamo" (Drezden) klubu ilə görüşdən sonra Emil Mpenza yanvarın 18-də komandanın məskunlaşdığı oteli tərk edib. Hazırda futbolçu, onu heyətinə qatmaq istəyən 2 klubla danışıqlar aparır. Danışıqlar prosesi davam etdiyindən klubların adlarının açıqlanması düzgün olmaz.
Təbii ki, futbolçunun digər kluba keçidində "Neftçi"nin də öz mövqeyi və maraqları var. Bütün danışıqlar prosesi birbaşa klub prezidentinin nəzarətindədir. Mpenzanın hər hansı bir kluba keçidinin həll olunmasında son qərarı "Neftçi"nin prezidenti Sadıq Sadıqov verəcək".
“Sabah”dan “qızıl dubl”
"Napoli"dən gedir
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov