Unibank Premyer Liqanın XVII turunun “Kəpəz”lə oyunu “Xəzər Lənkəran”ın gənc futbolçusu Zahid Quliyev üçün əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Quliyev matçda sonuncu qolu vurmaqla həm komandanın 4:1 hesablı qələbəsini rəsmiləşdirib, həm də “Xəzər Lənkəran”da qol hesabını açıb.
Z.Quliyev “Xəzər Lənkəran”ın tarixində qol sevinci yaşayan 72-ci futbolçu olub. Bu oyunçulardan 45-nin legioner olduğunu nəzərə alsaq, gənc futbolçu “Xəzər Lənkəran”ın formasında qol sevinci yaşayan 27-ci azərbaycanlı kimi tarixə keçib.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın özünün 72 futbolçusu ilə yanaşı daha 5 rəqib oyunçu da azarkeşlərə qol sevinci yaşadıb. Onlar avtoqol müəllifi olublar.
“Sabah”dan “qızıl dubl”
"Napoli"dən gedir
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov