"Neftçi" qış çempionu oldu, "Xəzər Lənkəran" "Bakı"nı darmadağın etdi

"Neftçi" qış çempionu oldu, "Xəzər Lənkəran" "Bakı"nı darmadağın etdi
PREMYER LİQA 21 Dekabr 2011 / 17:54 23753
-  A +

Bu gün Unibank Premyer Liqasında XVIII turun daha iki oyunu keçirilib. Bununla da bu ilin son turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, bu turda keçiriləcək daha 3 qarşılaşmadan sonra komandalar Premyer Liqada qış fasiləsinə yollanıblar.

Turun maraqlı görüşlərindən biri Qəbələdə baş tutub. Burada yerli komanda “Qəbələ” klubu Ağdam təmsilçisi “Qarabağ”ı qəbul edib. Son turda səfərdə “Turan”ı  1:0 hesabı ilə məğlub edən “Qəbələ” bu oyunda qalib gəlməklə “Qarabağ”la xalını bərabərləşdirmək niyyətində idi. Qəbələ təmsilçisi məhz doğma meydan amilindən istifadə etməklə rəqibinindən 3 xal almağa çalışsa da, bunanail olmayıb.

Bu mövsüm də çempionluq uğrunda mübarizə aparan “Qarabağ”ın Qəbələyə yalnız 3 xal üçün getdiyi heç kəsə sirr deyildi. Qurban Qurbanovun komandası səfərdə qalib gəlməklə həm ən yaxın izləyicisi “Qəbələ” ilə xal fərqini artıracaq, həm də qış fasiləsinə 4-cü pillədə yollanmaq şansı qazanacaq. Lakin bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

Günün digər qarşılaşması isə paytaxtda baş tutub. Burada son ölkə çempionu “Neftçi” əzəli rəqinlərindən olan Gəncənin “Kəpəz”  klubu ilə qarşılaşıb. Son turda səfərdə “İnter”ə 1:2 hesabı ilə məğlub olmaqla liderliyini itirmək təhlükəsi ilə üzləşən “ağ-qaralar”ı bu görüşdə yalnız qələbə qane edirdi. Əks təqdirdə paytaxtın “İnter” klubu qış fasiləsinə lider kimi yollanacaqdı.

Bu mövsüm heç də yaxşı günlərini keçirməyən “Kəpəz”in də “Neftçi”yə müqavimət göstərəcəyi inandırıcı görünmürdü. Böyükağa Hacıyevin komandası "Kəpəz"lə oyunun taleyini elə ilk hissədə həll edib. Fasiləyə qədər 2 qol vuran "Neftçi" yenidən liderliyini geri qaytarıb - 2:0. Bununla da, son ölkə çempionu qış fasiləsinə lider kimi yollanıb.

Turun son və mərkəzi qarşılaşması isə Lənkəranda keçirildi. Burada yerli “Xəzər Lənkəran” klubu paytaxtın “Bakı” klubunu qəbul edib. Ötən turda səfərdə “Kəpəz”ə 4:1 hesabı ilə qalib gələn Lənkəran təmsilçisi bu görüşün də əsas favoriti sayılırdı. “Xəzər Lənkəran” “Bakı”nı 3:0 hesabı ilə məğlub etməklə qış fasiləsinə 3-cü pillədə yollandı. 


21 dekabr (çərşənbə)

Unibank Premyer Liqası, XVIII turun oyunları

"Xəzər Lənkəran" - "Bakı" - 3:0
Qollar:
Subaşiç, 29 (1:0, pen), Vobay, 45 (2:0), Rahid Əmirquliyev, 53 (3:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Yaşar Abbasov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
Lənkəran şəhər mərkəzi stadionu.

1. Artıq ilk dəqiqədə Mureşan Jabaya qarşı qaydanı pozdu. Sol cinahdan qonaqların cərimə zərbəsindən sonra "Xəzər Lənkəran"ın müdafiə xətti yaxşı oynadı.

3. Rusiç hava mübarizəsi zamanı rəqiblə toqquşaraq yüngül zədə aldı. Sloveniyalı hazırda meydandan kənarda həkim yardımı alır.

5. Eyni zamanda Semedo meydanın mərkəzində yerdə qaldı.

7. Semedo meydana qayıtdı, Rusiç isə hələ yox. Hücumçu başını yaralayıb.

8. "Bakı" bu dəfə sağ cinahdan cərimə zərbəsini yerinə yetirdi, lakin təhlükə yaranmamış sovuşduruldu. "Xəzər Lənkəran" nəhayət ki, meydanda on bir nəfərlə oyunu davam etdirir.

10. Subaşiçin sağ cinahdan ötürməsindən sonra top kornerə çıxarıldı. Künc zərbəsini "Xəzər Lənkəran"ın futbolçuları yerlə başladı, və bir neçə ötürmədən sonra artıq Vobay sağdan cərimə meydançasına topu ötürdü, lakin qonaqlar onu yenə də qapı xəttindən çıxardılar. İkinci kornerdən sonra Şarlia topu tutdu.

12. Bu dəfə "Bakı" künc zərbəsi qazandı. Beqiri topu uzaqlaşdırır.

14. Subaşiç çox aktivdi. Cərimə meydançasından əlavə "9" nömrəni tez-tez sağ cinahda da görmək olur.

15. Ederin cərimə zərbəsi çərçivənin üstündən keçdi.

17. Qapıdan təxminən 25 metr məsafədə Eder Juniora qarşı qaydanı pozur. Təhlükəli ola bilər. Zərbə qapıdan kiçik fərqlə aralı keçdi.

19. Ederin Kamrana ötürməsi inamsız alınsa da, qapıçı vaxtında topa yetişib uzaqlaşdırdı.

20. Xəzər Lənkəran" formasında 50-ci oyununa çıxan Elnur Allahverdiyev geridə qalan dəqiqələr ərzində yaxşı təsir bağışlayır.

22. Ev sahibi komandanın ehtiyat oyunçularından biri sarı vərəqə aldı. Təəssüf ki, bunun kim olduğunu bizə məlum olmadı.

23. Beqirinin cərimə zərbəsindən sonra top xeyli üstdən keçdi.

24. Daha bir kornerdən sonra Mureşan uzaq dirəyin yanında topu başla Rusiç üçün yerə endirsə də, baş hakim cərimə meydançası daxilində kobud oyun qeydə almaqla hücuma son qoydu.

28. Penalti! Karqbo cərimə meydançasında  Rahidi  yıxdı, və hakim kiçik fasilədən sonra nöqtəni göstərir.

29. QOL. Subaşiç komandasını hesabda önə keçirir.

30. Karqbo isə bayaqkı kobudluğa görə sarı vərəqə aldı.

32. Qonaqlar hücumları artırıblar. Sol cinahdan Verpakovskis irəliləmək istəsə də, Allahverdiyev onun qarşısını sarı vərəqə bahasına aldı.

34. Ederin sağ cinahdan verdiyi ötürmədən sonra Rahid dabanı ilə topu tora göndərmək istəsə də, müdafiəçilər bunun qarşısını aldı. Korneri Vobay yerinə yetirir.

35. "Xəzər Lənkəran" ardıcıl daha iki künc zərbəsi yerinə yetirdi. Pitin uzaq məsafədən zərbəsi qapının üstündən keçdi.

37. Meydanın mərkəzində Rahid Əmirquliyev Juniora qarşı qaydanı pozdu. Əmirquliyev sarı vərəqə alır. 

39. Subaşiç və Bonfim sağ cinahda bir-birilə əla təmas qururlar. Bu arada daha bir kornerdən sonra Rahid cərimə meydançasının kənarından qapını yoxladı. Zərbə effektli, lakin qeyri-dəqiq alındı.

42. Vobay ötən oyunda olduğu kimi yarımmüdafiənin mərkəzində çıxış edir.

45. QOL. Vobay komandasının ikinci qolunu vurur.

İlk hissə başa çatdı.

İkinci hissə başladı.

48. Rahid Əmirquliyev sol cinahda son qədər mübarizə apararaq, rəqibi qayda pozuntusuna məcbur etdi.

49. Beqirinin cərimə zərbəsindən verdiyi asmaya heç kim yetişə bilmədi.

51. Juniorun zərbəsindən sonra top üstdən keçdi.

53. QOL. Rahid Əmirquliyev komandasının üçüncü qoluna imza atdı. Mərkəzdə topu qəbul edən Vobay solda açılmış Semedonu gördü. Antonio önündə olan müdafiəçini keçərək cərimə meydançasına yerlə topu ötürdü. Meydançaya yenicə daxil olmuş Rahid isə topu ələ keçirərək onu tora qovuşdurdu - 3:0!

54. Yenə də solda Semedo topla irəliləyirdi, lakin bu dəfə Bates onu yıxmağa məcbur oldu. Bates sarı vərəqə aldı.

59. "Bakı"nın futbolçusu Novruz Məmmədov sarı vərəqə aldı.

67. Müdafiəçinin arxaya verdiyi ötürmədən sonra topu saxlamaq istəyən Şarlia onu ayağının altından buraxdı. Az qala qapıya daxil olan top dirəyin yanından meydanı tərk etdi.

70. "Xəzər Lənkəran"da Elnur Allahverdiyevi Şəhriyar Xəlilov əvəzlədi.

74. Sağ cinahdan verilən cərimə asmasından sonra Kamran Ağayev çıxışda dəqiq oynayaraq topu tutdu.

76. Bakı" futbolçuları tək ötürmələrlə cərimə meydançasına daxil olmaq istəsələr də, "Xəzər Lənkəran"ın müdafiəsi yaxşı oynadı.

79. Qonaqların hücumundan sonra topu tutan Kamran Ağayev Subaşiçə doğru olduqca dəqiq ötürmə etdi. Cərimə meydançasına çatan Branimir topu Rusiçə ötürdü, lakin sonuncu müdafiəçilərin əhatəsində hücumu davam etdirə bilmədi.

84. Cüneyt Biçerdən son əvəzetmə: ilk qolun müəllifi Subaşiçin yerinə oyuna Mario Rosas daxil oldu.

90. Hakim görüşə üç dəqiqə əlavə etdi.

Matç bitdi.

14:00. "Qəbələ" - "Qarabağ" - 0:0
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Qəbələ şəhər stadionu.

14:00. "Neftçi" - "Kəpəz" - 2:0
Qollar:
Flavinyo, 18 (1:0, pen.), Bahadır Nasimov, 43 (2:0)
Qırmızı vərəqələr: İqor Mitreski, 55 (Neftçi) Armand Feutchine, 66 (Kəpəz)
Hakimlər: Anar Salmanov, Munis Abdullayev, Knyaz Əmiraslanov, Alik Yunusov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.





20 dekabr (çərşənbə axşamı)


"Sumqayıt Şəhər" - "Turan" - 1:0
Qol:
Samir Abasov, 71 (1:0)
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Zeynal Zeynalov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əmir Zamanov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

"Rəvan" - AZAL - 3:1
Qollar:
Amid Hüseynov, 34 (1:0), Samuel Barlay, 45+1 (2:0), Reis Klaudinei, 61 (3:0), Zohair Benouahi, 70 (3:1)
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Elşən Acalov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
"Dalğa Arena" stadionu.

"Simurq" - "İnter" - 0:2
Qollar:
Baçana Sxadadze, 13-pen (0:1), Enyo Krastovçev, 88 (0:2)
Qırmızı vərəqə: İlkin Qırtımov, 55 (birbaşa qırmızı vərəqə)
 Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Coşqun Həsənov, Fuad Həsənov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Akif Məmmədov
Zaqatala şəhər stadionu.


Turnir cədvəli

 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

18

12

1

5

37-16

37

2

İnter

18

10

6

2

16-9

36

3

Xəzər Lənkəran

18

10

5

3

27-17

35

4

Qarabağ

18

8

5

5

20-14

29

5

Bakı

18

8

5

5

23-16

29

6

Qəbələ

18

7

5

6

18-19

26

7

AZAL

18

6

5

7

26-28

23

8

Rəvan

18

5

7

6

21-22

22

9

Simurq

18

5

4

9

18-27

19

10

Kəpəz

18

4

4

10

21-34

16

11

Sumqayıt Şəhər

18

4

3

11

13-23

15

12

Turan

18

3

2

13

10-26

11


Bombardirlər

1. Bahodir Nasimov - "Neftçi" - 11 qol
2. Robertas Poşkus - "Simurq" - 8 qol
3. Tales Şütz - AZAL - 8 qol
4. Flavio Aleks Valensio - "Neftçi" - 7 qol
5. Uinston Parks - "Bakı" - 6 qol
6. Luiz Paulo Hilario - "Qəbələ" - 6 qol


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq