Bu gün Unibank Premyer Liqasında XIV turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Turun maraq doğuran oyunlarından biri Gəncədə keçirilib. Burada iki əzəli rəqib – “Kəpəz” və “Turan” klubları üz-üzə gəliblər. Mehman Allahverdiyevin istefasından sonra komandaya gətirilən Mirbağır İsayevin ilk sınağı məhz “Turan”a qarşı olub.
“Qərb derbisi”nin əsas favoriti “Kəpəz”klubu hesab olunurdu. Lakin "Kəpəz" qələbni son dəqiqələrdə əldən verib. Bu mövsüm heç də yaxşı günlərini yaşamayan Tovuzun “Turan” klubu matça əlavə edilmiş dəqiqələrdə bərabərlik qolunu vuraraq səfərdən bir xalla ayrılıb.
Günün digər matçı isə Sumqayıtda baş tutub. Burada yerli “Sumqayıt Şəhər” komandası Bakının “Rəvan” klubu ilə qarşılaşıb. Son turda səfərdə “Simurq”a 0:1 hesabı ilə uduzan Bernhard Raabın komandası bu dəfə doğma azarkeşləri önündə qələbə qazanmaq niyyətində idi.
Ancaq son zamanlar yüksəlişdə olan “Rəvan” klubu Sumqayıtda növbəti qələbəsini qazanıb. İlk “altılığ”a düşməyi hədəfləyən Vladislav Qədirovun komandası səfərdən 3 xalla dönərək ilk "altılığ"a düşməyi bacarıb.
Turnir cədvəlinə başçılıq edən “Xəzər Lənkəran” isə bu tur Zaqatalaya səfər edib. Son turda “Rəvan”la 1:1-lik heç-heçə edən Mirça Rednikin komandası səfərə qələbə dalınca getmişdi. Lakin "Xəzər Lənkəran" klubu növbəti dəfə qələbəni əldən verərək bir xalla kifayətlənməli olub - 2:2.
Hərçənd cənub təmsilçisi oyuna yaxşı başlamışdı. Fasiləyə 2:0 hesabı ilə üstün yollanan "xəzər Lənkəran" ikinci hissədə 2 top buraxmaqla səfərdən 1 xalla dönüb. Belədə "Neftçi" və "İnter" komandaları qələbə qazanacaqları təqdirdə zirvəni ələ keçirəcəklər.
25 noyabr (cümə)
Unibank Premyer Liqa, XIV tur
16:00. "Simurq" - "Xəzər Lənkəran" - 2:2
25 noyabr 2011. Saat 16:00. Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Zeynal Zeynalov
Dördüncü hakim: Teymur Fərhadov
AFFA nümayəndələri: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Vidas Alunderis, 51 (rəqibi əl ilə tutub saxladığına görə); Rasim Ramaldanov, 79 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) // Rahid Əmirquliyev, 32 (bilərəkdən topa əl ilə oynadığına görə); Eder Bonfim, 36 (rəqibi əl ilə tutub saxladığına görə); Katalin Doman, 39 (rəqibi əl ilə tutub saxladığına görə); 80 (rəqibi əl ilə tutub saxladığına görə)
Qırmızı vərəqə: Katalin Doman, 80 (rəqibi əl ilə tutub saxladığına görə)
Qollar: Robertas Poşkus, 66; Rasim Ramaldanov, 82 // Katalin Doman, 21; Antonio Semedo, 42
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
“Simurq”
32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 79. Vidas Alunderis, 13. Aleksandr Şemonayev, 4. Vasili Yanotovskiy, 28. Yevgeni Şmakov, 14. Andreys Rubins, (9. Əli Bağırov, dəq.68)
10. Tofiq Mikayılov, (21. Kristaps Qrebis, dəq.61), 77. Daniel Genov, 11. Robertas Poşkus,(23. Ruhid Usubov, dəq.82)
Baş məşqçi: Sergey Yuran
“Xəzər Lənkəran”
1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 7. Katalin Doman, 8. Eder Bonfim, 9. Branimir Subaşiç
(27. Habil Nurəhmədov, dəq.83), 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Emeka Opara
22. Antonio Semedo, 23. Şəhriyar Xəlilov, 32. Mario Rosas, (10. Elnur Abdullayev, dəq.65), (17. Zahid Quliyev, dəq.89)
Baş məşqçi: Mirça Rednik
14:00. "Kəpəz" - "Turan" 1:1
25 noyabr 2011. Saat 14:00. Gəncə şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, İlham Əliyev
Dördüncü hakim: Ramil Əhmədov
AFFA nümayəndələri: Əliyar Xanəliyev
Hakim-inspektor: Fazil Mürşüdov
Sarı vərəqələr: Azər Məmmədov, 64 (perspektivli hücumun qarşısını aldığına görə) // Namiq Əliyev, 76 (rəqibə badalaq)
Qollar: Junivan Suares, 25 // Seymur Tağıyev, 90
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
“Kəpəz”
22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov (k), 5. Muammer Erdoğdu, 8. Armand Feutchine, 7. Asif Qədiri, (15. Şahin Kərimov, dəq.70), 11. Sabir Allahquliyev, 14. Dmitri Parxaçov, (6. Vasif Əliyev, dəq.79), 18. Nikolay Svejentsev, 27. Pərvin Paşayev, 30. Yuri Fomenko, (23. Junivan Suares, dəq.10), 34. Cavad Mirzəyev
Baş məşqçi: Mirbağır İsayev
“Turan”
12. Natiq Səhrətov, 7. Ramal Hüseynov (k), 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberişvili, 15. Namiq Əliyev, 18. Hafiz Əliyev, (8. Akif Tağıyev, dəq.76), 21. Rəşad Orucov, 22. Məhərrəm Müslümzadə
24. Sergey Artyux, (17. Rəşad Piriyev, dəq.67), 27. Zura Dzamsaşvili, 29. Rudison Ferreyra, (4. Seymur Tağıyev, dəq.46)
Baş məşqçi: Əsgər Abdullayev
14:00. "Sumqayıt Şəhər" - "Rəvan" 0:1
25 noyabr 2011. Saat 14:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 150 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Aleksandr Musatkin, İsgəndər Əliyev
Dördüncü hakim: Anar Göyçayski
AFFA nümayəndələri: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Emin Mustafayev, 42 (simulyasiya); Andriy Popoviç, 45 (hakimə etiraz); Abdulla Abatsiyev, 82 (sürüşmə fəndindən düzgün istifadə etmədyinə görə) // Tural Axundov, 51 (kobud oyuna görə); Hüseyn İsgəndərov, 58 (kobud oyuna görə); Şarapudin Şalbuzov, 90 (simulyasiya)
Qol: Şeriff Suma, 18
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
“Sumqayıt Şəhər”
55. Andriy Popoviç, 16. Hacı Əhmədov, 20. Timur İsrafilov, 22. Ruslan Tağızadə, 52. Bədavi Hüseynov, 19. Orxan Əliyev, (15. Aleksandr Qross, dəq.70), 8. Emin Mustafayev (k), (17. Aqil Məmmədov, dəq.80)
47. Abdulla Abatsiyev, 9. Orxan Həsənov, 77. Samir Yusifov, (91. Ruslan Qurbanov, dəq.63), 11. Kamil Nurəhmədov
Baş məşqçi: Bernhard Raab
“Rəvan”
12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Natiq Kərimi, (6. Taqım Novruzov, dəq.65), 7. Reis Klaudinei
(30. Şarapudin Şalbuzov, dəq.89), 8. Tural Axundov, (15. Tural Cəlilov, dəq.57), 11. Şeriff Suma, 4. Ekrem Hodziç, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Kristian Torres, 24. Hüseyn İsgəndərov
Baş məşqçi: Vladislav Qədirov
26 noyabr (şənbə)
13:30. "Bakı" - "Qəbələ"
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndələri: Oqtay Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
14:00. "Qarabağ" - "Neftçi"
Hakimlər: Anar Salmanov, Elman Musayev, Rahil Ramazanov, Rəhim Həsənov
AFFA nümayəndələri: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
18:00. "İnter" - AZAL
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Mübariz Haşımov, Rauf Cabbarov
AFFA nümayəndələri: Maşallah Əhmədov
Hakim-inspektor: Nüvər Xasıyev
"Şəfa" stadionu.
Turnir cədvəli
Komanda | O | Q | H | M | Qollar | Xallar | |
1 | Xəzər Lənkəran | 14 | 8 | 4 | 2 | 20-15 | 28 |
2 | İnter | 13 | 7 | 4 | 2 | 11-7 | 25 |
3 | Neftçi | 13 | 8 | 1 | 4 | 21-10 | 25 |
4 | Bakı | 13 | 6 | 4 | 3 | 20-11 | 22 |
5 | Qarabağ | 13 | 6 | 3 | 4 | 16-12 | 21 |
6 | Rəvan | 14 | 4 | 6 | 4 | 17-17 | 18 |
7 | Qəbələ | 13 | 5 | 3 | 5 | 13-16 | 18 |
8 | AZAL | 13 | 4 | 4 | 5 | 17-16 | 16 |
9 | Simurq | 14 | 4 | 4 | 6 | 13-15 | 16 |
10 | Kəpəz | 14 | 3 | 4 | 7 | 17-23 | 13 |
11 | Turan | 14 | 3 | 2 | 9 | 9-21 | 11 |
12 | Sumqayıt Şəhər | 14 | 2 | 3 | 9 | 7-18 | 9 |
"Qarabağ" Avstriyadadır - Şəkillər
"Çelsi" 70 milyonluq transferini açıqladı
A seriyası klubunda yeni baş məşqçi
Brantueytlə yeni müqavilə imzalandı
Lyakazett də ərəb klubuna keçdi
Van Bronxorst rəsmən “Liverpul”da
Ciro İmmobile "Beşiktaş"dan ayrıldı
"Atletiko"dan 45 milyon avroluq transfer
"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı
"Bayer"in yeni ev formaları - Şəkillər
"Sabah"ın Çempionlar Liasındakı rəqibləri müəyyənləşdi
İlk peşəkar müqaviləsini “Zirə” ilə bağladı
"Sabah"ın rəqibindən növbəti transfer
PFL 17 yaşında
Mirabdulla Abbasov Qırğızıstan klubunda
"Liverpul"dan "Bavariya"ya rədd cavabı
"Neftçi" "Araz-Naxçıvan"ın futbolçusunu transfer etdi
Azərbaycan klubu AFFA və PFL-ə müraciət etdi
Qyökereşin yeni klubu məlum oldu
"Qarabağ" Avstriyaya yollandı - Şəkillər
"Barselona" evdə bu formalarla oynayacaq - Şəkillər
Azərbaycanın 2 boksçusu Dünya kubokunun 1/4 finalında
"Araz-Naxçıvan"ın rəqibi daha bir qapıçı aldı
"Real" - "Yuventus" matçından - Video
Klublararası dünya çempionatı - 1/4 finalın təqvimi
"Real" "Yuventus"a qalib gəlib 1/4 finala yüksəldi
"Beşiktaş" Abrahamın transferini açıqladı
"Atletiko"da yeni yarımmüdafiəçi
Avropa çempionatına 3 gümüş medalla start
"Arsenal" keçidi rəsmən açıqladı
"Sabah" Fransa klubunun yetirməsini transfer etdi
Kontedən Osimhenlə bağlı sürpriz qərar
Azərbaycan millisi Belarusa yenə uduzdu
"Barselona" futbolçusunu satdı
“Şamaxı”da növbəti ayrılıq
"Ondan Azərbaycan futbolu haqda soruşdum” - Müsahibə
"Əl-Nəsr"in hücumçusu "Fənərbaxça"ya keçir
"Qarabağ"ın Avstriyadakı sonuncu rəqibi də bilindi
Ansu Fati rəsmən "Monako"da
“Mançester Yunayted” sabiq futbolçusuna vəzifə verdi
"Hayduk" 4 futbolçusu ilə yolları ayırdı
"Zirə" 4-cü transferini açıqladı
"Sabah"ın rəqibindən yeni transfer