"Xəzər Lənkəran"ın çətin "Simurq" sınağı

"Xəzər Lənkəran"ın çətin "Simurq" sınağı
PREMYER LİQA 24 Noyabr 2011 / 21:05 3127
-  A +

Sabah Unibank Premyer Liqanın 14-cü turu start götürür. Son oyunlarda xal itirməsinə rəğmən çempionatın lideri olan “Xəzər Lənkəran” bu tur çərçivəsində Zaqatalada “Simurq”un qonağı olacaq.
 
Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu qarşılaşma “Xəzər Lənkəran”ın cari mövsümdə 7-ci səfər oyunu olacaq. Həmçinin bu oyun komandanın bu çempionatda Bakıdan kənarda oynayacağı ilk matçdır. Geridə qalan altı səfər görüşünün ikisində qalib gələn Mirça Rednikin yetirmələri, daha iki dəfə heç-heçə edib və bir o qədər də məğlub olub. “Xəzər Lənkəran” bu mövsüm rəqib meydanında 7 dəfə fərqlənib və 9 dəfə qapısında top görüb.
 
Öz növbəsində “Simurq” üçün “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyun mövsümün yeddinci ev oyunu olacaq. Bu tura kimi “Simurq” Zaqatalada iki oyunda qalib gəlib, bir dəfə heç-heçə edib, üç görüşdən isə xalsız ayrılıb. Komandanın ev oyunlarında qol statistikası “Xəzər Lənkəran”ın səfərdəki qol statistikasını əks etdirir – 7 vurulan və 9 buraxılmış qol.
 
“Xəzər Lənkəran” son altı çempionat oyununda iki dəfə məğlubiyyətə uğrayıb, iki dəfə heç-heçə edib və iki dəfə qalib gəlib. “Simurq” isə son altı turda üç dəfə məğlub olub, iki dəfə qalib gəlib və bir dəfə heç-heçə oynayıb.
 
Qarşıdakı oyun “Xəzər Lənkəran”ın “Simurqa” qarşı altıncı səfər oyunudur. Əvvəlki beş oyunun üçündə komanda qələbə qazanıb, iki dəfə isə bu səfərdən bir xalla qayıdıb. Bu oyunlarda komanda ümumilikdə səkkiz qol vurub, dörd qol buraxıb.

“Xəzər Lənkəran”ın Zaqatala təmsilçisi ilə son oyunu ötən çempionatın ikinci turunda baş tutub və cənub klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə qolları Dieqo Ruiz və Elnur Allahverdiyev rəqib qapısından keçiriblər.

Qeyd edək ki, "Simurq" - "Xəzər Lənkəran" matçı sabah saat 16:00-da baş tutacaq və "İdman-Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır