Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov bu həftənin cümə və şənbə günü keçiriləcək Unibank Premyer Liqasının oyunları ilə əlaqədar təxminlərini Qol.Az saytına bölüşüb.
“Kəpəz” - “Turan”
Gəncəlilərin axrıncı turda məğlubiyyət acısı yaşaması onların “altılq”a düşmək şanslarını azaldıb. Ancaq komandanın baş məşqçi vəzifəsinə Mirbağır İsayev gətirilib. Adətən, yeni baş məşqçi dəyişikliyi uğurlu olur. Belə baxanda “Kəpəz”in potensialı, oyunçuların səviyyəsi qələbə qazana biləcəklərindən xəbər verir. “Turan”ın son vaxtlar maliyyə problemləriylə üzləşməsi, futbolçuların klubun oyunlarında iştirak etməkdən imtina etməsi onların çıxışına mənfi təsir göstərir. “Bakı”yla oyunda da bunun şahidi olduq. Təəssüf ki, Azərbaycanın köklü klublardan biri olan “Turan” ağır günlərini yaşayır. Oyunun Gəncədə baş tutacağı da meydan sahiblərinin qələbə şansını artırır.
“Sumqayıt Şəhər” - “Rəvan”
“Rəvan” məşqçi dəyişikliyi etdikdən sonra uğurlu nəticələrə imza atır. Vladislav Qədirovun düzgün taktika seçməsini xüsusi olaraq vurğulamaq istərdim. Axırıncı oyunlarında səfərdə “Xəzər Lənkəran”la görüşdə məğlub duruma düşməklərinə baxmayaraq, son dəqiqədə bərabərlik topunu vurmağı bacardılar. Belə davam etsə, çox güman ki, “altılığ”a da düşə bilərlər. “Sumqayıt Şəhər”lə oyun onlar üçün mühüm olmalıdır. Debütant komandaya gəlincə isə, cavan oyunçularla təcrübəli futbolçular vəhtəd yaratsa da, qalib gələcəklərini düşünmürəm.
“Simurq” - “Xəzər Lənkəran”
Çempionatın ən gərgin qarşılaşmalarından olacaq. Bu oyunda “Xəzər Lənkəran” öz oyununu ortaya qoymasa, ağır nəticəylə üzləşə bilər. Çoxları deyir ki, cənubluların problemləri olduğu üçün qalib gələ bilməyəcək. Ancaq “Xəzər Lənkəran”da əvvəllər çalışmış məşqçi kimi deyə bilərəm ki, klubun rəhbərliyi komandada hansısa problemin yaranmasına imkan verməz. “Simurq” klubuyla qarşılaşmada cənublular qalib gələcəyi təqdirdə, özünəinamı qaytaracaqlar. Digər tərəfdən, liderliyi əldən vermək istəməyəcəklərini düşünürəm. Amma bir amil də var ki, “Simurq” öz yerində daha yaxşı çıxış edərək qələbə qazanmağı bacarırlar. Ümumi nəticəyə gələndə isə, “Xəzər Lənkəran” əvvəlki oyununu göstərə bilsə, qalib gələ bilər.
“Bakı” - “Qəbələ”
“Bakı”nın “Turan” üzərində böyük hesablı qələbəsi onların ruh yüksəkliyini bir qədər də artırıb. “Qəbələ”də məşqçi dəyişikliyinin isə onlar üçün uğurlu oldu. Bilirsiniz ki, “Neftçi”kimi güclü komandanı məğlub etdilər.
“Qarabağ” - “Neftçi”
Gərgin və maraqlı bir matç olacağını düşünürəm. Onlar 20 ildi ki, bir-birlərinə qarşı hər zaman prinsipial mübarizə aparıllar. “Neftçi” ağdamlılarla qarşılaşmada qalib gəlməyə çalışacaq ki, Qəbələdəki məğlubiyyətin təsadüfü olduğunu isbatlasın. “Qarabağ”a gəlincə, son oyunlarında çoxlu təhlükəli vəziyyət yaratsalar da, onlardan yetərincə istifadə edə bilmirlər.
Qarşılaşmanın çox gərgin olacağını indidən söyləmək olar. Havaların sabit keçməməsi də Quzanlıda stadionun durumuna öz təsirini göstərəcək. Komandaların qələbəsində futbolçuların fiziki durumu böyük rol oynayacaq.
“İnter” - AZAL
AZAL-ın son iki görüşlərdə inamlı çıxış etməsi komandanın özünə gəlməsinə işarədir. Komanda Avroliqaya vəsiqə uğrunda mübarizə apardığından qələbə qazanmağa çalışacaq. Məğlub olduqları halda işləri çətinə düşəcək. «İnter»i isə turnir cədvəlindən liderdən cəmi iki xal ayırır. Onsuz da “İnter” öz meydanında “Qarabağ”la oyunda iki xal itirdi. Bir sözlə, bu qarşılaşma “İnter” üçün çox vacib matç olacaq.
Əli HƏYATİ
Baş məşqçi millini tərk etməyə hazırlaşır
Safanova görə klubdan gedə bilər
“Kristal Pelas” satışa çıxarılır?
Fransa - Seneqal: Heyətlər
"Neftçi"nin yay hazırlığı harada olacaq?
"Sumqayıt" Hakan Sünalla yolları ayırdı
"Həddindən artıq ciddi olmalıyıq" - Qurban Qurbanov
Amorim rəsmən "Milan"da
"Zirə"nin rəqibi bilindi
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Avrokuboklarda debüt edəcəklər - İlk rəqibləri “Qarabağ”dır!
"Qarabağ"ın rəqibi bəlli oldu
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
"Sabah"ın rəqibi müəyyənləşdi
"Şəfa" onları da göndərdi
DÇ-2026-nı buraxacaq
"Şamaxı"dan ayrıldı, 1-ci liqa klubuna keçdi
Bernardo Silva "Real"da
İspaniyanın DÇ-də uğursuz seriyası davam edir
Cavid Hüseynov: "Asan olmayacaq"
İnfantino İran millisinə: "Hücumçu kimi oynaya bilərəm”
"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı
Boqanın transfer hüquqlarını aldılar
"Real" Rüdigerlə müqaviləni uzatdı
PFL prezidentindən o futbolçuya xüsusi hədiyyə
"Zirə" kapitanı ilə bağlı qərarını açıqladı
"Neftçi"nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
"Şəfa"da növbəti müqavilə
Tarixdə ilk: Həm ana, həm də oğul...
İran - Yeni Zelandiya oyunundakı 4 qol - Video
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
DÇ-2026-da yeni baş məşqçi
ABŞ-da milli komanda polis iti ilə yoxlanıldı - Video
UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
Ozan Can Kökçü Türkiyə klubunda
"Sabah" onu birdəfəlik transfer etdi
Mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu oldu
Belçika - Misir oyununun ən yaxşısı açıqlandı
Dünya çempionatlarının tarixinə düşdü
Belçika Misirlə heç-heçə etdi
İspaniya Kabo-Verde ilə bacarmadı - Video
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
"Kristal Pelas"da yeni baş məşqçi