"Xəzər Lənkəran" yenə xal itirdi, AZAL qələbə qazandı

PREMYER LİQA 19 Noyabr 2011 / 18:20 11176
-  A +

Bu gün Unibank Premyer Liqasında XIII turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Son turda “Qəbələ” üzərində 3:0 hesablı qələbə qazanan paytaxtın AZAL klubu doğma azarkeşləri önündə “Kəpəz”i qəbul edib. Hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan AZAL ilk “altılığ”a düşmək uğrunda mübarizə aparır.

Gəncənin “Kəpəz” klubu isə təhlükəli zonadan uzaqlaşmaq niyyətində idi. Bu məqsədlə Bakıya 3 xal dalınca gələn “Kəpəz”in qələbə qazanmaq istəyi heç də inandırıcı görünmürdü. Lakin Mehman Allahverdiyevin komandası AZAL-la bacarmayıb. Rəqibinə 0:2 hesabı ilə məğlub olan "Kəpəz" vəziyyətini daha da çətinləşdirib.

Günün digər matçı isə Zaqatalada baş tutub. Burada son turlar yüksəlişdə olan iki komanda – “Simurq” və “Sumqayıt Şəhər” klubları üz-üzə gələcəklər. “Simurq” klubu bu görüşdə qələbə qazanmaqla ilk “altılığ”a düşmək şansını artıra bilərdi. Lakin Sergey Yuranın komandası üçün digər klubların da xal itirməsi vacibdir.

Ötən turda səfərdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etməklə sensasiyaya imza atan “Sumqayıt Şəhər”in də Zaqatalaya xal dalınca getməsi heç kəsdə şübhə doğurmurdu. Lakin Sumqayıt təmsilçisi səfərdən xalsız dönüb. Poşkusun 82-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub - 1:0. Bununla da, "Simurq" xalını 15-ə yüksəldib.    

Turun maraqlı görüşlərindən biri Lənkəranda keçirilib. Burada yerli komanda – “Xəzər Lənkəran” klubu paytaxtın “Rəvan” klubunu qəbul edib “Böyük oyun”da “Neftçi”yə 0:5 hesabı ilə məğlub olan Mirça Rednikin komandası bunun əvəzini “Rəvan”dan çıxmağa çalışacaqdı. 
 
Lakin Lənkəran təmsilçisi buna nail olmayıb. Matçın 89-cu dəqiqəsində Rahid Əmirquliyevin qoluna sevinən meydan sahiblərinin sevinci cəmi bir dəqiqə sürüb. Kristian Torres komandasına bir xal  qazandırıb. Bu nəticədən sonra "Xəzər Lənkəran" turnir cədvəlinin zirvəsində qalsa da, sabah keçiriləcək oyunlardan sonra liderliyini təhvil verə bilər.

Qeyd edək ki, turun qalan 3 görüşü sabah keçiriləcək.


19 noyabr (şənbə)

Premyer Liqada XIII turun oyunları

16:30. “Xəzər Lənkəran” – “Rəvan” - 1:1
Lənkəran şəhər mərkəzi stadionu. 6000 tamaşaçı
Baş hakim:
Rəhim Həsənov
Baş hakimin köməkçiləri:  Munis Abdullayev, Rahil Ramazanov
Dördüncü hakim: Anar Göyçayski
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asif Namazov
Sarı vərəqələr: Adrian Pit, 23 (hakimin qərarına etiraz); Elnur Allahverdiyev, 84 (rəqibə badalaq vurduğuna görə) // Samuel Barlay, 30 (düşünmədən rəqibin ayağına zərbə); Reis Klaudinei, 83 (oyunun vaxtını uzatdığına görə)
Qollar: Rahid Əmirquliyev, 88 // Kristian Torres, 90+1
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Xəzər Lənkəran”: 85. Kamal Bayramov, 2. Elnur Allahverdiyev, 7. Katalin Doman (18. Alim Qurbanov, dəq.80), 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev (32. Mario Rosas, dəq.61), 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 22. Antonio Semedov, 23. Şəhriyar Xəlilov
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 3. Elvin Beqiri, 17. Zahid Quliyev, 20. Eldar İsmayılov, 27. Habil Nurəhmədov
Baş məşqçi: Mirça Rednik


“Rəvan”: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Natiq Kərimi, 7. Reis Klaudinei (30. Şarapudin Şalbuzov, dəq.90+2), 8. Tural Axundov, 11. Şeriff Suma, 13. Fərid Həşimzadə, 17. Ramazan Abbasov (90. Sergey Çernışev, dəq.89), 18. Samuel Barlay, 20. Kristian Torres, 24. Hüseyn İsgəndərov
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 16. Fərrux Rəhimov, 21. Anar Qasımov, 22. Amid Hüseynov, 25. Səbuhi Həsənov
Baş məşqçi: Vladislav Qədirov




16:00. AZAL – “Kəpəz” - 2:0
“AZAL Arena” stadionu. 1000 tamaşaçı
Baş hakim:
Fariz Yusifov
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Knyaz Əmiraslanov
Dördüncü hakim: Teymur Fərhadov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor:
Xaqani Məmmədov
Sarı vərəqələr: Aqil Nəbiyev, 51 (qeyri-idman hərəkəti) // Renat Sultanov, 73 (qeyri-idman hərəkəti); Cavad Mirzəyev, 81 (bilərəkdən əl ilə oyun)
Qollar: Bronislav Arsenjeviç, 38; Tales Şütz, 59
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

AZAL: 12. Cahangir Həsənzadə, 16. Bronislav Arsenijeviç, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 2. Robert Petrov, 11. Zohair Benouahi,(15. Georgi Bogihu, dəq.74), 17. Viktor İqbekoyi, 8. Elşən Məmmədov, (88. Ervin Bulku, dəq.70), 10. Nuqzar Kvirtiya, (7. Tərlan Xəlilov, dəq.87), 20. Mansur Limani, 23. Tales Şütz
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 9. Vüsal Qarayev, 19. Hüseyn Axundov, 14. Orxan Səfiyaroğlu
Məşqçi: Rafiq Mirzəyev

“Kəpəz”: 22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov (k), 5. Muammer Erdoğdu, 6. Vasif Əliyev (14. Dmitri Parxaçov, dəq.46), 7. Asif Qədiri (23. Junivan Suares, dəq.46), 8. Armand Feutchine, 18. Nikolay Svejentsev, 27. Pərvin Paşayev, 28. Milan Antiç (17. Renat Sultanov, dəq.51), 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev
Ehtiyat oyunçular: 1. Tural Abbaszadə, 11. Sabir Allahquliyev, 15. Şahin Kərimov, 19. Zaur Əsədov
Baş məşqçi: Mehman Allahverdiyev


16:00. “Simurq” – “Sumqayıt Şəhər”  - 1:0
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı
Baş hakim:
Anar Salmanov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Elşən Acalov
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Aleksandr Şemonayev, 40 (qeyri-idman hərəkəti) // Timur İsrafilov, 76 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə)
Qol: Robertas Poşkus, 80
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.


“Simurq”: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 13. Aleksandr Şemonayev (k), 79. Vidas Alunderis, 17. Rüstəm Məmmədov, 6. Mikayıl Rəhimov, 28. Yevgeni Şmakov, 77. Daniel Genov, 10. Tofiq Mikayılov (8. Qərib İbrahimov, dəq.85), 14. Andreys Rubins (9. Əli Bağırov, dəq.81), 11. Robertas Poşkus (21. Kristaps Qrebis, dəq.88)
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 15. Anar Həsənli, 5. Rəşad Eyubov, 23. Ruhid Usubov
Baş məşqçi: Sergey Yuran


“Sumqayıt Şəhər”: 55. Andrey Popoviç, 2. Slavik Alxasov, 20. Timur İsrafilov, 22. Ruslan Tağızadə, 52. Bədavi Hüseynov, 16. Hacı Əhmədov, 47. Abdulla Abatsiyev, 8. Emin Mustafayev (k) (7. Mahmud Qurbanov, dəq.71), 90. Eldar Məmmədov (15. Aleksandr Qross, dəq.64), 19. Orxan Əliyev (70. Şamil Camaləddinov, dəq.79), 11. Kamil Nurəhmədov
Ehtiyat oyunçular: 1. Emil Balayev, 77. Samir Yusifov, 21. Murad Səttarlı, 27. Ramil Həşimzadə,
Baş məşqçi: Bernhard Raab




20 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Qəbələ şəhər stadionu.

14:30. “Bakı” – “Turan”
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Coşqun Həsənov, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Ramiz Əliyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
“Bakı” futbol klubunun təlim-məşq bazasının stadionu.

18:00. “İnter” – “Qarabağ”
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əli Hüseynov
“Şəfa” stadionu.



Turnir cədvəli

Komanda O Q H M Qollar Xallar
1 Xəzər Lənkəran 13 8 3 2 18-13 27
2 Neftçi 12 8 1 3 21-9 25
3 İnter 12 7 3 2 11-7 24
4 Qarabağ 12 6 2 4 16-12 20
5 Bakı 12 5 4 3 15-11 19
6 AZAL 13 4 4 5 17-16 16
7 Simurq 13 4 3 6 11-13 15
8 Rəvan 13 3 6 4 16-17 15
9 Qəbələ 12 4 3 5 12-16 15
10 Kəpəz 13 3 3 7 16-22 12
11 Turan 12 3 1 8 8-15 10
12 Sumqayıt Şəhər 13 2 3 8 7-17 9





Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq