Mahmud Qurbanov: "Qarabağ" bizi ciddiyə almadı"

Mahmud Qurbanov: "Qarabağ" bizi ciddiyə almadı"
PREMYER LİQA 8 Noyabr 2011 / 14:04 3558
-  A +

“Qarabağ”la qarşılaşmada komandamız əla oyun nümayiş etdirərək qələbə qazandı. Uşaqlarda oyunöncəsi özünəinam hiss olunurdu. Məncə, səfərdə güclü bir komandanı məğlub etməyimiz bizi daha da ruhlandıracaq”.

Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Sumqayıt Şəhər” klubunun üzvü Mahmud Qurbanov deyib.

Qurbanovun sözlərinə görə, ola bilər ki,  “Qarabağ” “Sumqayıt-Şəhər”ə yuxarıdan aşağı baxdığı üçün məğlubiyyətə uğrayıb: “Bəlkə də asanlıqla qalib gələcəklərini düşünərək bizi ciddiyə almadılar. Oyun zamanı qələbə qazanmaq istəyi bizdə daha çox sezilirdi. Əgər belə davam etsək, turnir cədvəlinin axrıncı pilləsindən qurtularıq”.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
16.06.26  17:29

DÇ-2026-nı buraxacaq

16.06.26  16:47

Bernardo Silva "Real"da

topaz banner