Bu gün Premyer Liqada XII turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Turun açılış oyunu Gəncədə keçirilib. Burada yerli “Kəpəz” klubu paytaxtın “Bakı” komandasını qəbul edib. Son turda səfərdə “Xəzər Lənkəran”a 0:1 hesabı ilə məğlub olan “Kəpəz” bu dəfə doğma meydanda azarkeşlərini sevindirmək niyyətində idi.
Lakin ilk dövrədəki oyunda rəqibini səfərdə 3:0 hesabı ilə məğlub edən Mehman Allahverdiyevin komandası bu dəfə "Bakı"ya uduzub. İlk hissədə qapısında iki top görən "Kəpəz" fasilədən sonra da oyunda dönüş yarada bilməyib - 1:3. "Bakı" isə bu qələbə sayəsində xalını 19-a yüksəldib.
Günün digər qarşılaşmasında “Rəvan” doğma azarkeşlər önündə Zaqatalanın “Simurq” klubu ilə qarşılaşıb. Son turda Bakının “İnter” klubuna 1:2 hesabı ilə uduzan “Rəvan” Zaqatala təmsilçisi ilə görüşdə 3 xal qazanmaq niyyətində idi. Lakin "Rəvan" rəqibi ilə bacarmayıb.
Ötən turda səfərdə “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəlməklə sürprizə imza atan Sergey Yuranın komandası isə bu qələbənin təsadüfi olmadığını sübut edib. Fasiləyə məğlub yollanan "Simurq" ikinci hissədə azlıqda qalmasına baxmayaraq, hesaba tarazlıq gətirib - 1:1.
Qeyd edək ki, XII turun qalan görüşləri sabah və biri gün keçiriləcək.
4 noyabr (cümə)
Premyer Liqanın XII turunun oyunları
16:00. "Rəvan" - "Simurq" - 1:1
"Dalğa Arena" stadionu. 250 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Aleksandr Musatkin
Dördüncu hakim: Vüsal Əliyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Taqim Novruzov, 25 (perspektivli hücumun qarşısını aldığına görə); Ekrem Hodziç, 43 (qeyri-idman hərəkəti); 56 (qeyri-idman hərəkəti); Şarapudin Şalbuzov, 46 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); Davud Kərimi, 55 (qeyri-idman hərəkəti) // Rasim Ramaldanov, 30 (rəqibi itələdiyinə görə); Vasili Yanotovskiy, 43 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); 63 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə)
Qırmızı vərəqələr: Ekrem Hodziç, 56 (qeyri-idman hərəkəti) // Vasili Yanotovskiy, 63 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə)
Qollar: Samuel Barlay, 15 // Andreys Rubins, 72
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
“Rəvan”: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 6. Taqim Novruzov, 7. Reis Klaudinei (13. Fərid Həşimzadə, dəq.58), 8. Tural Axundov, 11. Şeriff Suma, 17. Ramazan Abbasov (22. Amid Hüseynov, dəq.81), 18. Samuel Barlay, 24. Hüseyn İsgəndərov, 30. Şarapudin Şalbuzov (90. Sergey Çernışev, dəq.53)
Baş məşqçi: Vladislav Qədirov
“Simurq”: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Vasili Yanotovskiy, 8. Qərib İbrahimov (21. Kristaps Qrebis, dəq.53), 11. Robertas Poşkus, 13. Aleksandr Şemonayev, 14. Andreys Rubins (23. Ruhid Usubov, dəq.90+3), 28. Yevgeni Şmakov, 77. Daniel Genov (10. Tofiq Mikayılov, dəq.82), 79. Vidas Alunderis
Baş məşqçi: Sergey Yuran
14:00. "Kəpəz" – "Bakı" - 1:3
Gəncə şəhər stadionu. 8300 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Zeynal Zeynalov
Dördüncu hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Anton Qay, 45 (hakimin qərarın etiraz); Muammer Erdoğdu, 47 (qeyri-idman hərəkəti) // Deividas Çesnauskis, 7 (qeyri-idman hərəkəti); Novruz Məmmədov, 68 (qeyri-idman hərəkəti); Aleksey Savinov, 90 (qeyri-idman hərəkəti)
Qol: Armand Feutchine, 70 // Uinston Parks, 12; Deividas Çesnauskis, 36; Aleksandar Soliç, 65
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
“Kəpəz”: 22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov (k), 5. Muammer Erdoğdu (19. Zaur Əsədov, dəq.85), 10. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev, 14. Dmitri Parxaçov (6. Vasif Əliyev, dəq.46), 18. Nikolay Svejentsev, 25. Anton Qay (8. Armand Feutchine, dəq.46), 28. Milan Antiç, 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev
Baş məşqçi: Mehman Allahverdiyev
“Bakı”: 1. Marko Şarlija, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis, 8. Junior Xavier Vilson, 11. Elvin Məmmədov, 14. Elvin Əliyev, 15. Cəmşid Məhərrəmov (k) (32. Aleksey Savinov, dəq.85), 21. Novruz Məmmədov, 36. Vinston Parks (10. Joao Silvinyo de Karvalyo, dəq.65), 77. Aleksandar Soliç (4. Vadim Borets, dəq.73)
Baş məşqçi: Aleksandrs Starkovs
Mövsümün əvvəlindən "Bakı"nın baş məşqçisi Aleksandr Starkov tərəfindən əvəzedici heyətə göndərilən Jaba yenidən əsas komandaya qaytarılıb və futbolçu "Kəpəz"lə oyunun 66-cı dəqiqəsində meydana daxil olub. Jaba ilk qolun müəllifi Uinston Parksı əvəz edib.
5 noyabr (şənbə)
14:00. "Qarabağ" - "Sumqayıt Şəhər"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Qurban Məmmədov.
Ağdam rayonu, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
16:00. AZAL - "Qəbələ"
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Munis Abdullayev, Alik Yunusov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. AZAL Arena.
6 noyabr (bazar)
14:00. "Turan" - "İnter"
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Elşən Acalov, Anar Göyçayski.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Tovuz. Şəhər stadionu.
14:30. "Neftçi" - "Xəzər Lənkəran"
Hakimlər: Elnur Muradov, İlham Əliyev, Mehman Mahmudov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Turnir cədvəli
Komanda
O
Q
H
M
Qollar
Xallar
1
Xəzər Lənkəran
11
8
2
1
17-7
26
2
Neftçi
11
7
1
3
16-9
22
3
İnter
11
6
3
2
10-7
21
4
Qarabağ
11
6
2
3
15-10
20
5
Bakı
12
5
4
3
15-11
19
6
Qəbələ
11
4
3
4
12-13
15
7
Rəvan
12
3
5
4
15-16
14
8
Simurq
12
3
3
6
10-13
12
9
Kəpəz
12
3
3
6
16-20
12
10
Turan
11
3
1
7
8-14
10
11
AZAL
11
2
4
5
12-16
10
12
Sumqayıt Şəhər
11
1
3
7
5-15
6
Ali Koç Ərdoğanın qəbulunda
"Qaradağ Lökbatan" "Bakı Sportinq"ə belə qalib gəldi - Video
Qrizmann gələcəyi ilə bağlı qərar verdi
Terimin qələbə seriyası qırıldı
"Difai"nin qələbəsindən - Video
"İnter" danışıqlara başladı, "Bavariya" da maraqlanır
ÇL-də həftənin rəmzi komandası açıqlandı
"Cəbrayıl"ın "Mingəçevir" üzərində qələbəsindən - Video
“Qarabağ”la “Fulhem”in U-15-lərinin oyunu keçirildi
Bu mövsüm Çempionlar Liqasında 100 milyon qazanıblar
"Cəbrayıl"dan qələbə, "Zaqatala" uduzdu
Türkiyə Superliqasında klub sayı azaldıldı
Müllerlə bu klub danışıq aparır
Neymar niyə ağladı? - Şəkil
"Real"da ÇL oyununa ən çox çıxan futbolçu oldu
"Sabah" “Mançester Siti” və “Rayo Valyekano” ilə qarşılaşdı
"Liverpul" Van Deyklə müqaviləni uzatdı - Rəsmi
Kadidən “Neftçi” ilə oyuna görə çağırış
"Qarabağ"ın sabiq hücumçusu bu kluba keçdi
Keyn: "İstənilən komandaya qalib gələ bilərik"
Martines "İnter"in tarixinə düşdü
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Avrokubokların oyunları bu kanallarda
Ronaldonun rekordu qırıldı
Ançelottidən vidasayağı sözlər
"Arsenal"ın Madriddəki qələbəsi - Video
Müller Messiyə çatdı
5 qol vuruldu, "Füzuli" qalib gəldi - Video
ABŞ klubu De Brüyneni hədəflədi
Cəfərovdan poker, "Şəmkir"dən 6 qol - Video
2-ci Liqada tura yekun vuruldu
Türkiyə kubokunda final matçının məkanı açıqlandı
Klopp məşqçilik karyerasını bərpa edir?
Keyn Neymar və Balotellidən ilhamlanıb
"Barselona"nın rəsmisindən Mbappe ilə bağlı qərara etiraz
"Bu futbolçulara inanıram" - Aqil Nəbiyev
Qrizmannın qərarı bilindi
Ançelotti: "Mən Ronaldo kimi futbolçu görməmişəm"
Aron Bupendzanın faciəvi ölümü
"Qarabağ" "Azərsun Arena"ya qayıdır
"Sabah"ın U-13 komandası "Mançester Siti" ilə eyni turnirdə